Qəbələdə beynəlxalq musiqi festivalına hazırlıq görülür

 

Xəbər verdiyimiz kimi, iyulun 25-dən 31-dək Qəbələ şəhərində növbəti musiqi bayramı keçiriləcək.

Mədəniyyət Turizm Nazirliyindən bildirilib ki, hazırda festivalın keçiriləcəyi ərazidə musiqi bayramına ciddi hazırlıq işləri görülür.

Rayon İcra Hakimiyyətinin, idarə təşkilatların birgə səyi ilə Qəbələnin küçələrində, park bağlarında abadlıq işləri həyata keçirilir, gecə işıqlandırma sistemi qaydaya salınır, şəhərdə səliqə-sahman yaradılır. Festivalın proqramına uyğun olaraq açıq hava altında keçiriləcək konsertlər üçün səhnə quraşdırılacaq. Bəzi konsertlər isə "Qafqaz Resorte" hotelində keçiriləcək. Builki Qəbələ VII Beynəlxalq Musiqi Festivalının proqramı da zəngindir. Festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya Almaniyadan dünya şöhrətli musiqiçilər kollektivlər - İtaliya Simfonik Orkestri, "Moskva virtuozları" kamera orkestri, Avstriya Vayner Akademiyasının kamera ansamblı, "Flamenko" ansamblı, "Dubrovnik Guitar Trio", Andrey Qavrilov, Oksana Yablonskaya, Cankarlo Pazolini, Janna Gandelman, Aleksandr Rojdestvenski, Jeremi Menuxin, Paul Meyer, Aleksandr Gindin, Taras Yaqopud başqaları iştirak edəcəklər. Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü rəhbərliyi ilə gerçəkləşən mədəniyyət layihələri sırasında artıq ənənəyə çevrilmiş Qəbələ musiqi festivalının xüsusi yeri var. 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilən festival dünyanın müxtəlif ölkələrindən tanınmış kollektivləri, solist dirijorları bir araya gətirir.

 

Palitra.- 2015.- 16 iyul.- S. 4.