“Elm və təhsil inkişaf etdikdə savadlı insan
kapitalı yetişir”
Kənan Rzayev: “Azərbaycanlıların qonaqpərvərliyi “Bakı-2015”-ə baxmağa gələn əcnəbiləri heyran edəcək”
-İstədiyiniz
təhsilə tam yiyələnə bilibsinizmi?
- Təhsili tam başa vurmadan ona yiyələnmək mümkün deyil. Buna nail olmaq üçün çalışıram.
-Xaricdə təhsil
sizə əlavə nə verib?
- Xarici ölkədə təhsil almaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Çünki bu müddət ərzində həm ölkəmi, həm də özümü lazımi səviyyədə tanıtmalıyam. Xaricdə təhsil almaqla mən dünyagörüşümü genişləndirib və bilik səviyyəmi artırmışam. Əlavə olaraq yeni dostlar tapmışam. Dünyanın tanınmış alimlərindən birbaşa dərs almaq böyük dividenddir. Xarici təcrübəyə yiyələnmək gələcək üçün əvəzedilməz qazancdır.
Mən də hər bir tələbə kimi seçdiyim ixtisas üzrə təhsilimi uğurla başa vurub, gərəkli mütəxəssis olmaq uğrunda var gücümlə çalışacam. Əldə etdiyim bilik və bacarıqlarımı öz ölkəmdə tətbiq edəcəm.
-Gənclərimiz
İngiltərədə, əsasən hansı sahələrdə
təhsil alırlar?
- Hal-hazırda tələbat çox olduğundan kompüter texnologiyalarını göstərmək olar və məncə, bu tək İngiltərəyə aid deyil.
-Universiteti bitirdikdən sonra təhsilinizi davam etdirmək fikriniz varmı?
- Təbii ki, elmdə son yoxdur. İnsan nə qədər yaşayırsa, daim arayıb axtarmalıdır.
Mən də təhsilimi davam etdirmək fikrindəyəm.
-Gənclərin xaricdə təhsil alması ölkəmiz üçün hansı perspektivi vəd edir?
- Bildiyimiz kimi, “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” təsdiqlənib.
Bu proqram çərçivəsində
3 mindən artıq gənc xaricdə təhsil alır. Həmin gənclər həyatın
müxtəlif sahələri
üzrə xaricdə
təhsillərini davam
etdirirlər. Onların təhsillərini
bitirdikdən sonra Vətənə qayıdıb
öz biliklərini praktikada tətbiq etməsi ölkənin inkişafında böyük
rolu olacaq. Bu gənclər gələcək
kadr potensialıdır.
Bununla onlar istənilən sahəyə bir yenilik gətirəcəklər.
Bütün bunlar isə
ümumi götürəndə
dinamik inkişaf deməkdir. Azərbaycan dövləti məhz
bunu nəzərə alaraq gənclərin xaricdə təhsilinə üstünlük verir.
Bu, yeni inkişaf
strategiyasıdır. Bu strategiya az
bir zamanda öz bəhrəsini verəcək. Ona görə də
biz gənclər ölkəmizin
inkişafı və gələcəkdə daha
da güclü olması üçün
çox çalışmalıyıq.
Bu, bizim həm
də vətəndaşlıq
borcumuzdur. Dövlətin etimadını doğrultmaq
bizim qarşımızda
duran birinci vəzifədir.
-Azərbaycan gəncləri
xaricdə kifayət qədər həmrəydirmi?
- Gənclərimiz ölkəmizi
dünyada bacardıqları
qədər tanıdırlar.
Ötən illərlə müqayisədə
indi xaricdəki gənclər daha da aktivdirlər. Hər halda bu, ölkəmizin həm siyasi-iqtisadi gücünün, həm də xaricdə təhsil alan
gənclərin sayının
artması ilə bağlıdır. Eyni zamanda
gənclərdə Vətən
sevgisi onları ictimai fəal olmağa sövq edir. Gənclərimiz xalqımızın əlamətdar günlərində
müxtəlif səpkili
tədbirlər keçirirlər.
Elm və təhsilin
inkişafı dövlətimizin
prioritetidir. Bu yolda
yetişən gəncliyin
üzərinə böyük
məsuliyyət düşür.
Xüsusən xaricdə oxuyan
gənclərimiz bu sahənin aparıcı qüvvəsidir. Onların əldə
etdikləri yeni biliklər elm və təhsilin inkişafına
təkan verəcək.
Dövlət başçısı “biz neft kapitalını insan kapitalı ilə əvəz edəcəyik” deyərkən
məhz bugünkü
gəncliyi nəzərdə
tutub. Bu baxımdan gənclikdən
gözləntilər böyükdür.
Elə müsahibimiz Kənan Rzayev də bu amal uğrunda
xaricdə təhsilini
davam etdirir. Qeyd edək ki, Kənan
Rzayev Bakı şəhərində anadan
olub. 11 illik
təhsilini Yasamal rayonu 175 saylı orta məktəbdə bitirib. Orta məktəbi bitirdikdən
sonra xarici ölkədə təhsilini
davam etdirmək qərarına gəlib.
Hazırda Böyük Britaniyanın
Solent Universitetinin Beynəlxalq biznesin idarəetməsi fakültəsində
təhsil alır.
Bu, xaricdəki gənclərimizin
həmrəyliyinin bariz
nümunəsidir. Bir çox hallarda
gənclərimiz öz
ictimai fəallıqları
ilə diaspor rolunu oynayırlar. Onlar öz əcnəbi tələbə yoldaşları
ilə yanaşı, təhsil aldıqları ölkənin yerli xalqı ilə də təmaslar qururlar və bununla da təbliğat
aparırlar. Burada diqqətçəkən
bir məqam da var ki,
yeni gəncliyin layihələri çox kreativ olur. Yəni bu layihələr yerli xalqın ölkəmizi tanımasına
yüzdəyüz təsir
edir. Belə effektiv işlər
Azərbaycanın xaricdə
tanınması üçün
böyük addımdır.
Xaricdəki gənclərimizin sayı artdıqca bu kimi layihələrin
sayı daha da artacaq.
-Kənardan Azərbaycan
təhsilinin vəziyyəti
necə görünür?
- Azərbaycan yenidən müstəqilliyini bərpa
etdikdən sonra hər sahədə olduğu kimi, təhsil sahəsində də islahatlar aparıldı. Təhsilimiz müstəqil dövlətin
qayda-qanunlarına uyğun
olaraq formalaşdırıldı.
Bu gün Azərbaycan
dünya təhsil sisteminə inteqrasiya olunur. Beynəlxalq təhsil sistemi
ölkəmizdə tətbiq
olunur. Yəni bütün bunlar
təhsildə aparılan
islahatlar deməkdir.
Amma təhsil daima yenilənmə tələb
edən sahədir.
Bu sahədə davamlı islahatlar aparılmalıdır. İstənilən sahədə islahatların
aparılması inkişafa
aparan bir yoldur.
-Elm və təhsilin inkişafı ölkənin
ümumi inkişafının
təmin olunması baxımından nə dərəcədə əhəmiyyətlidir?
- Bir çox ölkələr var ki, yüksəkkeyfiyyətli
təhsil sisteminə görə dünyada brendə çevriliblər.
O ölkələrin alimlərinin
elmi ixtiraları bu gün dünyəvi
problemlərin həllinə
vəsilə olub. Bu kimi əldə
olunan uğurlar ümumilikdə istənilən
ölkənin inkişafına
yol açır.
Elm və təhsil
inkişaf etdikdə ölkənin gələcəyi
üçün əsas
sərmayə olan savadlı insan kapitalı yetişir.
Elmli, təhsilli və savadlı insanlar isə ölkənin inkişafına öz töhfəsini verir.
Bir sıra inkişaf etmiş ölkələrdə
biz ölkənin inkişafında
elm və təhsilin əhəmiyyətli rolunu
görürük.
-Öyrəndiyiniz
sahə ilə bağlı Azərbaycanda
hansı yeniliklər etmək istərdiniz?
- Ölkəmiz günü-gündən
inkişaf etdiyi üçün bu haqda danışmaq tez olar. Təhsilimi tam başa vurduqdan sonra nəsə deyə bilərəm.
-Hər halda “Bakı-2015” sevincini siz də
yaşayırsız...
-“Bakı-2015” bütün dünya azərbaycanlılarının
sevinci və fəxrdir. Bu, bir
ümumxalq işidir.
Hər birimiz bu Oyunların
yüksək səviyyədə
keçirilməsi üçün
töhfəmizi verməliyik.
Biz bu sevinci
azərbaycanlı tələbələrlə
birgə görüşərkən
qürur hissi keçirərək paylaşırıq.
-İngiltərədə ilk Avropa Oyunlarının təbliğatını apara
bilirsizmi?
-Təhsil aldığım
Solent Universitetində
tələbələr arasında
bu Oyunlarla bağlı görüşlər
keçirirəm. Əcnəbi tələbələrə Azərbaycan
haqqında məlumatlar
verirəm. Eyni zamanda
Oyunların mahiyyətindən
danışıram. Onları ölkəmizə
dəvət edirəm.
Bundan da qürur duyuram. Çünki əminəm ki, əcnəbilər Azərbaycanda
çox xoş qarşılanacaq. Azərbaycanlıların qonaqpərvərliyi əcnəbiləri
heyran edəcək.
Mən, həmçinin
“Bakı-2015”-lə bağlı
“ArtBakers” şirkəti
ilə birlikdə videoçarx hazırlamışam. Həmin videogörüntüdə
dünyanın müxtəlif
ölkələrindən olan
gənclər Avropanı
“Bakı-2015”-i izləməyə
çağırış edir. İlk Avropa Oyunlarına dəstək üçün
hazırlanan videoçarxda
13 nəfər əcnəbi
gənc öz ölkələrindəki insanları
“Bakı-2015”-ə dəvət edirlər.
-Perspektivdə hansı işləriniz gözlənilir?
- Bu günə qədər imkan daxilində bir neçə layihənin müəllifiyəm
və hazırda da işlərimi davam edirəm. Baku-eto www.baku-eto.az. (Onlayn jurnal), Azerbaijan Around
the World, ALOF (www.alof.co.uk), Charity Azerbaijan və
s. Gələcəkdə də
çalışacağam ki,
doğma Azərbaycanımın
adını öz layihələrimin köməkliyi
ilə daha geniş miqyasda tanıdım.
Fuad Hüseynzadə
Palitra.-2015.-5 iyun.-S.11.