Məktəblərdə Uşaq Birliyi Təşkilatı rəhbərlərinə şagirdlərlə tərbiyəvi söhbət aparmaq üçün dərs saatı ayrılmayıb

 

Aysel Əliyeva:“Bəzi Uşaq Birliyi Təşkilatı rəhbərləri var ki, onların otaqları da yoxdur. Bu gün onlara öz işlərini qurmaq üçün çox az şərait yaradılıb

İnsanın şəxsiyyət kimi formalaşmasında, bilik istedadının vaxtında üzə çıxarılmasında inkişaf etdirilməsində məktəbəqədər ibtidai təhsil mərhələlərinin rolu böyükdür. Bu baxımdan erkən yaşlardan başlayaraq, uşaqlarla bu sahədə ciddi işləmək olduqca məqsədəuyğundur. Bu sahədə istər təhsil müəssisələrinin, istərsə valideynlərin üzərinə böyük məsuliyyət düşür. Layihə çərçivəsində bu mövzuda müsahibimiz Bakıdakı 135saylı tam orta məktəbdə Uşaq Birliyi Təşkilatının rəhbəri Aysel Əliyevadır.

- Öncə özünüzü təqdim edərdiniz fəaliyyətiniz barəsində məlumat verərdiniz.

-Mən - Aysel Əliyeva Bakı şəhəri Binəqədi rayonunda yaşayıram. Həmçinin 135saylı tam orta məktəbdə Uşaq Birliyi Təşkilatının rəhbəri vəzifəsində işləyirəm. Həmçinin ictimai işlərdə aktivlik göstərməyə çalışıram.

-Uşaqların mənəvi inkişafında şəxsiyyət kimi formalaşmasında təhsilin rolunu necə görürsünüz?

- Uşaqların şəxsiyyət kimi formalaşmasında, vətənpərvərlik hissinin aşılanmasında təhsilin rolu böyükdür. Bu baxımdan təhsilin bütün mərhələlərinin, xüsusən məktəbəqədər ibtidai təhsil mərhələlərinin çox böyük önəmi var. Valideynlər məhz bu mərhələlərdə uşaqlarının təhsilə alışdırılmasına xüsusi diqqət yetirməlidirlər. Çünki məhz erkən yaşlarda uşaqların istedadları, onların daha çox hansı istiqamətə meyilli olmaları, hansı fənlər üzrə bilik bacarıqlarının, qabiliyyətlərinin daha yaxşı olması bilinir. Əsasən məktəbəqədər təhsildə artıq uşaqların bu cür qabiliyyətlərini üzə çıxarmaq olduqca məqsədəuyğundur. Ümumiyyətlə isə yüksək səviyyədə tədris olunan təhsil şagirdlərə keyfiyyətli dərəcədə bilik verməklə bərabər, yüksək əxlaqi dəyərlər aşılayır. Yüksək bütün məqamlar nəzərə alınmaqla aparılan tədris uşaqların, şagirdlərin bitkin şəxsiyyət kimi formalaşmasını təmin edir, bununla yanaşı, vətənpərvərlik hissini gücləndirir, onları cəmiyyətə faydalı şəxs kimi yetişdirir.

-Uşaqların əqli inkişafında məktəbəqədər təhsilin bağçanın rolunu daha necə xarakterizə edərdiniz?

- Uşaqların əqli inkişafında məktəbəqədər təhsil vacibdir. Uşaqlar məktəbəqədər təhsil alarkən onların dünya görüşü formalaşır, nitqi inkişaf edir ilkin riyazi bacarıqlara yiyələnirlər. Bu təhsil müddətində onlar öz vətənləri haqqında, dövlət atributları haqqında anlayışlara malik olurlar. Yazı bacarıqlarına yiyələnirlər. Dərslə məşğul olmağı öyrənirlər. Tədricən uşaqlıq aləmindən təhsil alma mərhələsinə qədəm qoyurlar.

- Uşaqların erkən yaşlardan təhsil savad almağa meyilləndirilməsi üçün nələri təklif edərdiniz?

- Şagirdlərlə ünsiyyət qura bilən, onlarda dərsə maraq oyatmağı bacaran, onları həvəsləndirən mehriban müəllimin olması uşaqları təhsilə asanlıqla cəlb edər. Bundan başqa, müxtəlif texniki vasitələrdən istifadə, məsələn, şagirdlərə planşetlərin verilməsi, dərslərin oyunlar vasitəsi ilə keçirilməsi şagirdlərdə dərsə maraq oyadan səbəblərdir.

-Valideynlərin bu məsələlərlə bağlı hansı fəaliyyətləri lazımdır? Bu barədə valideynlərə nələri tövsiyə edərdiniz?

- Fikrimcə, valideynlər uşaqlarına bu baxımdan davamlı olaraq nəzarət etməli, məktəbəqədər təlim kurslarına aparmalı, həvəsləndirməlidirlər. Onlar uşaqları ilə hər gün bu sahədə məşğul olmalı, onların istedadlarının üzə çıxmasına inkişaf etməsinə kömək etməlidirlər.

-Məktəbəqədər təhsil sahəsində hansı çatışmazlıqlar var?

- Bəzi məktəblər var ki, onlarda məktəbəqədər təhsil formalaşdırılmayıb. Məktəbəqədər təhsildən bəzi valideynlər uşaqlarını yayındırırlar. Bu barədə tədbir görülməsi yaxşı olardı. Çünki gələcək nəsillərin bacarıq qabiliyyətlərinin hərtərəfli üzə çıxarılması inkişafı üçün bu, olduqca vacib məsələdir.

-Uşaqların məktəbə hazırlanmasında istər valideyn, istərsə məktəbəqədər təhsil müəssisələri daha hansı amilləri nəzərə almalıdırlar?

- Məktəbəqədər təhsil müəssisələri uşaqda yazma, oxuma bacarığı formalaşdırmalı, nitqini inkişaf etdirməli, dünyagörüşünü artırmalı, dərslə məşğul olmağı öyrətməlidir. Valideynlər bu sahədə məktəbəqədər təhsil müəssisələri ilə sıx şəkildə paralel işləməlidirlər.

-İbtidai təhsil mərhələsində bu baxımdan hansı məsələləri qeyd edərdiniz?

- İbtidai siniflərdə Azərbaycan dili (yazı) dərsliyinin ayrı nəşr olunması yaxşı olardı. Doğma dilimizin qrammatikasını ibtidai siniflərdən şagirdlərin öyrənməsi savadlı yazı vərdişinə nail olması çox vacibdir. 4-cü sinifRiyaziyyatdərsliyinin nisbətən sadələşdirilməsi, şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırılması məqsədəuyğun olardı.

-Azərbaycan məktəblərində keçirilən tədbirlərlə bağlı hansı amilləri qeyd etmək istərdiniz? Bunun şagirdlərin inkişafında kimi təsirləri var?

-Azərbaycan məktəbləri tədbir keçirmək mövzusunda aktivdirlər. Tədbirlərin keçirilməsində məqsəd yalnız hansısa günün qeyd edilməsi deyil. Keçirilən tədbirlərin sayəsində şagirdlərin istedadları aşkarlanır, onlar səhnə mədəniyyətinə uşaq yaşlarından başlayaraq öyrəşirlər. Bu da onların gələcəkdə hansı peşəyə yiyələnəcəkləri ilə bağlı sualın cavabını tapmağı asanlaşdırır. Qeyd edim ki, məsələn, bizdə Rayon Gənclər İdman İdarəsinin keçirdiyi bədii qiraət, inşa-yazı, rəsm digər istedad müsabiqələrində şagirdlərin iştirak etməsi onların məktəbə həvəsini daha da artırır. Onlar bu müsabiqələrin sonunda diplomlar, fəxri fərmanlar, müxtəlif həvəsləndirici hədiyyələrlə mükafatlandırılırlar. Bu da şagirdlərdə müsabiqələrdə iştirak etməyə daha çox maraq oyadır.

- İstedadlı uşaqlarla bağlı tədbirlər həyata keçirirsiniz. Bu sahədə sizin hansı təklif tövsiyələriniz ola bilər?

- Bu barədə tövsiyəm öncə valideynlərə olacaq. Dərsdən sonra hər bir şagird müxtəlif dərnəklərə, müsiqi məktəblərinə, rəqs, rəsm dərnəklərinə, idmana yazılsalar, bu, onların xeyrinə olar. Həm hər müəyyən sahə üzrə bacarıqları inkişaf etmiş olar, həm ünsiyyətdə olduqları insanların sayı artar daha tez münasibət qurmağı öyrənərlər, həm məktəbin tədbirlərində fəal iştirak etmiş olarlar. Bu gün məktəblərdə şagirdlərin istedadlarının aşkarlanması üçün fəal işlər gedir. Heç bir istedadlı şagird kənarda qalmır. İstedadın formalaşması da məktəbdən, müəllimlərdən şagirdin özündən qabaq valideynlərin övladlarına göstərdikləri diqqətdən asılıdır. Valideyn övladının fəal olmasına şərait yaratsa, məktəb şagirdin bu fəallığını hiss edər şagird məktəbin ən fəal şagirdləri siyahısında yer tapar. Valideyn-məktəb-şagird daima birlikdə işləməlidir. Məlumdur ki, Uşaq Birliyi Təşkilatı rəhbərlərinə şagirdlərlə tərbiyəvi söhbət aparmaq üçün dərs saatı ayrılmayıb. Bəzi Uşaq Birliyi Təşkilatı rəhbərləri var ki, onların otaqları da yoxdur. Bu gün UBTR- öz işlərini qurmaq üçün çox az şərait yaradılıb. Təklif olaraq UBTR- dərs saatının ayrılmasını otağın verilməsi fikrini irəli sürə bilərəm.

 

İlkin AĞAYEV

 

Palitra.- 2015.- 15 iyul.- S. 11.