AMEA-nın gənc alimlərinin biblioqrafik göstəricilərinə aid məlumat toplusu hazırlanacaq

 

Famin Salmanov: “İki ildir ki, gənclərimiz müxtəlif ölkələrin elmi mərkəzlərində fəlsəfə doktoru elmlər doktoru mövzuları ilə əlaqədar tədqiqat işi aparırlar

 

Layihə çərçivəsində müsahibimiz AMEA Gənc Alim Mütəxəssislər Şurasının sədri Famin Salmanovdur.

 

- Gənc alimlərin sosial-mənzil məsələlərinin həlli ilə bağlı müəyyən məsələlər qaldırılıb, təşəbbüslər irəli sürülüb. Bu barədə tədbirlər görülür. Bu tədbirlər barədə sizin fikirlərinizi bilmək maraqlı olardı...

-Yəqin siz xəbərdarsınız ki, Akademiyanın hazırkı rəhbəri, hörmətli elmi-ictimai xadimimiz, akademik Akif Əlizadə bu quruma rəhbərlik etməyə başlayarkən, ilk növbədə bu məsələnin qabardılmasını labüd saydı. Elmi gəncliyin bəzi problemləri həll olunmazsa, onlar elmə adaptasiya oluna bilməzlər. Yaxud onlar paralel olaraq digər növ fəaliyyətlə məşğul olmağa çalışırlar ki, mövcud problemlərdən sığortalana bilsinlər. Əlbəttə, bu da onların enerjisinin bölünməsinə rəvac verir. Müəyyən mənada, hətta elə hal ortaya çıxır ki, onlar elmi-tədqiqatlara vaxt ayırmaqda çətinliklə üzləşirlər. Belə problemlərin əsasını, məhz elə mənzil şəraiti təşkil edir. Akademiya bu məsələni özünün “Science city” layihəsinin reallaşdırılması ilə tədricən həll etməyə çalışır. Bunun üçün səylər davam etdirilir. Bu layihədən, ilk növbədə gənclər yaralanacaqlar. Layihə gerçəkləşdikdən sonra müvafiq mexanizmlərlə mənzillərin paylanması həyata keçiriləcək. Gənclər bu layihəyə böyük ümid bəsləyir.

-Elm aləmində atalar oğullar problemi varmı? Yəni gənc alimlərlə yaşlı nəsil alimlər arasındakı münasibət baxımından nələri deyərdiniz?

- Bu gün elmdə belə klassik düşüncələrə yer yoxdur. Hər bir gənc alimin yetişməsində onun elmi rəhbəri ya yaşlı alimlərin tövsiyə istiqamətləri önəmli yer tutur. Yaşlı nəsil alimlərin elmdə keçdikləri həyat yolu gənc alimlərin inkişafında örnək kimi qiymətləndirilməlidir. Tarixi tendensiyaya görə bu cür məsələlər nisbi mənada varislik mahiyyətini daşıyır. Azərbaycan elminin ümumi inkişafını istəyən hər bir alim sanballı elmi əsərlər yaratmaqla yanaşı, özündən sonra onun ideyalarını inkişaf etdirən təkmilləşdirə bilən gənc alimləri yetişdirməlidir. İnanmıram ki, Akademiya sistemində qeyd etdiyiniz hal mövcuddur. Əgər varsa, çox güman ki, bu çox cüzi səviyyədədir.

- Gənc alimlər hazırda müxtəlif donor qurumlardan qrantlar alırlar tədqiqatlar reallaşdırırlar. Bu tədqiqatlar onlar üçün alınmış qrantlar barəsində nələri deyərdiniz?

- Doğrudur, əvvəlki illərə nəzər salsaq bu gün gənc alimlərin müxtəlif fondlar tərəfindən maliyyələşdirilən elmi-tədqiqat layihələrində iştirakı ya özlərinin həmin layihələrə rəhbərlik etməsi daha çox müşahidə olunur. Məlumdur ki, Akademiyada çalışan yaşlı gənc alimlərin məvacibləri azlıq təşkil edir. Maliyyə məsələləri ilə bağlı olaraq həmin alimlər, heç həmişə çöl-ekspedisiyalarında iştirak edə bilmir yaxud hər hansı bir analizi aparmaq imkanlarına malik olmur. Bu mənada, alimlərimiz, o cümlədən gənclərimiz qrant müsabiqələrində iştirak etməklə elmi-tədqiqat işlərinin daha sanballı səviyyədə həyata keçirilməsinə maddi vəziyyətlərinin nisbətən yaxşılaşmasına nail ola bilirlər.

Bu gün gənclərin elmi-tədqiqat işlərinin dəstəklənməsində xüsusi payı olan Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, SOCAR-ın Elm Fondu, yeni təsis olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüslərini qeyd etmək ədalətli olardı.

Bir məsələni qeyd edim ki, Akademiyanın rəhbərinin tövsiyəsi əsasında belə bir vacib məsələ irəli sürülüb ki, fondlar tərəfindən maliyyələşdirilən elmi-tədqiqat layihələrində gənclərin iştirakı 30% nisbətində təmin olunsun. Özlüyündə bu məsələ çox təqdirəlayiq hal olmaqla bərabər, gənclərimizin elmi fəaliyyətində müəyyən həlledici rola malikdir.

-Gənc alimlərin tədqiqatlarının donor qurumlar tərəfindən maliyyələşdirilməsində daha hansı amillər nəzərə alınmalıdır? Ümumiyyətlə, bu mövzu ilə bağlı sizin hansı təklifləriniz ola bilər?

- Gənclərlə bağlı il ərzində elan olunan müsabiqələrin sayı artırılarsa, bu, gənc elm adamları üçün əlavə bir stimul olacaq. Bundan başqa, gənc tədqiqatçıların xarici dil biliklərinin təkmilləşdirilməsilə əlaqədar xaricdə təlim keçmələrinə, konfrans digər tədbirlərdə iştirakına dəstək verəcək müsabiqələrin çox olması Azərbaycan elminin gələcək hədəflərilə üst-üstə düşəcək. Elə qeyd etdiklərimdən haşiyə çıxaraq düşünürəm ki, ölkədə fəaliyyət göstərən hər bir fond dəstək mövzusunda gənc alim mütəxəssislərə fərdi yanaşmalıdır.

-Gənc alimlərin inkişaf etmiş ölkələrin elm mərkəzlərində təcrübələrdə iştirak etmək imkanlarını necə qiymətləndirirsiniz?

- İndi bu imkanlar daha genişdir. Bununla əlaqədar Akademiyanın öz təşəbbüsü var ki, bu təşəbbüs ölkə rəhbərliyi tərəfindən dəstəklənib. Artıq iki ildir ki, gənclərimiz elmdə tərəqqi etmiş müxtəlif ölkələrin elmi mərkəzlərində fəlsəfə doktoru elmlər doktoru mövzuları ilə əlaqədar tədqiqat işi aparırlar. Hazırda bu məsələ ilə bağlı Akademiyada elmi fəaliyyət göstərən ondan çox gənc xaricdədir. Onlar öz tədqiqat işlərini daha da yaxşılaşdırmaq imkanına malik olurlar. Bu həm onların dil biliklərinin inkişafına kömək edir. Bundan savayı, bəzi gənclərimiz müxtəlif beynəlxalq təşkilatların fondların elan etdiyi müsabiqələrdə uğur qazanmaqla xaricdə təcrübə keçə bilirlər.

Belə hazırlıqlı gənclərimizin çox olması üçün bu məsələdə kütləviliyin nisbətən təmin olunması Azərbaycan elminin müasirləşdirilməsinə xidmət edəcək.

Hesab edirəm ki, fəlsəfə elmlər doktoru hazırlığı ilə əlaqədar Akademiyada ingilis dili ilə bağlı irəli sürülən yeni tələb gələcəkdə gənclərimizin xaricdə təcrübə keçmək imkanlarına müsbət təsir göstərəcək.

-Gənc alimlərin elmi məqalələrinin çapı ilə bağlı nələri deyərdiniz? Yəni xarici yerli jurnallarda çap olunmaqla eyni zamanda onların ictimaiyyətə tanıdılması ilə bağlı vəziyyət necədir? Bu sahə ilə bağlı hansı işlər görülür, başqa hansı təklifləriniz var?

- Ümumiyyətlə, alimin apardığı elmi tədqiqatın əsas nəticələri müxtəlif dərgilərdə öz əksini tapmalıdır. Uzun müddət gənc alimlərimizin elmi işlərinin dövri nəşrlərdə dərc olunması problemi yaşanıb. İxtisaslaşmış yerli jurnalların məhdud sayda olması əksəriyyətinin rübdə bir dəfə çap olunması, eyni zamanda gənc tədqiqatçıların xarici dil bilgilərinin yetərli səviyyədə olmaması onların xarici jurnallara çıxış imkanlarını məhdudlaşdırmışdı. Amma son vaxtlar bu istiqamətdə əməli işlər görülür. Gənclərimiz özləri fərdi bacarıqlarını nümayiş etdirərək, yüksək resenziyalı müxtəlif xarici jurnalların redaksiyaları ilə əlaqə yaradaraq, öz elmi məqalələrini çap etdirirlər. Əvvəlki dövrlə müqayisə etsək, son 2 ildə xaricdə məqalə çap etdirən gənclərimizin sayı dəfələrlə çox olduğunu görə bilərik. Konkret olaraq AMEA Gənc Alim Mütəxəssislər Şurası olaraq gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin nəşri üçün ilk olaraqGənc Tədqiqatçıadlı dövri jurnal (Azərbaycan ingilis dilində) təsis etmişik. Artıq jurnalın ilk sayı işıq üçü görüb. Sentyabr ayında növbəti sayı üçün məqalələrin qəbuluna başlayacağıq. Bundan başqa, gənc tədqiqatçıların uğurlu işlərinin geniş elmi ictimaiyyətə çatdırılması ilə əlaqədar “gencalimler.az” adlı rəsmi internet saytı, sosial şəbəkələrdə ixtisaslaşmışFacebooksəhifələr yaradılmıb ki, bunlar vasitəsi ilə mütəmadi təbliğat işləri aparırıq. Həmçinin, onların fəaliyyətinin KİV- işıqlandırılması müxtəlif mövzulara həsr olunmuş teleradio layihələrində iştirakla bağlı ölkədə fəaliyyət göstərən aparıcı KİV-lərlə sıx əməkdaşlıq olunur.

Yaxın perspektivdə “AMEA gənc alimlərin biblioqrafik göstəriciləriadlı məlumat toplusunu nəşr etdirməyi planlaşdırırıq. O cümlədən bir neçə yüksək resenziyalı xarici jurnalların ekspertlərini Azərbaycana dəvət edib, onların maarifləndirmə seminarlarıni təşkil etməyi düşünürük ki, bu gənc tədqiqatçılara məqalə yazmaq çap etdirmək təcrübələrinin artmasına yardım göstərəcək.

 

İlkin Ağayev

 

Palitra.- 2015.- 1 avqust.- S. 11.