Dövlət Kukla Teatrı mövsümü başa vurdu

 

Uşaqların maarifləndirilməsi, mənəvi-estetik tərbiyəsinin möhkəmləndirilməsi teatra sevgi ruhunda yetişmələri üçün hər dəfə yeni-yeni tamaşalar, azyaşlılarla bağlı xeyriyyə xarakterli aksiyalar təşkil edən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün 84-cü mövsümünə yekun vurub.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, məhsuldar uğurlarla bol teatr mövsümünə tamaşaçılara milli dünya dramaturgiyasından seçilmiş 4 fərqli tamaşa, teatrın nəzdindəkiOyuqteatr studiyasının təqdimatında bir neçə xeyriyyə xarakterli konsert tamaşa təqdim edən sənət ocağının yaradıcı heyəti qarşıdakı mövsümdə tam gücü ilə çalışaraq fərqli səhnə işlərini təqdimata hazırlaşırlar.

Bunu mövsümün sonu ilə bağlı hesabat xarakterli çıxışında teatrın direktoru, UNİMA Azərbaycan Milli Mərkəzinin prezidenti Rəşad Əhmədzadə deyib.

Yeni səhnə əsərləri, festivallar sənət hadisələri ilə zəngin mövsümdə fəal iştiraka, xüsusən ölkəmizdə keçirilən I Avropa Oyunları münasibətilə həyata keçirilən tədbirlərdə - kuklaların tərtibatı rəssam işlərində yaxından iştiraka görə, o əməkdaşlara təşəkkürünü bildirib.

R. Əhmədzadə il ərzində istər teatrda nümayiş olunan tamaşalarda, istərsə təqvimdəki xüsusi günlərlə bağlı keçirilən irimiqyaslı tədbirlərdə kuklaçıların fəal iştirakından söz açıb.

Qarşıdakı mövsümə daha məsuliyyətlə hazırlaşacaqlarını deyən direktor 15-20 noyabr tarixlərində paytaxtımızda baş tutacaq növbəti teatr bayramı –“Cırtdan” III Beynəlxalq Kukla Teatrları Festivalı ilə bağlı da məlumat verib. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) dəstəyi ilə keçiriləcək bu möhtəşəm tədbirdə dünyanın aparıcı kukla teatrları mütəxəssislərinin iştirak edəcəyini bildirib. O, festivalının açılışının maraqlı rəngarəng olması üçün əllərindən gələni edəcəklərini bildirib.

Qarşıdakı mövsümdə hər kəsə uğurlar arzulayan direktor teatrın tamaşaçılarına yeni səhnə işləri ilə sürprizlər ediləcəyini deyib.

Çıxışdan sonra balaca tamaşaçılar digər qonaqların iştirakı iləTıq-tıq Taq-taqın nağılıtamaşasına baxış olub.

Abdulla ŞaiqinTıq-tıq xanımnağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi quruluş verdiyi tamaşa özünün ideya yükü, səhnə estetikası kukla tamaşalarına məxsus yeni ştrixləri ilə tamaşaçıların diqqətini cəlb edə bilib.

Tamaşanın quruluşçu rəssam Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Birhissəli kukla tamaşasında əsas rolları Əməkdar artist Rəhman Rəhmanov, aktyorlar Cəmilə Allahverdiyeva, Samirə Nəcəfova, Rəhim Rəhimov, Elnur Xəlilov, Cavid Telman ifa edib.

 

Tural

 

Palitra.- 2015.- 15 iyul.- S. 13.