Mədəniyyət Turizm Nazirliyi xaricə gedən turistləri diqqətli olmağa çağırıb

 

Yay mövsümü ilə əlaqədar olaraq Azərbaycan vətəndaşlarının xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunmaqdadır. Bununla əlaqədar Mədəniyyət Turizm Nazirliyi turistləri bəzi məsələlərdə diqqətli olmağa çağırıb. Nazirlikdən bildirilib ki, turizm şirkətlərinin vasitəsilə səyahətlərini təşkil edərkən həmin şirkətə Mədəniyyət Turizm Nazirliyi tərəfindən turizm fəaliyyətinə verilmiş qüvvədə olan lisenziyanın (xüsusi razılıq) olub-olmamasını, turist vauçerini "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər. Bununla yanaşı, yay turizm mövsümündə Azərbaycanın regionlarında istirahət edən turistlərdən Mədəniyyət Turizm Nazirliyi tərəfindən mehmanxanana fəaliyyətinə lisenziya (xüsusi razılıq) almış obyektlərin xidmətlərindən istifadə etmələri tövsiyə olunur. Turizm mövsümü zamanı turizm şirkətləri yerləşdirmə obyektlərinin fəaliyyəti ilə əlaqədar hər hansı problemlərlə üzləşdiyiniz halda Mədəniyyət Turizm Nazirliyinin (012) 492 88 50 telefon nömrəsinə ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.

 

Nigar

 

Palitra.- 2015.- 30 iyul.- S. 13.