“Təhsilin və məktəbin vəzifəsi insanı həyata hazırlamaqdır”

 

Nailə İbadova: “Uşaqlar bağçaya getməli, məktəbəqədər təhsil prosesini keçməlidirlər

 

Layihə çərçivəsində müsahibimizÜmid+” Təhsil Mərkəzinin müəlliməsi Nailə İbadovadır.

-Öz fəaliyyətiniz barəsində məlumat verərdiniz.

- Mən - Nailə İbadova 1986 -cı ildə Sumqayıt şəhərində anadan olmuşam . 2013-cü ildən elə bu şəhərdə yerləşən” Ümid+” Təhsil Mərkəzində çalışıram . Hazırda bu Təhsil Mərkəzinin məktəbəqədər hazırlıq qruplarına dərs keçirəm.

-Uşaqların mənəvi inkişafında və şəxsiyyət kimi formalaşmasında təhsilin rolu barədə fikirləriniz maraqlı olardı...

- İnsan dünyaya bioloji varlıq kimi gəlir, lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir. Şəxsiyyətin inkişafı ilə əlaqədar olaraq yalnız onu deyə bilərəm ki, bugünkü təcrübənin deyil, həm də pedaqoji fıkrin zəngin ideyalarını nəzərə almaq lazımdır. Azərbaycan maarifpərvərləri şəxsiyyətin ən müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət və fəaliyyətində axtarmışlar, çünki münasibətlər insanın həyat təcrübəsinin nəticəsi olmaqla onun hərəkətlərini və daxili hislərini müəyyənləşdirir. İnsanın cəmiyyətdə düzgün tərbiyə edilməsində bir sıra amillər mühüm rol oynayır. İnsan ayrı-ayrı yaş dövrlərində fiziki, psixi və mənəvi cəhətdən müxtəlif xüsusiyyətlərə malik olur, onun xarakterində müəyyən yeniliklər, dəyişikliklər yaranır. Buna görə də cəmiyyətimizin üzvü olan insan bilməlidir ki, hansı şəraitdə və hansı amillərin təsiri altında inkişaf edir, onun inkişafında irsiyyətin, mühit və tərbiyənin rolu nədən ibarətdir. Şəxsiyyətin formalaşmasında ailənin rolu xüsusilə böyükdür. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir, ilk sosial və mədəni təsəvvürlərin formalaşmasında, xarakterin təşəkkülündə vasitə rolunu oynayır. Həzrəti Məhəmməd buyurub ki, ata, övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə bilməz. Uşaq böyüyür, məktəbə gəlir, onun həyatında yeni dövr başlayır. Müəllim də, valideynuşağa böyük təsir göstərir. Azərbaycanın dünya şöhrətli mütəfəkkiri N.Tusi valideynlərə məsləhət görürdü ki, uşaq süddən ayrıldıqdan sonra dərhal onu tərbiyə etməyə, ona nizam-intizam öyrətməyə başlamaq lazımdır. Valideyn uşağa var-dövlət qoymayıb, əvəzində təhsil verirsə, bununla ona gələcəkdə həm o var-dövləti əldə etmək, həm də idarə etmək imkanı verir. Valideynlər övladlarını təhsilə, elmə yönləndirməlidirlər. Cəmiyyətin inkişafının əsasında duran ən mühüm amil insanın formalaşması, təlim və təhsil almasıdır. İnsanın bir şəxsiyyət kimi formalaşmasında aldığı təhsilin rolu böyükdür. Elm, savad, təhsil həm də dünyagörüşüdür, insanı yüksəldən mənəvi ucalıqdır. İnsan yalnız elmi ilə, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər. Təhsilin, məktəbin vəzifəsi insanı həyata hazırlamaqdır. Savadlı insan əşya və hadisələrə qiymət verməyi, sağlam ünsiyyət qurmağı bacarmalıdır. İnsanın təhsil almasında, gələcək həyata hazırlaşmasında ona təsir edən ən önəmli amil isə valideyndir. Məhz buna görə də valideyn övladını təhsilə, elmə yönləndirməlidir. Təhsilin başlıca məqsədi - böyüyən adamın cəmiyyət üçün zəruri və faydalı şəxsiyyətin, yüksək mənəvi potensiala malik, əməyi arzulayan və əməya qadir olan ideyaca mətin, estetik cəhətdən həssas və fiziki cəhətdən inkişaf etmiş insanın formalaşmasıdır. Uşaqlıq , yeniyetmə və gənclik dövründə məktəbdə və ailədə şəxsiyyətin formalaşdırılması - insanın cəmiyyət üçün hazırlanmasının məsul mərhələləridir . Gənc nəsil təhsilin köməyi ilə xalqın maddi və mənəvi sərvətlərini mənimsəməyə , bəşəriyyətin geniş təcrübəsinə qoşulur . İdrakın , əməyin , ünsiyyətin müxtəlif sahələrində şəxsi təcrübənin daim qazanılması və zənginləşməsi baş verir . Məhz buna görə də təhsilin mahiyyətini aydınlaşdırarkən, bizim demeye haqqımız vardır ki, burada ictimai münasibətlər təcrübəsi əsasında böyüyən adamların bütün həyat fəaliyyəti təcrübəsinin formalaşması baş verir, burada onların dünyaya, adamlara, əməyə, biliklərə, təlimə , ümumiyyətlə, fəaliyyətə çoxcəhətli münasibəti yaranır . Şəxsi təcrübənin qazanılmasında başlıca cəhət ondan ibarətdir ki , dəyərli obyektiv yaranmış ictimai münasibətlər şüurlu dərk olunsun, duyulsun və uşağın özunəməxsus, xüsusi, şəxsi subyektiv tələbatına, motivlərinə , hərəkətlərinə və işinə çevrilsin. Bir məqalədə oxuduğum, olmuş bir hadisə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: “Bir məktəb direktoru hər dərs ilinin əvvəlində müəllimlərinə aşağıdakı məktubu göndərirmiş: “Mən ölüm düşərgəsindən xilas olan çox nadir insanlardan biriyəm. Gözlərim heç kimin görmədiyi şeyləri gördü. Yaxşı təhsil almış mühəndislərin qazla boğduğu yaşlıları, yaxşı yetişdirilmiş həkimlərin dərmanla zəhərlədiyi uşaqları, işini yaxşı bilən tibb bacılarının iynə ilə öldürdüyü körpələriOna görə də sizdən bir xahişim var: “Şagirdlərinizin insan olmasına çalışın. Zəhmətinizin nəticəsi məharətli canilər, ya da bacarıqlı qatillər olmasınlar. Əgər ədəbiyyat, ya da riyaziyyat uşaqlarınızın insan olmasına kömək edəcəksə, bunların ancaq onda bir qiyməti var. Sizə uğurlar!..”

-Uşaqların əqli inkişafında məktəbəqədər təhsil və bağçanın rolunu necə xarakterizə edərdiniz?

- Uşaqlar bağçaya getməli, məktəbəqədər təhsil prosesini keçməlidirlər. Bağça, məktəbə hazırlıq mərhələsidir. Təəssüf olsun ki, bu gün ölkəmizdə hər uşaq bağçaya gedə bilmir . Bağçaya gedən uşaq həm fəallığına, həm də dünyagörüşünə görə getməyənlərdən çox fərqlənir. Onların arasındakı fərq yuxarı siniflərə qədər gedib çıxır . Bağça dövrü uşaqların həyatında çox mühüm mərhələdir. Uşaqlar bağçada adaptasiya prosesi keçir . Əgər valideyn evdə uşaqla birtərəfli şəkildə məşğul olursa, bağçada vəziyyət tamam fərqlidir. Bütün sahələr üzrə uşaqlarla məşğələlər aparılır . Yəni evdə nə qədər yaxşı baxılsa da , bağçada təlimlər metodik baxımdan daha savadlı şəkildə həyata keçirilir. Uşaqlar dinləmə qabiliyyətini , fikrini ifadə etmək , dostları ilə fikrini paylaşmaq kimi vacib məqamları bağçada öyrenirlər . Məktəbəqədər hazırlıq prosesi keçməyən uşaq bir ilə məktəbin ab - havasına uyğunlaşa bilmir. Müəllimi dinləməkdə, nə isə izah etməkdə çətinlik çəkirlər . Məktəbəqədər hazırlıqda uşağın bir çox imkanları , qabiliyyətləri ünsiyyət bacarığı fəaliyyət formasında üzə çıxır . Qabiliiyyətin üzə çıxması üçün uşaq mütləq fəaliyyətdə olmalıdır. Bu haqda, hal-hazırda çalışdığım “Ümid+” Təhsil Mərkəzində dərs dediyim məktəbəqədər hazırlıq qrupları - məktəbəqədər təhsil pilləsinin sonunda aşağıda sadalanan inkişaf mərhələsini keçmiş olurlar. Məktəbəqədər təhsil pilləsinin sonunda uşaqlar sağlamlığı möhkəmləndirən hərəkətləri yerinə yetirirlər; qidalanmasanitar-gigiyena qaydalarına əməl edirlər; böyük, kiçikhissi (sensor)-motor hərəkətlərini koordinasiya edirlər; təhlükəsizlik qaydalarına əməl edirlər; nitqi dinləyib anlayır, rabitəli danışır və nitq etiketlərindən istifadə edirlər; sadə riyazi-məntiqi əməliyyatları yerinə yetirirlər; əşya və hadisələr haqqında ilkin təsəvvürlərə malik olurlar və anlayışları izah edirlər; səbəb-nəticə əlaqələrini müəyyən edir və fərziyyələr irəli sürürlər; sadə təqdimatlar edirlər; sosial və mənəvi dəyərlərə öz münasibətlərini bildirirlər; insanlara qarşı hörmət və dözümlülük nümayiş etdirirlər; özündən kiçiklərlə, həmyaşıdları və böyüklərlə qarşılıqlı ünsiyyət qururlar; sosial normaları dərk edir və davranışlarında ona riayət edirlər; sadə əmək bacarıqları nümayiş etdirirlər; sadə bədii yaradıcılıq bacarıqları nümayiş etdirirlər; özünüdərk bacarıqları nümayiş etdirirlər; mədəni-estetik təsəvvürlərə malik olub və yaradıcılıq bacarıqları nümayiş etdirirlər.

-Uşaqların erkən yaşlardan təhsil və savad almağa meyilləndirilməsi üçün nələri təklif edərdiz?

- “Təhsil haqqında “ qanuna görə , uşaqların məktəbəqədər təhsili artıq 3 yaşdan başlayır və 5 yaşlı uşaqlar üçün məktəbəqədər hazırlıq (bağça ) məcburidir . Uşaqların fiziki - psixoloji , intellektual inkişafının təmin edilməsində, onların dünyagörüşünün formalaşmasında məktəbəqədər təhsilin mühüm rolu var. Məktəbəqədər təhsil təlimyönlü oyun vasitəsilə uşaqların idrakının , onların özlərini ifadəetmə və ünsiyyət qurma bacarıqlarının, yaradıcılıq təfəkkürlərinin inkişaf etdirilməsində xüsusi rolu var. Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki , zehni , psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər qazanmasını, ən azı ana dilində səlis danışmasını və onlar üçün təlim-tərbiyə mühitinin yaranmasından ibarətdir. Məktəbəqədər təhsil dövrü ibtidai təhsilin ayrılmaz hissəsidir . Məktəbli yaşında uşaqları olan bir çox valideyn onlarda oxumağa həvəsin olmaması problemi ilə üzləşir. Bəzilərində bu həvəs birinci dərsi ilində itir, bəzilərində isə müxtəlif səbəblərdən, ümumiyyətlə, olmur.

-Bəs valideynlər nə etməli, uşaqları oxumağa necə həvəsləndirməlidir?

- Dərsə marağın olmaması problemi hər zaman aktualdır. Uşaqları dərs oxumağa stimullaşdırmaq üçün bir çox fikirlər mövcuddur: Ailədə elə şərait yaradılmalıdır ki, uşaq özü oxumağa həvəs göstərsin. Əgər uşaq valideynlərin münasibətinə qiymət verirsə, yaxınlarının məhəbbətini qayğısını hiss edirsə, o başa düşəcək ki, dərsə ciddi yanaşma onlar üçün vacibdir. Uşaq, həmçinin biləcək ki, əgər onda isə alınmasa, hər zaman valideynlərin köməyinə arxalana bilər. Belə ailələrdə qiymətlərə görə deyil, keyfiyyətli yaxşı oxumağa görə tərif uşaq üçün çox şeydir dərs oxumaq üçün əla stimul yaradır. Dərsə marağın artması üçün,uşağa özünə inamı öyrətmək lazımdır. Səndə hər şey alınacaq” - bu fikir uşaqlara valideynlər tərəfindən daim təlqin olunmalıdır. Yaxşı oxumağa rüblüyü layiqincə başa vurmaq üçün uşağın çoxdan arzusunda olduğu hədiyyə ya valideynlərin tətil günlərində təşkil edəcəyi maraqlı səyahətlər yaxşı stimul ola bilər. Son zamanlar valideynlər daha çox uşaqları təhsilə pulla təşviq etdiklərini deyirlər. Yəqin ki, bu vasitəni stimulverici amil hesab etmək olar. Uşaqda stimul yaranır, amma dərs oxumağa deyil, yaxşı qiymətlər almaq üçün müxtəlif vasitələr axtarmağa. Belə vasitədən istifadə edən valideynlər başa düşməlidir ki, bu situasiyada uşaqlar öz çıxarlarına görə hərəkət edirlər. Uşaqların yeni biliklərə yiyələnməsinə həvəs yaratmaq üçün, məhz həvəs yaratmaq üçün stimulverici amillər yetəri qədərdir. Buna görə yaxşı qiymətlərə görə təltifi pul ekvivalentinə keçirməyə biliyə yiyələnmək prosesini biznesə çevirməyə ehtiyac yoxdur. Uşaqları inandırın ki, biliyə yiyələnmə bacarığı hər kəsə vacib olan qiymətli yükdür bu bacarıq gələcək həyatında mütləq lazım olacaq. Uşaqların məktəbə hazırlanmasında istər valideyn , istərsə məktəbəqədər təhsil müəssisələri hansı amilləri nəzərə almalıdır . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 16 iyul tarixli, 137 nömrəli qərarlı ilə təsdiq olunmuşMəktəbəqədər təhsilin dövlət standartı proqramı”na əsasən Məktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri 5 sahə üzrə müəyyənləşdirilir: -fiziki inkişaf, sağlamlıq təhlükəsizlik; -sosial-emosional inkişaf; -nitq, savad təlimi ünsiyyət; -mədəni-estetik yaradıcı inkişaf; -qavrama ümumi bilik. Müəllimin rolu şagirdlərin daxili mahiyyətini aşkara çıxarmağa imkan verən şəraiti ya buna maneçilik törədən situasiyaları aradan qaldıran şəraiti yaratmağı nəzərə almalıdır . Müəllim uşağın mövcud təbii imkanına istinad edən realist fərdi məqsədi müəyyən etməkdə müvəffəqiyyət qazanmaq üçün şagirdə kömək edir . Son nəticədə onların hər biri öz imkanlarını bilməli öz qarşılarında tam real məqsədlər qoymalıdırlar . Bir çox analar üçün uşağın məktəbə hazırlıq dövrü ən böyük problemə çevrilir. Məktəb hər bir uşaq üçün asan olmur. Bəzi uşaqlar valideynlərindən çətin ayrılır psixoloji çətinliklər yaşayır. Uşağa ailəsindən ayrı qalacağı ya onları itirə biləcəyi ilə bağlı qorxu yaşadır. Üstəlik, səhv sözlər davranışlar uşaqlarda ciddi mənfi təsirlər yarada bilər. Məktəb qorxusuna daha əvvəl ata-anasından ayrılmayan uşaqlarda daha çox rast gəlinir. Bu uşaqların qayğı səviyyələri olduqca yüksəkdir. Daha əvvəl sərbəstlik verilməyən, həddən artıq qorunan müstəqilliyini inkişaf etdirməsinə icazə verilməyən uşaqlarda da daha çox rast gəlinir. Ailənin pedaqoji funksiyaları çoxcəhətlidir . Ailə böyüməkdə olan insanı sosiallaşdırmağın mühüm aləti olaraq uşaqları cəmiyyətdə həyata fəaliyyətə hazırlamağa xidmət etməlidir . Ona görə məktəb qarşısında cəmiyyətin qoyduğu tərbiyə məqsədi - həm ailə tərbiyəsinin məqsədidir.

 

İlkin AĞAYEV

Palitra.-2015.- 8 iyul.- S. 11.