“Azərbaycan xalqının
böyük bəstəkarları,
gözəl musiqiləri
var”
“Qəbələ VII Beynəlxalq Musiqi Festivalının belə bir gözəl məkanda, dağlar, meşələr arasında, bu cür tanınmış ifaçıların iştirakı ilə keçirilməsi mənim üçün böyük sürpriz oldu”.
Bu sözləri festivalın iştirakçısı olan məşhur İtaliya Simfonik Orkestrinin dirijoru Cankarlo de Lorenzo deyib.
Azərbaycanda çoxlu musiqiçi dostlarının olduğunu bildirən C.Lorenzo qeyd edib ki, Qəbələ VII Beynəlxalq Musiqi Festivalında iştirakı ona ölkəmizi yaxından tanımaq üçün gözəl fürsət olub.
İtalyan dirijor festivalı təşkil edənlərə, belə bir gözəl təşəbbüsü irəli sürənlərə də minnətdarlığını bildirərək deyib: “Dünyanın tanınmış musiqiçilərinin bu festivala qatılması, əlbəttə ki, onun yüksək səviyyəsindən xəbər verir. Auditoriyanın festival çərçivəsində keçirilən konsertlərə marağı məni heyran edir. Mənim rəhbərliyimlə Qəbələdə İtaliya Simfonik Orkestrinin iki gün konserti oldu. Biz ilk dəfə olaraq Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüranı səsləndirdik. Tamaşaçılar bizi ayaq üstə alqışladılar. Musiqiçiyə bundan böyük hədiyyə ola bilməz. Biz çox şadıq ki, dahi Ü.Hacıbəylinin əsərini yüksək səviyyədə ifa edə bildik. Sizin xalqın böyük bəstəkarları, gözəl musiqiləri var”
Tural
Palitra.- 2015.- 29 iyul.- S. 13.