Kannda Azərbaycan mədəniyyəti
günləri başa
çatır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 14-də Kannda açılışı olan Azərbaycan mədəniyyəti günləri başa çatır.
Fonddan verilən məlumata görə, Azərbaycan musiqisi-xalq mahnıları, müasir və etno-caz təqdimatı ilə yadda qalan konsert proqramı, “Pirotexnika sənəti” festivalı-müsabiqəsində möhtəşəm atəşfəşanlıq şousu, “Azərbaycan xalçaları incəsənətdə” sərgisi, Kruazett bulvarı boyunca “Bakı 2015” birinci Avropa Oyunlarının simvollarından ibarət sərgi keçirilib.
Bütün bunlar Kannın yerli sakinlərinə və turistlərə Azərbaycan barədə unudulmaz anlar yaşadıb.
İyulun 31-də “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin bağlanışı ilə mədəniyyət günləri yekunlaşır.
Tural
Palitra.- 2015.- 29 iyul.- S. 13.