Mədəniyyət və Turizm
Nazirliyi Prezidentin tapşırığı ilə
əlaqədar işlərə
başladı
Ölkə Prezidentinin bu ilin I yarısının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı və qarşıda duran məsələlərə həsr olunan iclasda verdiyi tapşırıqların icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq işlərə başlanılıb.
Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov deyib. Nazirlik rəsmisi deyib ki, ölkə ərazisində “iki” və “üç” ulduzlu hotellərin tikintisi və sahibkarların bu sahəyə stimullaşdırılmasının artırılması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq təşkilatlara məktublar hazırlanıb. Turistlərin rahat şəkildə öıkəmizə gəlməsi üçün şərait yaradan elektron vizanın verilmə müddətinin qısaldılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən qısa müddət ərzində birgə fəaliyyət planı hazırlanacaq.
Mehmanxanalarda qiymət siyasətinin tənzimlənməsi və qiymətlərin düzgün qurulması üçün Mədəniyyət və Turizm Nazirliyi və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə təkliflər paketi hazırlanır. Həmçinin mehmanxana rəhbərləri, menecerləri ilə bu sahədə aparılan iş davam etdiriləcək: "Ölkə başçısının tapşırıqları bir daha göstərdi ki, Azərbaycan prezidenti vətəndaşların sosial problemlərinin həlli istiqamətində gördüyü işlərlə yanaşı, Azərbaycan vətəndaşının istirahətini də düşünür. Bizim də üzərimizə düşən vəzifə ondan ibarətdir ki, bu tapşırıqdan irəli gələn məsələləri həll edib Azərbaycan turizminin inkişafına dəstək olaq”.
Nigar
Palitra.- 2015.- 15 iyul.- S. 6.