Ədəbiyyat İnstitutu daha bir ilkə imza atıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu daha bir ilkə imza atıb. Ədəbiyyat İnstitutu ilə Rusiyada çıxanLiteraturnaya qazeta”nın birgə layihəsi işıq üzü görüb. Moskvada A3 formatında nəşr olunanLiteraturnaya qazeta”nın budəfəki nömrəsinin (№ 25-26, 24-30 iyun 2015-ci il) dörd səhifəsi başdan-başa Azərbaycan şifahi xalq poeziyasına həsr olunub. Qəzetin səhifələrində şifahi xalq ədəbiyyatının lirik janrlarında olan nümunələrindən çoxsaylı seçmələr verilib. AMEA vitse-prezidentinin köməkçisi Ağahüseyn Şükürovun verdiyi məlumata görə, bu, “Literaturnaya qazeta”nın Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə oxuculara təqdim etdiyi ikinci layihədir. Qəzetin 2015-ci ilin aprel ayında Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə ilk layihəsi Rusiyada yaranan Azərbaycan diaspor ədəbiyyatına həsr edilmişdi. Təkcə Rusiyada deyil, geniş mənada rusdulli beynəlxalq auditoriyada kifayət qədər böyük nüfuza malik olanLiteraturnaya qazetapostsovet ölkələri arasında ilk dəfədir ki, konkret bir respublikanın Elmlər Akademiyası ilə, həm ayrıca bir elmi-təqdqiqat institutu ilə birlikdə xüsusi layihə - 4 səhifəlik əlavə çap edir. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu iləLiteraturnaya qazeta”nın xüsusi buraxılışı həm Ədəbiyyat İnstitutunun, həm bu məşhur qəzetin tarixində ilk əhəmiyyətli hadisədir.

Akademik İsa Həbibbəylinin ideyası ilə reallaşdırılan layihəLiteraturnaya qazeta”nınAzərbaycanTuranın incisiadlı əlavəsi ilə oxuculara təqdim olunub. Əlavə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin yazıçı-ədəbiyyatşünas, Nizami adına Ədəbiyyat İnstitutunun elmlər doktorluğu üzrə doktorantı Abuzər BağırovunPoetik folklor irsi: Milli mentalitetin koduadlı böyük həcmli məqaləsi ilə açılır.

Məqalədə ümumiyyətlə bədii ədəbiyyatın yaranmasında folklorun rolu, o cümlədən Azərbaycan şifahi xalq ədəbiyyatının yaranması, tarixi təkamül mərhələləri haqqında ətraflı bəhs olunur. Müəlliflər şifahi xalq ədəbiyyatının janrları, mövzu dairəsi, ideya istiqamətləri barədə oxuculara hərtərəfli məlumat verərək Azərbaycan yazılı ədəbiyyatının yaranıb-formalaşmasında inkişafında folklorun rolunu ön plana çəkiblər. Xalq ruhunun bədii təqdimində, düşüncə sintezində, milli fikrin formalaşmasında əhəmiyyətli dəyərə malik olan şifahi ədəbiyyatın böyük əhəmiyyət kəsb etdiyi xüsusi olaraq vurğulanan məqalədə dünya xalq şeiri nümunələri ilə müqayisələr aparılaraq Azərbaycan ədəbiyyatının keçdiyi çoxəsrlik inkişaf yoluna nəzər salınır, “Avestakitabı, “Kitabi-Dədə Qorqud”, “Koroğlu”dastanları, ədəbi istiqamətlər mərhələlər üzrə bir sıra görkəmli şair yazıçılarımızın yaradıcılığından söz açılır. Məqalədə Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatı kontekstində səciyyələndirilərək həm uzun əsrlər boyu öz xalqının əsil, dərin səmimi insani duyğularını, humanizm sülhpərvər ideyalarını yüksək bədii səviyyədə mənalandıran böyük ədəbiyyat faktı kimi təqdim olunur. Yaxın Şərqin üç əsas ədəbi dilində: ərəb, fars türk dillərində yaradılan Azərbaycan ədəbiyyatının unikallığı hələ qədim zamanlardan milli xarakteri ifadə etməklə bərabər, başqa dillərə, mədəniyyətlərə dözümlü münasibəti ilə fərqləndiyi nəzərə çarpdırılır.

Literaturnaya qazeta”da Azərbaycan poetik folklor nümunələriXalq boğçasından ilahi xəzinəbaşlığı altında oxuculara çatdırılır. Müxtəlif mövzuları əhatə edən çeşidli bayatılar, laylalar, yanıltmaclar, tapmacalar, mərasim (toy, Novruz s.) nəğmələri, xalq mahnılarıLiteraturnaya qazeta”nın əlavəsində Vladimir Qafarovun, Alla Axundovanın Tatyana Straşnevanın tərcümələri ilə verilib.

Qəzetin əlavəsində Azərbaycan xalçaları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, rəssam Fəxrəddin Əlinin çəkdiyi rəsmlər yer alıb ki, bu da səhifələrin cəlbedici tərtibatını nəzərə çarpdırmaqla yanaşı, layihənin əsas məqsədi olan xalq ruhunun əyani surətdə əks etdirilməsinə xidmət edir.

Özünəməxsus ənənələrə böyük auditoriyaya məxsus olanLiteraturnaya qazeta”nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə layihəsi rusdilli oxucularda Azərbaycanın poetik folklor ədəbiyyatı haqqında geniş dolğun təsəvvürlərin yaradılmasına imkan verəcəkdir. Bu, müstəqillik dövründə Azərbaycan ədəbiyyatının beynəlxalq miqyasda təbliği istiqamətində atılmış ən böyük əhəmiyyətli addımlardan biridir.

Nizami adına Ədəbiyyat İnstitutununLiteraturnaya qazetailə birgə layihəsinin davam etdirilməsi, sonrakı əlavələrin klassik müasir Azərbaycan ədəbiyyatına həsr olunması nəzərdə tutulur. Layihənin koordinatoru filologiya elmləri namizədi Abuzər Bağırov artıq Azərbaycan poeziyasından rus dilinə ən yaxşı tərcümələrin seçilib müəyyənləşdirildiyini bildirir.

Literaturnaya qazeta”nın Azərbaycan ədəbiyyatına 4 səhifəlik əlavəsi Rusiya ilə ədəbi əlaqələrimizin tarixində yeni əlamətdar hadisədir.

 

Nigar Abdullayeva

 

Palitra.- 2015.- 9 iyul.- S. 13.