Müasir tədris təlim müəllimdən əyanilik tələb edir

Tarix: 08.07.2015 | Saat: 17:46:00 | E-mail | Çapa göndər

Şirift ölçüsü:

 

Günay Hüseynzadə: “Keçdiyim təlimlərdə iştirak edən müəllimlərin fikirlərinə əsaslanaraq onu deyə bilərəm ki, interaktiv lövhə ondan istifadə edən hər bir müəllimin dərsinin əvəzedilməz  köməkçisidir

Bakı Modern Məktəbi 193 saylı tam orta məktəbin riyaziyyat informatika müəllimi, AMEA, Kibernetika İnstitutunun doktorantı Günay Hüseynzadə ilə müsahibəni təqdim edirik. O, müsahibəyə müasir dərs metodları, Promethean lövhələrdən istifadə etməklə keçilən dərslərin keyfiyyəti haqqında məlumat verməklə başladı:

- Elm texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllim yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməlidir. Əgər biz bu gün şagirdləri dünənki kimi öyrədiriksə, deməli, onların gələcəyini oğurlayırıq. Dünya təcrübəsi göstərir ki, texnologiyalar müasir tədrisdə mühüm rol oynayır. Müasir tədris təlim müəllimdən əyanilik bununla yanaşı, dərsə emosionallıq rəngarənglik qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində Promethean- interaktiv lövhələr müəllimin əvəzolunmaz köməkçisidir. Activİnspireproqramında hazırlanmış resurs müəllimin dərsinə rəngarənglik qatır, əyaniliyi təmin edir. Fəal interaktiv təlimin tələblərinə uyğun dərsin təşkili prosesini asanlaşdırır. Dünya statistikasına nəzər salsaq, görərik ki, ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verilir. Bu lövhələr biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır. Promethean-interaktiv lövhələrdə hazırlanmış elektron dərs şagirdin diqqətini cəmləməyə imkan verir, qavrama qabiliyyətini artırır.

Videodərslərin adi dərsdən əsas üstünlüyü odur ki, şagird bu dərsləri bir neçə dəfə təkrar izləmək imkanına malikdir. Bununla da şagird dərsi tam mənimsəyənə qədər təkrar izləyə bilər. Bu da şagirdin dərsi anlama keyfiyyətini artırır. Videodərslərdən məktəbdə tədris prosesində istifadə etmək olar. Bu, artıq müəllimin yaradıcı yanaşmasından asılıdır

Bu lövhələrin digər lövhələrdən üstün cəhəti ikiinterfeyzininolmasıdır. İbtidai siniflər üçün nəzərdə tutulmuşActiv primary interfeyzişagirdin özünü sanki sehrli bir aləmdə hiss etməyə sövq edir. Bununla da dərsə daha böyük maraq, rəngarənglik qataraq effektivliyi artırır. Promethean-interaktiv löhvələrindən istifadə edən müəllim təlim prosesində əlavə vasitələrə çox az müraciət edir. Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən əlavə silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısıActivİnspireproqramının daxilində nəzərə alınıb. Bu lövhə vasitəsilə müəllim əyanilik üçün şagirdə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar təqdim edə bilər. Promethean-interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır. Ehtiyac duyduğunuz anda riyazi alətləri -transportir , pərgar, xətkeşi asanlıqla lövhəyə gətirə dərs prosesində istifadə edə bilərsiniz. Bu alətlərin, obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin etmək olar. Promethean lövhələrin imkanları bununla kifayətlənmir. Əlavə funksiyalardan istifadə etməklə müəllimfasilitatorrolunu oynayaraq istiqamətləndirici olub, şagirdin tədqiqatçı olmasına şərait yarada bilər. Məsələn, sehrli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə problemin tədqiqi prosesində iştirak etdiyi üçün daha yaxşı anlayır yadda saxlayır.

- Təlimçi kimi muəllimlərin bu lovhəyə munasibətini necə dəyərləndirirsiniz? Muəllimlər belə lovhələrlə isləməyə həvəslidirlərmi?

- Promethean-interaktiv löhvələrin tədrisə tətbiqi təliminin təlimçisi olaraq deyə bilərəm ki, müəllimlərin bu lövhəyə münasibəti çox yaxşıdır. İKT bacarığı olan müəllimlər lövhənin üstünlüklərini öyrənir, fərqli elektron dərs nümunələri hazırlayır dərslərində tətbiq etməklə onun tədris prosesinə qədər müsbət təsir göstərdiyinin şahidi olurlar. Bunun sayəsində, hətta sadə İKT bacarığı olmayan müəllimlər məhz elektron lövhənin imkanlarından yararlanmaq üçün könüllü olaraq ilkin mərhələdə İKT kurslarından keçərək ikinci mərhələdə Promethean lövhələrdən istifadə qaydalarını öyrənir dərslərində geniş istifadə edirlər. Keçdiyim təlimlərdə iştirak edən müəllimlərin fikirlərinə əsaslanaraq onu deyə bilərəm ki, bu gün Promethean-interaktiv lövhə ondan istifadə edən hər bir müəllimin dərsinin əvəzedilməz köməkçisidir.

-Videodərslərin xeyrini necə qiymətləndirirsiniz?

-Təhsil Nazirliyi tədris sistemində qabaqcıl müəllimlərin dərslərini videoçəkiliş edərək interaktiv texnologiyaları tətbiq etməklə şagirdlər üçün maraqlı videodərslər yaradıb. Əgər şagird dərs zamanı hər hansı mövzunu yaxşı dinləyə bilməyibsə, başa düşməyibsə ya müəyyən səbəblərdən dərsdə iştirak etməyib bununla da keçirilən mövzu ilə bağlı heç bir anlayışı yoxdursa, bu zaman şagird internet vasitəsilə videoportala daxil olub, müvafiq fənni seçməklə həmin mövzunu tapıb izləyə bilər. Videodərslərin adi dərsdən əsas üstünlüyü odur ki, şagird bu dərsləri bir neçə dəfə təkrar izləmək imkanına malikdir. Bununla da şagird dərsi tam mənimsəyənə qədər təkrar izləyə bilər. Bu da şagirdin dərsi anlama keyfiyyətini artırır. Şagird hər videodərsi dinlədikdən ona bir neçə test təklif olunur, bu testləri cavablandırmaqla sonda topladığı bala əsasən dərsi dərəcədə doğru mənimsədiyini anlamaq olar. Video dərslərdən məktəbdə tədris prosesində istifadə etmək olar. Bu, artıq müəllimin yaradıcı yanaşmasından asılıdır. Videodərslərin evdə istifadəsində diqqətçəkən bir məqam var. Bəzən valideynlər bunu birmənalı qarşılamır. Buna səbəb onların elektron dərs resursları, yəni “www.e-resurs.edu.az” saytı haqqında kifayət qədər məlumatının olmamasıdır. Bildirmək istəyirəm ki, elektron resurslar portalı kifayət qədər zəngindir. Burada video- dərslərlə yanaşı, elektron dərsliklər, e-test, elektron tapşırıqlar, xarıcı elektron resurslar, intellektual oyunlar s. var. Lakin bu haqda məlumatı olan valideyn müəllimlərin sayı qənaətbəxş deyil. Düşünürəm ki, burada əsas məktəb sinif rəhbərlərinin üzərinə düşür. Valideynlər arasında maarifləndirmə işləri görülməli, bu resursların təqdimat çarxı onlara nümayiş etdirilməlidir. Hər bir valideyn övladının təhsil sahəsində irəli getməsini, nailiyyətlər qazanmasını istəyir. Əgər valideyn bu portalın onun övladına biliyini genişləndirmək möhkəmləndirməkdə dərəcədə müsbət təsir edəcəyini bilsə, bu məsələyə səthi yanaşmaz, əksinə, övladına dəstək olar. Biz bu təcrübəni işlədiyim 193 saylı tam orta məktəbdə sınaqdan keçirdik. Pedaqoji şuranın iclasında ilk öncə müəllimlərə bu resurslar portalı haqqında məlumat verərək , üstünlüklərini qeyd etdik. Maraqlı müzakirələr aparıldı. Daha sonra eyni təqdimatda sinif rəhbərləri valideynlər arasında maarifləndirmə işləri apardı. Bir sinif rəhbəri olaraq qeyd edim ki, şagirdlərim valideynlərin dəstəyi sayəsində bu portaldan geniş istifadə edir. Elektron testlər həll etməklə reytinq cədvəlində önə keçməyə çalışırlar. Bu da nəticədə onların biliyinin möhkəmlənməsinə gətirib çıxarır. Hər həftəsonu sinfin təşkilati saatlarında həftə ərzində öndə gedən şagirdlər həftənin qalıbləri elan edilir. Bununla da şagirdlərin portala marağı daha da artır.

 

Anar Miriyev

 

Palitra.- 2015.- 9 iyun.- S. 11.