Azərbaycanlı alim Sankt-Peterburqda Nobel mükafatçısı ilə görüşüb

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin qərarına əsasən akademiyanın 70 illik yubileyi ilə əlaqədarAzərbaycanın elm məbədiadlı sənədli film çəkilir. Akademiyanın tarixi ənənələrini müasir inkişafını əks etdirəcək filmin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, filmi hazırlayan yaradıcı qrupun rəhbəri ssenari müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin verdiyi məlumata görə filmin çəkilişləri əsasən başa çatmaq üzrədir. Salnaməstudiyasının çəkdiyi filmin baş rejissoru tanınmış kino xadimi Ayaz Salayev, operatoru Moskva Dövlət Kinematoqrafiya İnstitutunu məzunu Yuri Varnovskidir.

Yaradıcı qrup AMEA-nın əhatə etdiyi əksər elmi-tədqiqat institutlarında çəkilişlər aparıb, müsahibələr alıb. Bundan əlavə, Foto-Kino Sənədləri Arxivindən nadir materiallar əldə olunub. Eyni zamanda, Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Yevgeni Patondan, Rusiya Elmlər Akademiyası Dünya Ədəbiyyatı İnstitutunun direktoru, akademik Aleksandr Kudelindən Azərbaycanda elmin Elmlər Akademiyasının inkişafı ilə əlaqədar müsahibələr alınıb.

AMEA-nın vitse-prezidenti, akademik İ.Həbibbəyli çəkiliş qrupunun üzvləri bu günlərdə film üçün müsahibə almaq məqsədilə Sankt-Peterburq şəhərində Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, Nobel mükafatı laureatı, akademik Jores Alfyorov ilə görüşüblər. Peterburq Elmi Mərkəzinin rəhbəri, akademik J.Alfyorov Azərbaycanda çətin şəraitdə Elmlər Akademiyasının qorunub saxlanılmasını ölkədə elm sahəsində həyata keçirilən islahatları yüksək qiymətləndirib. Vurğulanıb ki, Azərbaycanda Elmlər Akademiyası inkişaf etdirilir, islahatlar uğurla həyata keçirilir, ən başlıcası isə ölkənin rəhbərliyi elmin inkişafına dəstək verir qayğı göstərir.

Nobel mükafatçısı onun elmi fəaliyyətinin Prezidenti İlham Əliyev tərəfindən dövlət səviyyəsində yüksək qiymətləndirilməsini dərin minnətdarlıq hissi ilə qarşıladığını bildirib. J.Alfyorov Azərbaycan ilə olan çoxillik elmi əlaqələrindən, həmkarları ilə münasibətlərindən söz açıb, qarşılıqlı əlaqələrin dərin köklərindən ənənələrindən, habelə dünyada elmlər akademiyaları sistemində gedən müasirləşmə proseslərindən, elmin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə yeni tarixi mərhələdə AMEA ilə Peterburq Elmi Mərkəzi onun institutları arasında əlaqələrin yenidən qurulması, əməkdaşlığın inkişaf etdirilməsi zərurəti xüsusi vurğulanıb.

Akademik J.Alfyorov AMEA-nın 70 illik yubileyi tədbirlərində iştirak etmək dəvətini razılıqla qarşılayıb.

Görüşdə Nobel mükafatçısına AMEA-nın xatirə hədiyyəsi təqdim olunub.

Növbəti aylardaAzərbaycanın elm məbədifilminə dair əldə edilmiş tarixi materialların yeni çəkilmiş videolentlərin montajı işi aparılacaq.

 

Nigar

 

Palitra.- 2015.- 23 iyul.- S. 13.