Könüllü olaraq Avropa Oyunlarının bir parçası olduğum üçün qürur hissi duyuram

 

Hidayət Kərimov: “Gənclər həm komandada işləmək bacarığını, həm təcrübəsini, həm öz dünyagörüşlərini artırmış  olurlar

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bir sıra məsələlərə toxunub. Avropa Oyunlarının Olimpiya Oyunları səviyyəsində keçirildiyini deyən ölkə başçısı qeyd edib ki, buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər, getmək istəmirdilər: “Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün, Avropa üçün tarixi hadisə idi. Biz bu şərəfli missiyanı öz üzərimizə götürmüşük bunu ən yüksək səviyyədə keçirmişik. Bu, ölkəmizin gücüdür, potensialıdır. Doğrudan da, bizim böyük qələbəmizdir. Mən Milli Olimpiya Komitəsinin prezidenti kimi bir çox Olimpiya Oyunlarının açılışlarında olmuşam, müqayisə aparmaq üçün kifayət qədər imkanım var. Amma burada Avropa Oyunları ən yüksək səviyyədə keçirilib”. Ölkə başçısı onu da vurğulayıb ki, keçən Olimpiya Oyunlarında Londonda küçələrdə əlisilahlı insanlar gəzirdi, binaların damlarında hava hücumuna qarşı qurğular quraşdırılmışdı: “Elə bil ki, sən müharibə şəraitində olan ölkəyə gəlmisən. Elə bil ki, fövqəladə vəziyyət yaradılmışdı. Amma heç kim Bakıda bir nəfər əlisilahlı insan görmədi. Bax, budur bizim imkanlarımız. Təhlükəsizlik, mədəniyyət, səviyyə, insanlar - budur bizim dəyərimiz. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının Azərbaycan dövlətinin təntənəsidir”. Ölkə başçısı onu da bildirib ki, Avropa Oyunlarında bütün qurumlar çox fəal işlədilər, təşkilat, təhlükəsizlik, nəqliyyat məsələləri, obyektlər, idman qurğuları, könüllülər, yəni hər şey ən yüksək səviyyədə həll olunub. Müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Avropa Oyunlarının könüllüsü olaraq bugünlərdəSertikat”a layiq görülən Hidayət Kərimovdur:

- Necə oldu ki, bu Oyunlarda könüllü olaraq iştirak etmək qərarına gəldiniz?

- Avropa Oyunları ilk elan olunan gün könüllü olaraq iştirak etmək qərarına gəldim. Yəni Avropa Oyunlarının Bakıda keçirilməsi qərarı verilən gün idi. Mən özüm söylədim ki, bu yarışların bir parçası olmalıyam ölkəmə öz töhfəmi verməliyəm. Oyunlarda iştirak barəsində o qədər ürək dolusu danışa bilərəm ki, hər şey möhtəşəm idi. Yəni təşkilatçılıq, komanda yoldaşları, qonaqlar, atletlər. Biz könüllülər üçün hər cür şərait yaradılmışdı. İstər qida, istərsə nəqliyyat barədə heç bir problemlə qarşılaşmadıq. Bu yaradılmış şəraitdə biz könüllülər öz işimizi uğurla yerinə yetirdik.

-Təhsil aldığınız universitetdə könüllülərin təşkili işini necə qiymətləndirirsiniz?

- Bizim universitetdə hər şey mükəmməl idi. Rektorumuz ilk günlərdən bu işin yüksək səviyyədə görülməsi könüllülərin təlimlərdə oyunlar qabağı tədbirlərdə rahat şəkildə iştirak edə bilmələri üçün universitetimizin Tələbələrlə üzrə prorektoru dos. Səadət Qəndilovaya tapşırıq vermişdi. Səadət xanım da bizlər üçün hər bir şəraiti təmin etmişdi. İmtahanlarda da bizlərə güzəştlər edilib. Zəif nəticə göstərən tələbələrə yenidən imtahan vermə şansları tətbiq olunmuşdu.

- Ümumiyyətlə, belə tədbirlərdə bir araya gəlmək gənclərin təşkilatlanmasında, inkişafında hansı rol oynayır?

- Gənclər həm komandada işləmək bacarığını, həm təcrübəsini, həm öz dünyagörüşlərini artırmış olurlar. Ən əsası onlar yeni dostlar yeni insanlar tanıyır. Bir sözlə, bu tip tədbirlərdə könüllü kimi çalışan gənclər gələcək karyeralarında böyük uğurlar əldə etmiş olurlar.

-Oyunlar müddətində yadınızda qalan ən maraqlı, xoş təəssürat oyadan hadisə barədə danışardınız.

- Oyunlar ərəfəsində maraqlı hadisələr çox olurdu. Hər günümüz əyləncəli maraqlı keçirdi. Xoş təəssüratlara gəldikdə isə bu, idmançıların qonaqların bizi xoş qarşılaması, işimizi bəyənmələri olurdu.

-Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, könüllülərin forumu keçirilsin. Buna münasibətiniz necədir?

- Bu bizim üçün çox xoşdur. Yəni bu könüllülərin daha da tanınması cəmiyyətdə layiqli yerlərini tutmalarına böyük stimuldur. Eyni zamanda bu forum digər gənclərində həvəsə gəlməsi ölkəmizdə gələcəkdə təşkil olunacaq beynəlxalq yarışlarda könüllü olaraq iştirak etmələrinə əsas olacaq.

-Ölkə başçısı çıxışı zamanı könüllülərlə bağlı bildirib ki, onların hər birinə artıq mənim adımdan Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından təşəkkürnamə sertifikatı verilməyə başlanılıb. Könüllü olaraq siz bunu necə qiymətləndirirsiniz?

- Bu bizim üçün çox sürpriz xəbər oldu. Ölkə rəhbəri ölkənin birinci xanımından təşəkkürnamə almaq bizim üçün böyük uğur şərəfdir. Bu biz könüllülərin işinə dərəcədə qiymət verildiyinin bariz nümunəsidir.

- Bugünlərdə könüllülərin paradı keçirilib. Bu sizdə hansı təəssüratlar yaratdı?

- Doğrudan da, parad möhtəşəm keçdi, könüllülər çox coşğuyla iştirak etdilər. Sanki bu parad Avropa Oyunlarının son nöqtəsini qoydu. Hər şey mükəmməl idi. Təşkilatçılara xüsusi minnətdarlığımı bildirirəm.

-Gələcəkdə böyük tədbirlərdə ölkəmizi təmsil etmək istərdinizmi?

- Əlbəttə istərdim, hətta indidən hazırlaşıram. Formula-1 yarışları, İslam Həmrəylik Oyunları digər genişmiqyaslı tədbirlərdə iştirak etməyi planlaşdırıram. Bəli, bu böyük miqyaslı yarışlarda könüllülərin rolu əvəzsizdir. Həmyaşıdlarıma təklif edə bilərdim ki, bu yarışlarda da çox ürəklə iştirak etsinlər, dostluq, həmrəylik bacarıqlarını ortaya qoyub ölkəmizi layiqincə təmsil etsinlər. Könüllü olmaq böyük bir dəyərdir, bu dəyərin bir parçası olsunlar. Bu Oyunların təşkilində əziyyəti keçən hər bir şəxsə öz minnətdarlığımı bildirir bu Oyunların bir parçası olduğum üçün qürur hissi duyuram.

 

Nigar Abdullayeva

 

Palitra.- 2015.- 15 iyul.- S. 6.