“Azərbaycanda çoxlu
dostlarım var”
Alexandros Toulis: “Azərbaycan
“Bakı-2015”-i təcrübəli
bir idman ölkəsi kimi təşkil etdi”
- Azərbaycanla əlaqələriniz
nə vaxtdan yaranıb?
-Azərbaycan haqqında çoxdan maraqlanırdım. Ürəyimdən keçirdi ki, sizin ölkəni gəlib görüm. Ötən ilin yay aylarında xarici saytlarda Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının Sülh Forumu ilə bağlı məlumatı gordüm. Tədbir marağımı çəkdi. Sonra bu Forumda iştirak etmək üçün sorğu göndərdim. Çox sağ olsun ki, AGAT rəhbərliyi bu istəyimi qəbul etdi və mən bu tədbirə dəvət olundum. Ötən ilin sentyabr ayında keçirilən Sülh Forumunda iştirak etdim və Azərbaycanı daha da yaxından tanıdım. Hətta biz Füzuli rayonuna getdik. Orada biz qaçqın və məcburi köçkünlərlə görüşdük. Bizə Dağlıq Qarabağ müahirbəsi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi haqqında məlumat verildi. Xalqınızın başına gətirilən soyqırımılardan danışıldı. Ermənilər tərəfindən azərbaycanlıların faciəvi şəkildə öldürülməsinə çox üzüldüm.
- Bəs, necə oldu ki, ilk Avropa Oyunlarına könüllü kimi qoşuldunuz?
- Ötən il Azərbaycanda Sülh Forumunda iştirak edərkən bu Oyunlarla da bağlı mənə məlumat verildi. Mənim də könüllü fəaliyyətinə böyük marağım var. Bu maraqdan doğaraq “Bakı-2015”də könüllü kimi işritak etməyə qərar verdim. Elə həmin zaman “Bakı-2015”-də könüllü kimi işritak etmək üçün müraciət etdim. Bu ilin aprel ayında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri mənimlə “Skype”la danışıb sorğu-sual etdilər. Sonra mənə “Bakı-2015”-də könüllü kimi fəaliyyətimə icazə verilməsi xəbərini verdilər.
- “Bakı-2015”-də könüllü kimi hansı işi icra edirdiniz?
- Bakıda may aynın 30-dan
iyunun 30-na kimi oldum. İlk Avropa Oyunlarında
Milli Olimpiya Komitəsinin assistenti kimi çalışırdım.
Yəni Yunanıstan nümayəndə
heyətinə yardımçı
olurdum. Yunan idmançılarına nə lazım olurdusa mən onların istəyini yerinə yetirirdim.
- Yarışların təşkilatçılığından
razı qaldınızmı?
- Əlbəttə, çox
maraqlı və möhtəşəm yarışlar
keçdi. Azərbaycan tərəfdən bu Oyunların yüksək səviyyədə
keçirilməsi üçün
bütün lazımi
işlər görülmüşdü.
Mən bütün idman zallarında oldum. Oyunların təşkilatçılığı yüksək səviyyədə
idi. İdmançılarda da əhvali-ruhiyyə
yüksək idi.
Baxmayaraq
ki, “Bakı-2015” ilk dəfə
idi ki, keçirilirdi.
Amma Azərbaycan bu Oyunları təcürbəli
bir idman ölkəsi olaraq təşkil etdi. Avropa idman tarixində bu Oyunlar çox
böyük iz buraxdı. İnanmıram ki, hansısa
ölkə Azərbaycan
kimi belə möhtəşəm yarışlar
keçirə bilə.
- Azərbaycanla bağlı
təəssüratlarınızı bilmək maraqlı olardı...
- Azərbaycandan çox müsbət təəssüratlarla
qayıtdım. Bakıda ikinci
dəfə idi ki, olurdum. Ötən illə müqayisədə
Bakı daha da dəyişib, inkişaf edib. Fikrimcə, Bakıda müasirliklə
qədimliyin vəhdəti
var. Müasir binaları,
parkları ilə bir başqa Bakınız var. Amma İçərişəhər tamam başqa bir Bakıdır.
- Yəqin ki, Azərbaycanda özünüzə
dostlar da tapıbsız.
-Bəli, mənim Azərbaycanda çoxlu
AGAT-çı dostlarım
var. Elə Azərbaycanı
bu dostların sayəsində sevmişəm.
Qeyd edim ki, “Bakı-2015”də könüllü kimi iştirakım həm azərbaycanlı doslarımın
sayını, həm də bu ölkəyə
olan sevgimi daha da artırdı.
- Bəs, sizin erməni dostlarınız
da varmı?
-Mənim beynəlxalq könüllülük fəaliyyəti
statusum var. Özüm
yunan olsam da, hazırda Portuqaliyada könüllü
kimi çalışıram.
Bir çox ölkədən, o cümlədən
Ermənistandan olan dostlarım var. Qeyd edim ki, mənim Dağlıq
Qarabağ problemi haqqında məlumatım
var deyə, erməni gəncləri ilə bəzən bu haqda söhbətlərim
olur. Mən onlara deyirəm
ki, Azərbaycan müharibə tərəfdarı
deyil, bu məsələnin sülh
yolu ilə həllinə çalışır.
Maraqlıdır ki, müasir
Ermənistan gəncliyi
də müharibə istəmir. Erməni gəncləri də
bu problemin sülh yolu ilə həll olunmasını istəyirlər.
Fuad Hüseynzadə
Palitra.-2015.- 4 iyul.- S. 5.