Otellərin qiymətləri ilə bağlı yaxın vaxtlarda qərar veriləcək

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev Oğuzda keçirilən vətəndaş qəbulundan sonra jurnalistlərə açıqlamasında bildirib ki, hazırda nazirlik tərəfindən Prezidentin verdiyi tapşırıqların icrası istiqamətində konkret işlər görülür: “Biz bu işlərin üç istiqamət üzrə aparılmasını nəzərdə tuturuq.

Sözsüz ki, bu istiqamətlər özlüyündə daha geniş spektrdə əhatə olunacaq. Birinci istiqamət Azərbaycana xaricdən gələnlərin vizalarının verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlıdır. Bu gün Azərbaycanda 50-yə yaxın şirkət elektron vizaların verilməsi ilə məşğuldur. Yalnız bu il müddətində 10 minədək viza verilib. Ancaq dövlətimizin başçısının tapşırığının əsas məqsədi vizaların daha çevik, daha səmərəli rahat alınması üçün şəraitin yaradılmasından ibarətdir. Ona görə vizanın verilmə müddətinin aşağı salınması, yəni 10 gündən 3-5 günədək azaldılması məsələsi gündəmdədir. Artıq Xarici İşlər Nazirliyi digər dövlət qurumları ilə birlikdə təkliflər qərar layihələri hazırlayır. Ümidvaram ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalar üzrə akkreditasiya yenidən aparılacaq. Turizm şirkətlərinin bu qaydalara tam riayət etmələrinə ciddi nəzarət olunmalıdır”. Ə.Qarayev bildirib ki, ikinci istiqamət üzrə nazirliyin üzərinə düşən vəzifə bölgələrdə yerləşən otellərin fəaliyyəti ilə bağlıdır: “Regionlarda mövcud olan bütün otellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub. Artıq rayon icra hakimiyyətlərinin rəhbərlərinə, yerli sahibkarlara, müxtəlif qurumlara tövsiyə edilib ki, regionlarda yeni tikilən otellər yaxud turizmin inkişafı ilə bağlı atılan hər hansı bir addım mütləq nazirlikdə mövcud standartlara uyğunlaşdırılmalıdır. Ona görə biz artıq tələb edəcəyik ki, qiymətlər qanunvericilik çərçivəsində standartlara uyğunlaşdırılsın. Düşünürəm ki, bununla xidmətlərin keyfiyyətinin müvafiq qiymətə münasib olmasını təmin edə bilərik. Bu mövsümdə bizə tam mənzərə aydın olacaq biz bütün təhlilləri aparıb, yaxın vaxtlarda qiymətlərin daha məntiqli olması barədə öz qərarımızı tövsiyələrimizi verəcəyik”. Mədəniyyət turizm naziri bildirib ki, üçüncü istiqamət nazirliyin üzərinə düşür. Nazirlik regionlarda turizm xidmətlərinin səviyyəsinin, onların çeşidliyinin, müxtəlifliyinin, mədəni xidmətlərin səviyyəsinin artırılması, gələcək turistlərin daha aktiv istirahətinin təşkilinə dair tövsiyələr hazırlayır.

 

Palitra.- 2015.- 16 iyul.- S. 3.