Qəbələ Beynəlxalq Musiqi FestivalındaMuğam axşamıkeçirilib

 

İyulun 25-dən başlayaraq qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edir.

8 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər dirijorların iştirak etdiyi Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində dünya şöhrətli musiqiçilərlə yanaşı, gənc ifaçılar da səhnəyə çıxırlar. Əsasən klassik musiqi əsərlərinin səsləndirildiyi bir musiqi bayramı kimi dünyada tanınan Qəbələ Beynəlxalq Musiqi Festivalında hər il ənənəvi olaraq milli musiqimiz olan muğama da geniş yer verilir. Yerli xarici musiqisevərlər festivalın proqramına uyğun olaraq iyulun 29-da açıq havada keçirilən muğam axşamına xüsusi önəm veriblər. Hamının səbirsizliklə gözlədiyi konsertə böyük tamaşaçı axını olduğu üçün Heydər Əliyev adına Konqres Mərkəzinin qarşısındakı parkda əlavə oturacaqlar yerləşdirilib. Tamaşaçılara unudulmaz musiqi bayramı həyəcanı yaşadan konsertdə Heydər Əliyev Fondunun təşkil etdiyi Muğam Televiziya Müsabiqəsinin iştirakçıları olan tanınmış xanəndələr, “Muğam aləmiBeynəlxalq Muğam Festivalı çərçivəsində II Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Ehtiram Hüseynov, bir sıra müsabiqələrin mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solisti Arzu Əliyeva, Heydər Əliyev Fondunun təşkil etdiyiMuğam Televiziya Müsabiqəsi -2011”- üçüncü yeri tutan Nigar Şabanova, 2007-ci ildə keçirilənMuğam müsabiqəsi”ndə II yerə layiq görülən Abgül Mirzəliyevin çıxışı böyük marağa səbəb olub. Muğam ifaçılarını tarda əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, Prezident Mükafatçısı Sahib Paşazadə, kamançada bir sıra müsabiqələrin iştirakçısı, Azərbaycan Milli Konservatoriyasının müəllimi Toğrul Əsədullayev nağarada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin üzvü Emin Cəbrayılov müşayiət edib. İstedadlı xanəndələr Azərbaycanın xalq mahnılarını, muğamları təsnifləri məharətlə ifa ediblər. Ümumilikdə 1500-ə yaxın tamaşaçının iştirakı ilə iki saat davam edən konsert alqışlarla başa çatıb.

 

Nigar

 

Palitra.- 2015.- 31 iyul.- S. 13.