“Təhsilin qarşısında duran mühüm vəzifələrdən biri də milli-mənəvi dəyərlərin qorunmasıdır”

 

Millət vəkili Kamilə Əliyeva: “Uşaqların Ana dilini düzgün öyrənməsində televiziyanın böyük rolu var. Övladlarımız nə qədər çox xarici dil bilsə yaxşıdır. Ancaq ilk öncə Ana dilimizi bilməlidir”

 

Layihə çərçivəsində növbəti yazımızda şagirdlərin və tələbələrin milli-mənəvi dəyərlərinin formalaşmasında İKT-nin rolu ilə bağlı məsələyə toxunmuşuq.

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi “Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi” layihəsinin yekun təqdimatını keçirdi. Aprelin 9-dan başlayan layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyiİctimai Televiziyanın iştirakı ilə mümkün olub.

“ELS- Müstəqil Araşdırma Mərkəzi”nin rəhbəri İradə Yaqubova bildirdi ki, aprelin 23-də aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən layihənin ilkin təqdimatı zamanı "ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələri təqdim edilmişdi. Sorğu nəticəsində müəyyən edilmişdi ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilib. Məhz bu səbəbdən "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi İTV-nin imkanlarından istifadə edərək milli-mənəvi dəyərlərin təbliği məqsədilə ictimai müzakirələri televiziya efirində aparmaq qərarına gəlib və ictimai müzakirələr zamanı “Açıq dərs” verilişində yayımlanacaq 6 buraxılışın mövzuları müzakirə predmeti olub. İ.Yaqubovanın sözlərinə görə, silsilə verilişlərin hər biri milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara, o cümlədən “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”, “Mənəvi sərvətimizi necə qoruyaq?”, “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması”, “Məktəb-valideyn-şagird münasibətləri”, “Kitab dostumuzdur, yoxsa...”, “Uşaqların asudə vaxtının təşkili”nə həsr olunub. Aprelin 29-da başlayan silsilə verilişlər iyunun 3-də çaşa çatıb. İctimaiyyətin marağına səbəb olan və maraqlı diskussiyalarla yadda qalan buraxılışların hər birində mövzuya dair ekspertlər və studiyanın qonaqları iştirak edib.

O da vurğulandı ki, ümumiyyətlə, cəmiyyətdə milli, sosial, iqtisadisiyasi münasibətlərin formalaşmasında strateji əhəmiyyət daşıyan amillərdən biri olan milli-mənəvi dəyərlərin qorunması və təbliği həmişə zəruri və aktualdır: “Tarixən hər bir xalqın özünəməxsus mədəniyyəti, ənənələri və milli dəyərlərinin yeni nəsillərə ötürülməsi ilk növbədə ailələrdə həyata keçirilirdi. Böyüyən körpənin xalqımız üçün ənənəvi olan düzgünlük, dözüm, mərhəmətlilik, həmrəylik, böyüyə hörmət və digər ulu dəyərlərlə, milli mədəni irsə yiyələnməsi prosesi ailədə başlayır və sonradan isə təhsil müəssisələri və müxtəlif növ kollektivlərdə davam etdirilirdi. Lakin tədricən ailənin bu prosesdə iştirakının geriləməsi, nəsillər arasında bağlılığın isə zəifləməsi müşahidə edilir. Tərbiyəçi rolunu isə bugünkü qloballaşan dünyada gənc nəsil üçün ailə və müəllimlərdən çox, əhatə dairəsi və bu gün ən güclü təsirə malik, öz maraqlarına və qanunlarına müvafiq fəaliyyət göstərən informasiya-kommunikasiya texnologiyaları vasitələri, xüsusilə də televiziya oynayır. Nəticədə, ənənəvi mənəvi dəyərlər əvvəllər olduğu kimi, ictimai və şəxsi mənəvi əxlaqi normalara artıq təsir edə bilmir, yeni mənəvi dəyərlər sisteminin formalaşması prosesi gedir. Məlumdur ki, ailədə uşağın mənəvi, mədəni, fizikidini nöqteyi -nəzərdən inkişaf etmiş, zəhmətkeş bir şəxsiyyət kimi əsası qoyulur. Burada tərbiyə ilə bərabər həyat təcrübəsi ötürülür, cəmiyyətdə davranış və yanaşı yaşamaq qaydaları, milli mentalitetə uyğun mənəvi məhdudiyyətlər aşılanır. Məhz ailədə uşağın gələcəyi ilə bağlı planlar formalaşır və ailənin dəstəyi ilə həyata keçirilir. Beləliklə, keçmişin təcrübəsini və bugünün reallıqlarını nəzərə alaraq gələcəyin əsası qoyulur. Lakin bu gün yeni informasiya məkanında yaşadığımızı və fəaliyyət göstərdiyimizi nəzərə alsaq, bu məkanın həm həyat tərzimizə, həm də mənəvi dəyərlərimizə güclü təsir göstərdiyini, yetişən nəslin mənəvi ideallarının formalaşmasında bu gün televiziyainternetin önəmli rol oynadığını etiraf etməliyik”.

Sorğu nəticəsində müəyyən edilib ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilib. Belə ki, televizora baxmayan rəyi soruşulan məktəblilərin nisbi sayı 4,1 faiz, tələbələrin isə 13,1 faizini təşkil edib. Dünyada və ölkəmizdə baş verən hadisələr barədə əsas xəbər mənbəyi kimi məktəblilər 74,3 faiz TV-ni, 67,9 faiz interneti, 42,6 faiz sosial şəbəkələri göstəriblər. Tələbələr arasında bu mənbələr sırasında 68,9 faiz internet, 55,6 faiz TV və 45,7 faiz sosial şəbəkələr qeyd olunub.

Rəyi soruşulanların asudə vaxtlarını televizor qarşısında keçirməyi 51,4 faiz məktəblilər, 45,1 faiz tələbələr, kompüterdə oynamağı 48,6 faiz məktəblilər, 47,9 faiz tələbələr, həyətdə oynamağı/dostlarla görüşməyi 42,6 faiz məktəblilər, 14,6 faiz tələbələr, sosial şəbəkələrdə söhbət etməyi 33,7 faiz məktəblilər, 36,8 faiz tələbələr, idman, incəsənət və s. məşğul olmağı 27,3 faiz məktəblilər, 15,9 faiz tələbələr xoşladıqlarını deyiblər.

Mütaliə haqqında suallara cavab verən respondentlərin yarıdan çoxu bədii ədəbiyyatın çap (məktəblilər-60,7%; tələbələr-57,3%), qalanları isə həm elektron, həm də çap formatdan istifadə etdiklərini deyiblər. Oxuduqları bədii ədəbiyyatın janrı respondentlərin yarısı üçün önəmlidir (məktəblilər-53,8%; tələbələr-68,3%), məktəblilərin 6, tələbələrin isə 12,1 faizi bütün janrlara maraq göstərirlər, digərləri isə yalnız müəllimin tapşırdığı ədəbiyyatı oxuyurlar (məktəblilər-40,2, tələbələr-19,7 faiz). Bədii ədəbiyyatı əldə etmək üçün kitabxanalara üz tutanların çoxu dərsə hazırlıq məqsədini güdürlər ki, burada məktəblilər 67, tələbələr-73,7 faiz təşkil edir. Ümumilikdə isə rəyi soruşulanların bir qismi, ümumiyyətlə, kitabxana xidmətlərindən istifadə etmirlər ki, onların arasında məktəblilər 27,7, tələbələr 8,2 faiz təşkil edir. Beləliklə, milli-mənəvi dəyərlərin qorunması və yetişən nəslə ötürülməsində əhəmiyyətli yer tutan İKT-lər bu gün gənclər arasında populyardır.

Millət vəkili Kamilə Əliyeva çıxışında bildirdi ki, ümumilikdə bu mövzu çox aktualdır: “Hər bir müəllimi, valideyni maraqlandıran mövzudur. Əgər milli-mənəvi dəyərlərdən danışırıqsa çox yaxşı haldır ki, bu günədək onu qoruyub saxlaya bilmişik. Hər xalqın mövcudluğu onun tarixə, ədəbiyyata, dəyərlərə bağlılığıdır. Ölkə başçısının milli-mənəvi dəyərlərin qorunub saxlanmasında böyük rolu var. Bu istiqamətdə ölkədə qanunlar mövcuddur, lakin hər şeyi dövlətdən gözləmək olmaz. Bu istiqamətdə İKT-nin çox böyük rolu var. Ancaq uşaqlara bununla bağlı nəzarəti gücləndirməliyik. Bu da bir faktdır ki, hazırda uşaqlar valideynlərindən daha çox İKT-dən istifadə edirlər. Ancaq bunlara diqqəti gücləndirməliyik. Valideyn nəzarəti olmalıdır. Bu sahədə mövcud problemlərdən biriAna dilinin qorunub saxlanması ilə bağlıdır. Bununla bağlı Prezident tərəfindən müvafiq sərəncam imzalanıb. Lakin hazırda bu sahədə çatışmazlıqlar da mövcuddur. Uşaqların Ana dilini düzgün öyrənməsində televiziyanın böyük rolu var. Övladlarımız nə qədər çox xarici dil bilsə yaxşıdır. Ancaq ilk öncə Ana dilimizi bilməlidir”.

Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firudin Həmzəyev çıxışında bildirdi ki, təhsilin qarşısında duran mühüm vəzifələrdən biri də milli-mənəvi dəyərlərin qorunmasıdır:Bu, tədris prosesində aşılanır. Burada televiziyanın da rolu mühümdür. Ümumilikdə isə hər şey məktəblə məhdudlaşmır. Burada cəmiyyətin hər bir nümayəndəsinin mühüm rolu var”.

Yekun təqdimat zamanı “Açıq dərs” verilişinin 6 buraxılışında səslənən maraqlı fikir və təkliflərdən ibarət slayd-şou nümayiş etdirildi.

Sonra layihənin nəticələri ilə bağlı ictimai müzakirələr başladı. Çıxış edənlər layihənin yetişən nəslin milli ruhda formalaşması və tərbiyələndirilməsində önəmli rol oynadığını və teleefirdə aparılan müzakirələrin bir nəticə verəcəyinə ümid etdiklərini vurğuladılar.

Layihənin yekun təqdimatında aidiyyət rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, ümumrespublikaregional televiziya kanallarının təmsilçiləri, habelə uşaq yaradıcılıq kollektivləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri iştirak edirdi.

 

Nigar Abdullayeva

Palitra.-2015.-6 iyun.-S.11.