Ərəstun Mehdiyev: “Dövlət siyasəti Azərbaycan mətbuatının inkişafına yönəlib

 

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli KitabxanasındaAzərbaycan mətbuatı milli-mənəvi dəyərlərimizmövzusunda konfrans keçirilib.

Prezident Administrasiyası, Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirib ki, dünyada milli mətbuatının yaranmasının 140 illiyini qeyd edən az ölkələr var ki, onlardan biri Azərbaycandır: “Əkinçiqəzeti Azərbaycan mətbuatının sonrakı inkişafına, onun peşəkar dəyərlər üzərində qurulmasına da böyük töhfə verdi. O dövrdə nəşr olunan məqalələr bu gün üçün aktual maraqlıdır. Azərbaycan xalqı mətbuatın inkişafı ilə gələcəyə baxmaq, inkişaf etmək haqqı qazanıb. Azərbaycanda yüzlərlə mətbu orqan var. Onların sırasında dövlətə məxsus olanların sayı azdır. Bizim media tamamilə sərbəstdir. Azərbaycan mətbuatı bu gün istənilən mövzu, istənilən hadisə haqqında yazmaqda tam sərbəstdir. Mənim düşüncəmə görə mətbuatın ən vacib vəzifələrindən biri Azərbaycan ənənələrini qorumaq, tarixi keçmişinə ehtiram hissi ilə yanaşmaqdır. Bu gün müharibə şəraitində yaşayan Azərbaycan mətbuatı çox həssas olmalıdır. Media heç bir vəziyyətdə düşmənin dəyirmanına su tökməməlidir, ucuz sensasiya yaratmamalıdır. Mən demirəm ki, mətbuat tənqid etməməlidir. Lakin ən yüksək amil Azərbaycanın ərazi bütövlüyü gələcəyi olmalıdır”. Nazirin fikrincə, bu mənada media, mətbuatın rolu xüsusilə dəyərləndirilməlidir: "Biz medianı ölkəni gələcəyə aparan qüvvə kimi qorumalıyıq". Bu günlərdə ölkənin hər yerində Azərbaycan milli mətbuatının 140 illik yubileyi ilə bağlı silsilə tədbirlərin keçirildiyini deyən nazir bildirib ki, ölkənin ilk mətbu orqanı olan "Əkinçi" qəzeti təsis olunmasaydı, bir sıra tarixi hadisələrin gerçəkləşməsi mümkün olmayacaqdı: “Cəmi 2 il yaşamış bu qəzet Azərbaycan milli təfəkkürünün irəli aparılmasında böyük rol oynayıb. Bu qəzet mətbuatın inkişafına gələcəyinə, o zaman çətin dövr yaşayan Azərbaycanın taleyinə böyük təsir göstərib. Jurnalistika indi mənəvi dəyərlərinə sadiq qalaraq cəmiyyətə xidmət edir". Ə.Qarayev dünyada Azərbaycana qarşı aparılan əks-təbliğat məsələsinə toxunub: "Dünyada necə vardısa, ikili standartlar yenə mövcuddur. Azərbaycanda, guya demokratiyanın olmaması, problemlərin olduğunu bəyan edən xarici KİV-lər öz problemlərini görmək iqtidarında deyillər. Amma Azərbaycanda ən kiçik problemi böyüdüb qabardırlar". Nazir bildirib ki, Azərbaycanda mövcud media məkanı tamamilə sərbəst açıqdır: "İnternetə rahat daxil olub istənilən məlumatı əldə etmək mümkündür. İstənilən şəxs barədə məlumat əldə etmək olur. Mətbuat istənilən şəxs barədə istənilən mövzuda yaza bilir". Ə.Qarayev bir daha əminliyini bildirib ki, Azərbaycan mediası ölkənin gələcəyi naminə yenə müsbət töhfələrini verəcək.

Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, dövlət siyasəti Azərbaycan mətbuatının inkişafına, fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağına yönəlib: “Bu sahədə atılan addımlar imkan verir deyək ki, bizim peşəkar mətbuatımız bunun öhdəsindən gəlir. Bu gün müharibə şəraitində yaşayırıq. Gənclərimizin milli ruhda böyüməsini mətbuatın prioritet istiqaməti kimi qəbul etməliyik. Mətbuatın peşəkarlığı burda böyük rol oynayır. Milli mətbuatımızın qaranquşu olanƏkinçi”nin nəşrindən sonra çap olunan digər mətbu orqanlar Azərbaycan xalqının milli özünüdərkinə böyük diqqət yetirib bu yolda böyük rol oynayıb. O dövrdən bu günə qədər mətbuatımızı izləsək, görərik ki, Azərbaycanın milli dəyərləri geniş şəkildə işıqlandırılıb. Cənab Prezidentin vurğuladığı kimi jurnalistlərin vətənpərvər olması vacib məsələlərdəndir. Mətbuatın cəmiyyətdə tutduğu rol çox əhəmiyyətli önəmlidir. Onun üzərinə böyük missiya vəzifə düşür. İnanıram ki, Azərbaycan mətbuatı üzərinə götürdüyü böyük missiyanı indiyə qədər olduğu kimi bundan sonra da davam etdirəcək”. Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu Azərbaycan mətbuatının 140 illik yubileyi, müasir mətbuatın inkişafı haqqında fikirlərini bildiriblər.

TədbirdəMilli rəqslərimiz milli dəyərimizdirmövzusunda keçirilən yazı müsabiqəsinin qalibləri Mədəniyyət Turizm Nazirliyi tərəfindən təltif edilən bir qrup jurnalist mükafatlandırılıb.

 

Nigar Abdullayeva

 

Palitra.- 2015.- 11 iyul.- S. 5.