Fəridə Əzizova: “Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük uğurumuzdur

 

Oyunlarda ölkəmizi təmsil edəcək taekvondoçu:

“Gələn idmançılar və turistlər Azərbaycanın necə inkişaf

etdiyinin və öndə olan ölkələrdən biri olduğunun şahidi olacaqlar

 

Azərbaycan Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. O vaxtdan Azərbaycan taekvondoçuları bir çox beynəlxalq turnirlərdə iştirak ediblər. İndiyədək taekvondoçularımız bir çox nailiyyətlər əldə ediblər. İdmançılarımızın bu müddət ərzində əldə etdikləri uğurlar nəinki Azərbaycanda, hətta bütün dünyada heyranlıqla qarşılanır. İdman uğurları ilə yanaşı, Azərbaycan Taekvondo Federasiyası özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilib. Belə ki, bir çox mötəbər turnirlərə ev sahibliyi etmək Azərbaycana həvalə edilib. Buna bariz nümunə kimi 21-22 fevral 2004-cü il tarixlərində Afina Olimpiya Oyunlarına Avropa lisenziya turnirinin Azərbaycanda keçirilməsini göstərmək olar. Bundan başqa, 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı 2005-ci ildə Gənclər arasında Avropa Çempionatını da göstərmək olar. İndi demək olar ki, Azərbaycanın bütün bölgələrində yüksəkixtisaslı məşqçi - müəllimlər fəaliyyət göstərir. Olimpiya idman növü olan taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir hazırda 2000 nəfərdən artıq idmançı bu döyüş-idman növü ilə məşğul olur ki, onların da 700 nəfərdən çoxu qara kəmər sahibidir. I Avropa Oyunlarında da ölkəmizi bu idman növü üzrə bir neçə idmançı təmsil edəcək. Müsahibimiz Avropa çempionu, taekvondo idman növü üzrə dünya üçüncüsü Fəridə Əzizovadır. 19 yaşlı gənc xanım “Bakı-2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.

- İdmançı kimi ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını necə qiymətləndirirsiniz?

- I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı çox qürur duyuruq sevinirik.

Bu, idmançılar xalq üçün çox böyük irəliləyiş olacaq. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük uğurumuzdur. Gələn idmançılar turistlər Azərbaycanın necə inkişaf etdiyinin öndə olan ölkələrdən biri olduğunun şahidi olacaqlar. İdmançı kimi elə düşünürəm ki, I Avropa Oyunları Azərbaycana uğur gətirəcək artıq böyüyən gənc nəsildə idmana daha çox həvəs yaranacaq.

- Özünüz haqda məlumat verərdiniz, necə oldu ki, bu idman növünü seçdiniz?

-Taekvondo ilə 6 yaşımdan məşğul oluram. Sağlamlığımda yaranan problemlər ilə əlaqədar idmanla məşğul olmağa başladım, sonradan bu idman növü mənim həyat tərzimə çevrildi qərara gəldim ki, artıq professional olaraq məşqləri davam etdirəcəm.

- Bəzən bu idman növünü oğlanlara şamil edirlər. Qadın olaraq bu idmanla məşğul olmaq sizin üçün çətin deyilmi?

- Taekvondo ilə məşğul olan çox qız idmançılarımız var qızlarımızın uğurlu nəticələri var. Taekvondo mənim xarakterimə uyğun bir idman növüdür.

- Hansı idman yarışlarında təmsil olunmusunuz? Xarici yarışlarda ölkəmizi təmsil etmək sizdə hansı təəssüratları oyadır?

- Bir çox beynəlxalq turnirlərdə uğurla çıxış etmişəm. Avropa dünya çempionu olmuşam. 2012-ci il London Olimpiya oyunlarının iştirakçısı olmuşam. Xarici yarışlarda Azərbaycanı təmsil etdiyimdə uğur qazandıqda azərbaycanlı olduğum bu ölkəni təmsil etdiyim üçün fəxr edirəm.

-Avropa Oyunlarından gözləyirsiniz? Azərbaycanın bu Oyunlarda uğurları yetərincə ola bilərmi?

- Hər bir idmançı Avropa Oyunlarına hazırlaşır hər kəs qalib gəlmək istəyir. İnanıram ki, hər bir idmançının arzusu, istəyi yerinə yetəcək. Konkret olaraq bizdə bu Oyunlara artıq yanvar ayından başlayan təlim məşqlərə hazırlaşırıq inanıram ki, bu Oyunlarda uğurla çıxış edəcəyik. Öz ölkəndə döyüşmək daha çətindir. Çünki Azərbaycanda olanda daha çox məsuliyyət daşıyırsan. Bilirsən ki, 9 milyon insan sənə azarkeşlik edir. Döyüşdən qabaq hislər səni o qədər sıxır ki, tatamiyə ancaq çempion olmaq üçün çıxırsan. Digər tərəfdən o da yaxşıdır ki, qədər insan səni dəstəkləyir.

- Ümumiyyətlə, gələcəkdə bu idman növünü davam etdirmək niyyətiniz varmı?

- Düşünürəm ki, Olimpiya Oyunlarından sonra sağlamlığımla bağlı bir çox problemlər var, onlarla məşğul olmalıyam. Bundan sonra, inşallah, həkimlərin icazəsi olsa, təbii ki, davam etdirərəm. Amma əgər sağlamlığım buna imkan verməsə, yenə idmandan ayrı qalmayacağam. Yəqin ki, məşqçi kimi çalışaram ən böyük arzularımdan biri olan yenə dövlətimə qulluq edib hansısa bir dövlət işində işləmək istərəm. Özümü məşqçi kimi sınamaq istəyirəm. Çünki bildiklərimi, taktikalarımı gənc nəslə öyrətmək arzusundayam. Məsləhət olmazsa ayrılaram. Dövlət işinə gəldikdə isə polis ola bilərəm. Məşqçi elə bir işdir ki, tələbələrin nəticə verə bilmirsə, praktiki olaraq işsiz qalırsan. Ya da yeniyetmə dövründən idmançıları yetişdirənə kimi işləyirsən. Heç kəsə sirr deyil ki, olimpiya dünya çempionlarına təklifi olur. İşlə təmin olunmaq olar, amma öyrənmədən başım çaxmadığı sahədə çalışmaram. Savadımı artırıb təklifi qəbul edərəm.

- Qızlarımızın bu idman növü ilə məşğul olmasını məsləhət görərdinizmi?

- Taekvondo ele bir idman növüdür ki, həm döyüş növüdür, həm gözəllikdir, həm ilk öncə təlim- tərbiyə var. Burada, mədəniyyət var, özündən böyüklərə hörmət var qızlar üçün uyğun bir idman növüdür. Bu baxımdan qızlarımıza da taekvondo ilə məşğul olmağı məsləhət görərdim.

- Avropa Oyunlarında rəqiblərinizi güclü hesab edirsinizmi?

- Hər bir rəqibimə hörmətlə yanaşıram, istər tatami üzərində, istərsə kənarda, mənim üçün zəif ya güclü rəqib yoxdur, hər bir idmançı ilə ehtiyatla döyüş aparıram. Amma onu da deyə bilərəm ki, yenilməyən rəqib yoxdur.

- Bu Oyunlarda taekvondo idman növü ilə bağlı bayrağımızın ucaldılacağına əminsinizmi?

- Avropa Oyunlarına güclü hazırlıq prosesi gedir, məndə hər bir idmançı kimi qalib olmaq üçün bu Oyunlara çıxıram. Heç kim yenilmək istəməz inanıram ki, mən bu Oyunlarda qalib olaram Azərbaycanı layiqincə təmsil edərəm.

 

Nigar Abdullayeva

Palitra.-2015.-9 iyun.-S.10.