Müəllim müasir təlim metodlarını tətbiq etməyi bacarmalıdır

 

Günay Camalova: “Müasir dərs elə qurulmalıdır ki, orada müəllim-şagird əməkdaşlığına şərait yaranmalı, şagirdlərarası sağlam rəqabət olmalı, təlim metodları şagirdlərin yaşına, bilik səviyyəsinə uyğun qurulmalıdır

Layihə çərçivəsində müsahibimiz Suraxanı rayon 275 №-li məktəbin ingilis dili müəllimi Günay Camalovadır. O, müsahibəyə müasir təlimin təhsilimizdə rolu haqqında məlumat verməklə başladı:

- Balzak deyib ki, “Təbiət insanı zülmətlə dövrələyir onu daim işığa doğru getməyə məcbur edir. Bu işıq isə elmdir. Bütün elmlərin açarı isə sual işarəsidir”. Peşəsindən asılı olmayaraq hər bir insan daim özünə sual verməlidir ki, mən nəyi bilirəm, nəyi bilməliyəm? Bildiklərimi daha da hansı yollarla artıra bilərəm hansı yenilikləri etməyə qadirəm? Kəşf etmək hamının gördüyünü görmək, lakin hələ heç kəsin ağlına gəlməyəni düşünmək deməkdir. Elə buna görə müasir dövrün bizdən tələb etdiyi müasir müəllimin vəzifəsi müasir təlimi özü özündə kəşf etmək innovasiyalara can atmaq həvəsinin olmasıdır. Məktəbdə tədris mühiti, işgüzar şərait yaradılmasına nail olmaq təkcə məktəb rəhbərinin yox, həmçinin biz müəllimlərin üzərinə düşən məsuliyyətli bir vəzifədir. Hər bir müəllim çalışmalıdır ki, fəal mövqeyi, nümunəvi davranışı, zahiri görünüşü ilə kollektivdə sosial mühitdə nüfuz qazansın. Son illər təhsilimizdə canlanma hiss olunur. Ən əsası bir gənc olaraq mənim üçün çox sevindirici haldır ki, hər bir müəllim öz üzərində işləməyə, müasir təlimin tələb etdiyi öyrədici, inkişafedici, tərbiyəedici kimi vəzifələrini öz işində qurmağa can atır. Bunun 2 müsbət cəhətini görürəm - birincisi, müəllim müasirliyə can atır, təlim-tərbiyənin forma metodlarına modernləşdirmə innovasiya mövqeyindən yanaşır, ikincisi isə müəllim təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək istəyir təhsilimizə qoyulan müasir tələblərlə ayaqlaşır. Hər bir təhsil müəssiəsində təlim-tərbiyə prosesi, təlim metodları şagirdlərin aktiv fəaliyyətini, müəllimin şagirdlə, şagirdlərin bir-birilə əməkdaşlığını təmin edir. Hər bir müəllim müasir metod formaları tətbiq etməyi bacarmalıdır. Bunun üçün son vaxtlar ölkəmizin təhsil sahəsində böyük işlər həyata keçirilir, yeni metodları müəllimlərə aşılamaq üçün təlim kursları təşkil edilir, yenilikləri öyrənməyə müəllimlərdə həvəs oyadılır. Ümumiyyətlə, mənim fikrimcə, təlimi elə təşkil etmək lazımdır ki, o təkcə şagirdlərə bilik bacarıq verməklə kifayətlənməsin, şagirdin təkcə əqli inkişafını inkişaf etdirməsin, həmçinin şəxsiyyətin formalaşmasına təkan versin. Çox güman ki, biz bu zaman təlimin tərbiyəedici funksiyasını həyata keçirmiş olarıq. Müasir təlim bizdən tələb edir ki, hər bir dərs müasir tələblərə uyğun qurulsun. Müasir dərs elə qurulmalıdır ki, orada müəllim-şagird əməkdaşlığına şərait yaranmalı, şagirdlərarası sağlam rəqabət olmalı, təlim metodları şagirdlərin yaşına, bilik səviyyəsinə uyğun qurulmalıdır. Yaradıcı müəllim şagirdlərin zehni fəaliyyətlərinin gücləndirilməsi, onlarda axtarış tələbatı, müstəqil işləmək meyli bacarığının yaradılmasının yeni yollarını daim axtarıb araşdırmalıdır ki, şagirddə tədqiqatçılıq bacarığını tapıb ortaya çıxara bilsin.

-Müasir dərs prosesi necə təşkil edilməlidir?

-A. Karrel deyib ki, “Müəllim, bir zəkanı tamamilə hazır məlumatlarla dolduran təlimçi deyil, şagirdləri öz-özlərinin fikirlərini inkişaf etdirmələri üçün onları cəlb edən bir insan olmalıdır. Ona görə müasir dərs elə qurulmalıdır ki, məlumatlar hazır şəkildə şagirdə ötürülməsin, şagird daim araşdırmaçı olub yeniliklərə can atmalıdır. Müasir təlimdə motivasiya elə olmalıdır ki, bu, şagirdin düşünmə, təfəkkür qabiliyyətini önə çıxarsın. Elə etmək lazımdır ki, məlumat mübadiləsində tədqiqat işi şagirdlər tərəfindən düzgün fikir mübadiləsinə çevrilsin. Məlumatın təşkili zamanı şagirdlər öz fikirlərini, cavablarını müəllimə çatdıra bilsinlər. Nəticələrin çıxarılmasında isə müəllim məlumatları topladıqdan sonra ümumi nəticə çıxara bilsin. Biz müəllimlər dərsimizi elə qurmalıyıq ki, şagirdlərin bir-birilə əməkdaşlığını təmin etmək, şagirdlərdə müstəqil düşünmək, sərbəst fikir ortaya qoymaq, şəxsiyyəti qiymətləndirmək, natiqlik qabiliyyəti tənqidi təfəkkürü inkişaf etdirmək bacarığı irəli çıxsın. Müasir dərsdə təbii ki, həm müəllim, həm şagird informasiya texnologiyalarının imkanlarından lazımi səviyyədə istifadə etməyi bacarmalıdır. Bu da şagirdin öyrənmə həvəsini, yaradıcılıq təşəbbüsünü, şagirdin təhsilinə aktiv mövqeyini daha da inkişaf etdirir. Müəllim müasir metod formaları tətbiq etməyə lazımi şərait yaratmaq üçün yardımçı olmalıdır.

-Müəllim-şagird münasibəti necə qurulmalıdır?

- Təlim zamanı bizə mane olan problemlərdən biri müəllim -şagird münasibəti problemidir. Fikrimcə, şagird psixologiyasına dərindən bələd olmayan müəllim bu çətinliklə rastlaşa bilər. Bu səbəbləri aradan götürməyi bacarmasaq nəticədə təlim-tərbiyə prosesi pozulacaq. İlk öncə hər bir müəllim özündə olan boşluqları tapmalıdır ki, sonra o boşluqları doldurmağı bacara bilsin. Təlim zamanı müəllim sinifdə xoş əhvali -ruhiyyə yaratmağın öhdəsindən ustalıqla gəlməlidir. Müəllim özündə olan problemləri şagirdlərdə olan problemləri təlim zamanı aradan qaldıra bilsə, istədiyi təlimin məqsədinə çata bilər müasir təlim, sağlam mühit yarada bilər. Bunun da nəticəsində tədrisdən gözlədiyimiz nəticələri əldə edə bilərik- şagirdlərin auditoriya qarşısında sərbəst çıxış etmək bacarığı, öz fikirlərini qısaca ,dürüst ifadə etmək, şəxsi fikirlərini əsaslandıraraq sübut etmək, əməkdaşlıq yaratmaq s. Müasir müəllim dedikdə isə ilk öncə yüksək intellektə sahib bir şəxsiyyət gözümüzün önündə canlanır. Müasir müəllim hər sahədə yenilikləri tətbiq etmək bacarığına malik olmalıdır. XXI əsrdə yaşayırıqsa, deməli, zəmanənin tələbləri ilə ayaqlaşmalıyıq, yeniliklərə can atmalıyıq. İlk öncə müəllimin psixologiya, pedaqogika sahəsində yüksək biliyi olmalı, təşkilatçılıq bacarıqlarına malik olmalıdır. O müəllim yaxşı sayılır ki, şagirdlərinə daha çox bələdçi olur, onlara öyrənməyi öyrədir. Təbii ki, hər bir müəllim öz işinə məsuliyyətlə yanaşsa, təhsili istehsal sahəsi kimi yox, xidmət kimi qəbul etsə, təhsilimiz inkişaf edər, müasir təlim, müasir müəllim, müasir şagird adı altında şüarımız daim irəlidə olar daha da inkişaf edər. Sevindirici haldır ki, son illərdə öz işini yeni təlim üsulları üzərində quran, fəal təlimi daimi üslubuna çevirən öz fənni sahəsində innovativ biliklərə yiyələnmək, öz dərsini müasir dərs metodlarından istifadə etməklə keçməyə can atan müəllimlərin sayı artmaqdadır. Mən işlədiyim qısa müddət ərzində şagirdlərdə fənnimə qarşı sevgi həvəs yaratmaqla yanaşı, həm məktəbdə keçirdiyim ədəbi bədii gecələr, açıq dərslər, tədbirlər sayəsində çalışmışam ki, şagirdlərimdə vətənpərvərlik ruhunu daha da artırım, onlarda başqa sahələrə maraq yarada bilim. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Hər bir müəllim öz vətəndaşlıq borcunu bilməlidir. Çalışmalıdır ki, heç vaxt mənfi təsir altına düşməsin. Müəllim adını şərəflə uca tutmağı bacarmalıdır. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq , bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Ulu öndərimiz deyib ki, həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. Biz müəllimlərin borcu məktəbdə gənc nəslin təhsilinə, tərbiyəsinə görə əlimizdən gələn qədər səy göstərmək, cəmiyyətə, dövlətə sağlam ruhlu vətəndaşlar verməkdir.

 

Anar Miriyev

 

Palitra.- 2015.- 16 iyul.- S. 11.