İctimai təhlükəsizliyin təminində İKT-nin rolunu fəlsəfi aspektdən analiz etməyə çalışacam”

 

Şöhrət Eyvazov: “İKT-nin inkişafı fərdin və cəmiyyətin həyatının bütün sahələrinə ciddi təsir etməkdədir”

 

Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir zamanda cəmiyyətin ictimai təhlükəsizliyinin qorunması ən vacib amillərdəndir. Bu baxımdan düzgün istifadə edilən informasiya-kommunikasiya texnologiyaları mühüm əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Elmlər Akademiyasının “Fəlsəfə və Hüquq İnstitutunun dissertantı Şöhrət Eyvazov da bu mövzuda elmi araşdırma aparır. O, qəzetimizə müsahibəsində bu və digər məsələlərə toxundu.

 

-Elmi işinizdə toxunduğunuz məsələlər bu gün nə dərəcədə aktualdır?

-İnformasiya cəmiyyəti və informasiya təhlükəsiziliyi problemləri dünyanın hər yerində aktualdır. Belə bir fikir var ki, informasiya cəmiyyətinə erkən daxil olan ölkələr üstünlüklər əldə edəcək və arxasınca gələnlər üçün şərtləri təyin edə biləcək. Digər tərəfdən, Azərbaycanın, əslində, nə sülh, nə də müharibə şəraitində olmasını, Ermənistanın işğal etdiyi torpaqlardan geri çəkilmək istəmədiyini və informasiya müharibəsi aparmaqda davam etdiyini nəzərə alsaq, informasiya-kommunikasiya texnologiyalarının inkişafının təsirlərinin araşdırılmasının ölkəmiz üçün daha vacib olduğunu görərik. Təsadüfi deyil ki, əksər ölkələrin hərbçilərinə sosial şəbəkələrə daxil olmaq qadağan olunub. Ötən il avqust ayında cəbhə xəttində baş verənlərin sosial şəbəkələrdə, saytlarda işıqlandırılması zamanı bölmələrimizin manevrləri, hansısa yaşayış məntəqəsinin azad olunması, texnikaların hərəkəti, əsgər itkiləri haqda səhv məlumatlar verildi. Unutmaq olmaz ki, İKT-nin inkişafı hansısa informasiyanın yayılması vaxtını azaltmaqla yanaşı, yayılma miqyasını da artırıb. Bu isə birbaşa dövlətin informasiya təhlükəsizliyinə təsir eləyir.

Ümumiyyətlə, İKT-nin inkişafı fərdin və cəmiyyətin həyatının bütün sahələrinə ciddi təsir etməkdədir. Bu gün ailə-məişət problemlərindən tutmuş, dəyərlərin dəyişməsinədək hər yerdə "virtual aləm"in izini aşkar görmək mümkündür. Müxtəlif mədəniyyət və sivilizasiyaların ümumi məxrəcə gələcəyi, bəlkə də gətiriləcəyi "metasvilizasiyası"nın qapıları açılıb. Əsas məsələlərdən biribu dövrdə xalqın milli kimliyini, dəyərlər sistemini qoruyub saxlaya bilməsidir.

-Elmi işiniz üzrə əsas hansı tədqiqatlar aparırsız?

-Əsasən informasiya-kommunikasiya texnologiyalarının inkişafının cəmiyyətə təsirləri, informasiya müharibəsi, fərdin, dövlətin və cəmiyyətin informasiya təhlükəsizliyi, o cümlədən Azərbaycanda daxili və beynəlxalq informasiya mübadilələrinin informasiya təhlükəsizliyi məsələlərini tədqiq etməyə çalışıram. Ötən əsrin ortalarından güclənən elmi-texniki tərəqqi nəticəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı iqtisadiyyata, siyasətə, sosial sferaya, mədəniyyətə, bir sözlə, həyatın bütün sahələrinə təsir edir. Bu gün dünya aqrar və sənaye dövründən sonra gələn informasiya cəmiyyətinə transformasiya olmaqdadır. İstəsək də, istəməsək də uşaqlı-böyüklü, fərd və qrup şəklində biz hamımız bu axının içindəyik. Dissertasiya işimdə informasiya-kommunikasiya inqilabının qloballaşma ilə münasibətində oynadığı üçlü rol - qloballaşmanın katalizatoru, onun tərkib hissəsi və nəticəsi kimi tədqiq etməyə çalışıram.

-İnformasiya cəmiyyətinin yaradılması metodu necədir?

- İnformasiya cəmiyyəti konsepsiyası yeni beynəlxalq informasiya qaydaları konsepsiyası daxil olmaqla, informasiya mübadiləsi təşkilinin bazasında yaradılır. Hələ ki, hüquqi tənzimləmə informasiya cəmiyyətinin bütün suallarını əhatə edə bilmir. İnformasiya cəmiyyətində göstərilən xidmətlərin konkret qaydaları nə beynəlxalq səviyyədə, nə də ayrı-ayrı dövlətlər səviyyəsində təyin edilməyib. Telekommunikasiyalar haqqında qanunvericilik əsasən texniki problemlərin həllinə yönəlib. Sosial həssas qruplar da daxil olmaqla İKT-dən ümumi istifadə, kontentin müxtəlifliyinin təminatı kimi problemlər indiyədək həllini tapmayıb. Müxtəlif aktlarla formalaşdırılan informasiya cəmiyyəti konsepsiyası dəqiq hüquqi tənzimləmələrə salınmalıdır. Cəmiyyətin informasiya mühitinin inkişaf səviyyəsi iqtisadiyyat, müdafiə qabiliyyəti, siyasət və digər dövlətçilik elementlərinə ciddi təsir edir. Buna görə də, inkişaf etmiş ölkələrdə sosial-iqtisadi, siyasi və mədəni inkişafların əsas xətti kimi kəskin daxilixarici problemlərin həllində yeni İKT-lərdən və informasiya cəmiyyətinin inkişafından istifadə edirlər. Buna görə də Avropa ictimaiyyəti 1994-cu ildən informasiya cəmiyyətinin qurulmasını ən prioritet məsələlərdən biri kimi qəbul edib. Müasir informasiya texnologiyaları bütün qlobal məkanı fəth etməyə can atır. Buna görə də informasiya cəmiyyəti konsepsiyası da tədricən beynəlxalq səviyyədə qəbul edilməkdədir. Artıq informasiya cəmiyyəti haqqında bir sıra beynəlxalq sənədlər qəbul olunub: Yeni informasiya texnologiyaları sahəsində Avropa siyasəti haqqında deklarasiya” (1999), “Qlobal informasiya cəmiyyətinin Okinava xartiyası” (2000), “İnformasiya cəmiyyətinin qurulması - yeni minilliyin qlobal məsələsidir” deklarasiyası (2003), “İnformasiya cəmiyyətinin inkişafı haqqında MDB ölkələrinin birgə bəyanatı” (Sankt-Peterburq deklarasiyası - 2003), İnformasiya cəmiyyəti üzrə Ümumdünya sammitinin fəaliyyət planı” (2003) və s.

-İnformasiya cəmiyyətinin hansı riskləri var?

-İnformasiya cəmiyyəti bütün üstünlükləri ilə yanaşı, yeni risk problemlərin yaranmasına səbəb olur. İstənilən informasiya cəmiyyəti mükəmməl deyildir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi isə siyasi qərar dəyərlərdən asılıdır. Son illərdə Avropada kompüter təhsilinin müsbət tərəfləri ilə yanaşı neqativ nəticələri haqqında daha çox danışılır. Xüsusilə LOGO-öyrədici sistemləri haqqında diskussiya səngimir. Bu sistemdə məktəblilərə kompüterlərin köməyilə interaktiv təhsil verilir. Bəzi mübahisələrdə LOGO sistemin tətbiqinin məktəblilərinvidiot”lara çevrilməsi haqqında fikirlər irəli sürülür. Əlbəttə ki, video kompüter mədəniyyətinin yaratdığı ya yarada biləcəyi təhlükələrə biganə qalmaq olmaz. Perspektivli informasiya texnologiyaları informatizasiya təkcə istehsalın effektivliyinə, əməyə qənaətə xidmət etməli deyil, həm yeni elmi biliklərin tez yayılmasına, cəmiyyətin ümumi intellekt səviyyəsinin yüksəlməsinə stimul verməlidir.

İnformasiya cəmiyyətinin problemlərindən biri mədəniyyət dil müxtəlifliyidir. 2 noyabr 2001-ci ildə YUNESKO-nun qəbul etdiyiMədəni müxtəliflik haqqında deklarasiya”da mədəni müxtəliflik bəşəriyyətin ümumi sərvəti qəbul edilib. Mədəni müxtəliflik beynəlxalq həmrəylik, incəsənət insan hüquqları ilə sıx bağlıdır. Bu baxımdan İKT bir tərəfdən yeni rəqəmsal imkanlar yaradır: milli azlıqlar ənənələri, mədəniyyəti problemləri haqqında məlumatların yer aldığı sayt vasitəsi ilə özləri haqqında bütün dünyaya car çəkə bilirlər. Digər tərəfdən İnternetdə ingilis dilinin üstünlüyü ilə məhdud sayda dillərdən istifadə olunur ki, bu da öz növbəsində rəqəmsal vasitələrin köməyi ilə beynəlxalq informasiya mədəniyyət mübadilələrini çətinləşdirir. Bundan başqa, nadir dillər İnternet istifadəçilərinin əksəriyyəti üçün anlaşılmaz olduğu üçün istifadəsi məhduddur. Lakin getdikcə internetdə dil müxtəlifliyinin təmini istiqamətində irəliləyişlər müşahidə olunur. Belə ki, artıq İnternet saytların üçdə biri ingilis dilindən istifadə etmir.

-İKT-nin inkişafı beynəlxalq münasibətlərin yaranmasına necə təsir edir?

-İnfokommunikasiya inqilabının da daxil olduğu elmi-texniki tərəqqi beynəlxalq münasibətlər sistemində müəyyən dəyişikliklərə səbəb olub. Beynəlxalq hüquqi tənzimləmələrdə qloballaşma prosesinin yaranması inkişafı yeni şərtlərin diktə olunmasına gətirib çıxarıb. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı 3 qrup beynəlxalq münasibətlərin yaranması ilə nəticələnib: 1) İKT-nin inkişaf prosesi ilə bağlı (əsasən standartlaşma, texniki tənzimləmə məsələləri) münasibətlər; 2) İKT-nin fəaliyyətini təmin edən münasibətlər (müxtəlif telekommunikasiya xidməti operatorları, eləcə operatorlar istifadəçilər arasında olan münasibətlər); 3) İKT-nin fəaliyyətinin bilavasitə təsir göstərdiyi münasibətlər (elektron ticarətin həyata keçirilməsi, istehlakçı hüquqlarının qorunması, kompüter cinayətlərinin qarşısının alınması s.). Telekommunikasiyanın inkişafı beynəlxalq əlaqələrin sadələşməsinə güclənməsinə əhəmiyyətli təsir edir. Bu gün başqa ölkədə olan malı İnternetlə sifariş etmək, kommersiya müqaviləsi bağlamaq çox asandır. Beynəlxalq münasibətlər daha dinamikləşib tez formalaşır. Bununla belə qloballaşmanın neqativ faktorları informasiya mühitində özünü göstərir. Belə ki, ingilisdilli rəqəmsal irs bir çox xalqların milli qrupların mədəniyyətləri üçün müəyyən mənada təhlükə yaradır. Eləcə informasiya sahəsində başqa sferalarda olduğu kimi transmilli kapitalın təsiri hiss olunur. Dünya informasiya bazarında meqaşirkətlərqlobal oyunçularkimi çıxış edir.

-Hansı təkliflər irəli sürmək fikriniz var?

-Hesab edirəm ki, bu barədə ətraflı danışmaq hələ tezdir. Fəlsəfə həm praktiki funksiyanı yerinə yetirir. Bu baxımdan ictimai təhlükəsizliyin təminində İKT-nin rolunu fəlsəfi aspektdən analiz etməyə çalışacam. Məqsəd həm fərdin öz davranışını tənzimləməsi, gələcək taleyini dərk etməsinə yardımçı olan Borc, Məsuliyyət Vicdan haqqında əxlaqi təsəvvürlərin keçmiş, indiki gələcək zaman baxımından müqayisəsi olacaq. Birdə ki, fəlsəfə cavab tapmaqdan çox, sual verməklə məşğuldur. Mən yeni təkliflər irəli sürməyə yox, yeni suallar verməyə çalışacam.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-9 iyun.-S.11.