Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

 

İyulun 14-dən 31-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.

Heydər Əliyev Fondunun mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər çərçivəsində Azərbaycan mədəniyyəti, milli caz musiqisinin, ənənə müasirliyi yaşadan incəsənətimizin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan bu il iyulun 14-dən Kannda başlayan ənənəviPirotexnika sənəti festivalı”nda (Festival d`Art Pyrotechnique) iştirak edəcək. Azərbaycan bu festivalda 2013-cü ildən təmsil olunur. Builki atəşfəşanlıq həm müsabiqə xarakterli olması ilə seçilir. Müsabiqə iyulun 14-də “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayacaq.

Bakı Atəşfəşanlıq Qrupu”nun şousu Azərbaycanın görkəmli bəstəkarları Üzeyir HacıbəylininLeyli MəcnunoperasındanŞəbi-hicrankompozisiyası, Fikrət Əmirovun “Min bir gecəbaletindən musiqi, “Qarabağ Azərbaycan incisidirəsəri, Qara QarayevinYeddi gözəlbaletindən musiqi, Tofiq QuliyevinQaytağıəsəri, Müslüm Maqomayevin "Azərbaycan", Ələkbər Tağıyevin gəlməz oldunhəmçininAzərbaycan maralı”, “Sarı gəlinxalq mahnıları, görkəmli muğam ustası Alim Qasımovun ifasının müşayiəti ilə təqdim olunacaq. Elə həmin gecə Azərbaycanın Xalq artisti, qarmon ifaçısı Ənvər Sadıqov onun ansamblının konserti keçiriləcək.

İyulun 15-də isə Kannda Festivallar sarayındaAzərbaycan xalçaları incəsənətdəadlı sərgi açılacaq. Burada Azərbaycan rəssamları Lətif Kərimov, Vüqar Muradov, Butunay Haqverdiyev Elçin Vəliyevin əsərləri-xalça eskizləri, əsasında milli xalça motivlərinin dayandığı modern, pop-art xarakterli əsərlər, installyasiyalar təqdim olunacaq. İyulun 16-dan ictimaiyyət üçün açıq olacaq sərgi iyulun 31-dək davam edəcək.

İyulun 15-də həmçinin Festivallar sarayındaAzərbaycan musiqi gecəsikeçiriləcək. Konsert proqramında tanınmış caz ustası, pianoçu Emil Əfrasiyab onun qrupu, eləcə Azərbaycan incəsənət ustalarının iştirakı ilə etno-caz nümunələri təqdim olunacaq. Mədəniyyət günləri ilə əlaqədar artıq Kann şəhərində Azərbaycanı tərənnüm edən müxtəlif banerlər quraşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu Azərbaycanın qədim zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa onun regionlarında bir sıra tədbirlər həyata keçirən Heydər Əliyev Fondu dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq üç ildir ki, Azərbaycan mədəniyyəti günləri təşkil edir.

 

Tural

 

Palitra.- 2015.- 14 iyul.- S. 5.