Mirzə Məmmədvəli Qəmərlinski kimdir?

 

Mirzə Məmmədvəli Əli oğlu Qəmərlinski 1871-ci ildə İrəvan şəhərində çar ordusunun generalı Əli Qəmərlinskinin ailəsində dünyaya göz açmışdır. Əli Qəmərli uzun müddət çar ordusunda xidmət etmişdir. Rusiya-İran və Krım müharibələrində xüsusi şücaət göstərdiyinə görə general rütbəsinə yüksəlmişdir. İstefaya çıxdıqdan sonra çar hökuməti ona Ağrı dağı vadisində məhsuldar bir torpaq sahəsi ayırmış və o, orada evlər tikdirərək kənd saldırmışdır. Camaat tərəfindən həmin kənd onun soyadı ilə adlandırılmışdır. "Qəmərli" kəndi ( qədim adı Küzülü olmuşdur) ərazicə professor C.Xəndanın ata-baba yurdu Cəbəcəli və Uluxanlı kəndlərinə yaxın olmuşdur. Mütərəqqi fikirli bir adam olan general Əli Qəmərlinski oğlu Məmmədvəlini yaxşı müəllim, maarifçi kimi görmək istəmişdi.O vaxt xırda millətləirn savad almasına imkan yaradılmırdı. Əvvəlcə mollaxanada dini dərs alan Məmmədvəli Qəmərli sonradan gimnaziyaya girmiş , təhsilini tamamlayaraq ayri -ayri yerlərdə açılan biriki sinifli məktəblərdə ana dilindən dərs demişdir. O, 1898 -ci idə İrəvanda rus-tatar məktəbini bitirib , 1900 - il martın 13- də İrəvan Quberniya məclisində imtahan verərək müəllim adı almışdı.1901-1911-ci illərdə İrəvan rus-tatar gimnaziyasında işləmişdi.

Məmmədvəli Əli oğlu Qəmərlinski İrəvan ədəbi-mədəni mühütinin tanınmış nümayəndəsi kimi ömrü boyu müəllim işləmişdir. Lakin o , müəllimlik fəaliyyəti ilə yanaşı, bir sıra dəyərli kitabların, o cümlədən “Atalar sözü” , “Vətən dili “ , “ İrəvan Quberniyası haqqında xatirələr “ eləcə də birinçi , ikinciüçüncü sinifər üçünAna dili “ dərsliklərinin müəllifi olmuşdur.

Filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun professoru İsrafil Abbaslı Azərbaycan Folklorşünaslığı tarixində yaşadığı dövrün tanınmış ziyalısı və maarif xadimi olan Məmmədvəli Qəmərlinin tərtibi ilə işıq üzü görmüşAtalar sözü” kitabının nəşrindən (1899) 115 ildən artıq vaxt keçsə də, qədim Azərbaycan torpağı ,Türk- Oğuz yurdu İrəvanın adı ilə bağlı olan bu kitabı transliterasiya edərək 2003 - ildə “ Səda” nəşriyyatında yenidən çapına nail olmuşdur. “Atalar sözü” kitabının yeni nəşri barədə “ Respublika qəzeti” öz oxucularına geniş məlumat vermişdir. Azərbaycan Folklorşünaslığı tarixində müstəqil janr kimi ilk orijinalAtalar sözü” kitabının çap üsulu İrəvanın, xüsusən də Qəmərlinskilər nəslinin tanınmış simalarından olan Məmmədvəli Qəmərlinskinin adı ilə bağlıdır. Bu əsərə daxil edilən 750- yə yaxin atalar sözü, məsəlləri linqfonetikmövzu cəhətdən zənginliyini müəllif öz dövründə diqqət mərkəzində saxlaya bilmişdir. İrəvan bölgəsinin ləhcəsinin danışıq tərzi ilə bağlı olan hikmətli sözlərin regional səciyyə daşıdığını diqqətə çatdıra bilmişdir.

Mətbuatımızın banisi Həsən bəy Zərdabi ilkAtalar sözü” kitabının nəşr olunmasının əks səda doğurduğunu , bir ədəbi-mədəni hadisə olduğunu təqdir etmiş, hətta bu onəmli hadisəyə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsində yer ayırmışdır.

Mirzə Məmmədvəli bir neçə vətənpərvər ziyalı ilə birlikdə1902-ci ildə İrəvanda ilk qızlar məktəbi açmışdır. Bu haqda “Kaspi”qəzeti,bir qədər sonra “Şərqi-rus” qəzeti özünün 1903-cü il 14-cü sayında həmin məktəbin şəriət müəllimi Məmmədvəli Qəmərlinskinin məlumatını dərc etmişdi.Burada deyilirdi:Bir neçə illərdən bəri şəhərimizdə iqdamət edən Məmmədqulu bəy Kərim Soltani cənabları zükur məktəbi açıb, hər il beş-on müsəlman uşağı gimnaziyaya verməkdən başqa bir xüsusi qız məktəbi dəxi təsis etmişdi ki,milyonlar ocağı Bakıdan başqa Qafqaz və Azərbaycanın heç bir yerində belə xeyirli və lazımlı işə əqdəm olunmayıbdır.Hansı ki, bu saətdə18 nəfər müsəlman qız uşağı məktəbdə öz dilində oxuyub yazmaqehkami diniyəsini öyrənməkdən əlavə rusca dəxi kəmali-intizam və tərəqqi ilə təhsil etməkdədirlər.”

XX əsrin əvvəllərində İrəvanda müsəlmanlar arasında əks-səda yaratmış bu kiçik maarif ocağı zəif də olsa ,öz ziyası ilə tərəqqiyə meyil edənlərin yoluna işıq saçmışdır.

Məmmədvəli Qəmərlinski Mirzə Ələkbər Sabir Tahirzadə ilə tanışlığını belə xatırlayır:”Mən Sabirlə 1906-cı ildə Bakıda müəllimlər qurultayında tanış ola bildim. Bizi doktor Nəriman Nərimanov tanış etdi və Sabirə belə dedi:”Mirzə Məmmədvəli də İrəvan çuxurunun görkəmli maarifpərvərlərindəndir.İrəvanda bir qrup müəllim heyəti vardır ki,onlar kasıb balalarının təhsili üçün fədakarcasına və yorulmadan çalışırlar.Onların səyi və təlaşı ilə hətta İrəvanda qızlar məktəbi də açılmışdır”.

Rəhmətlik Sabirin sevincdən gözləri yaşardı və mənə xüsusi meyi,rəğbət bəsləyərək uzun-uzadı dərdləşdik.Mən Sabiri İrəvana qonaq dəvət etdim.Lakin biz ikimizbir dərddə və bir vəziyyətdə idik.Bizim İrəvan xərcimizi N.Nərimanov ödədi. Qurultaydan sonra biz İrəvana getdik. Rəhmətlik Sabir Nəriman bəy Nərimanbəyov, Həmid bəy Şaxtaxtinski, Sultanov, Qazıyevlər və başqaları ilə tanış olarkən dedi: ”Mirzə, Sizin bu müəllimlər, məktəblər,dərs üsulunuz xüsusən də müsəlman qız məktəbi məni valeh etdi.Yaxın gələcəkdə bizim millətin də ön sıralarda olacağına əmin olmaq olar.”.

Bu xatirə-açıqlamalar İrəvan türklərinin ictimai-mədəni mühiti haqqında xoş görüntülər yaratmaqla bərabər böyük şairimiz M.Ə.Sabirinsevinc hislərini səciyyələndirmiş və onda “yaxın gələcəkdə bizim millətin də ön sıralarda olacağına əmin olmaq olar” inamını gerçəkləşdirmişdir.

Məmmədvəli Qəmərli 1916-cı ildə erməni daşnaqları vəhşiliklər,qırğınlar törədəndə böyük çətinliklər bahasına ailəsi ilə Gəncə şəhərinə köçmüşdür. O,burada məktəb direktoru işləmişdir. Direktoru olduğu məktəbdə Qərbi Azərbaycandan (Ermənistandan) məcburi köçürülən qadınları və uşaqları erməni daşnaqlarından gizlədən Mirzə Məmmədvəli ermənilər tərəfindən elə məktəbdəcə vəhşicəsinə qətlə yetirilir.

Məmmədvəli Qəmərlinin 5 övladı olmuşdur. Təəssüf ki, ilk övladı Hüseynəli Qəmərlinski ilə bağlı rəsmi məlumat əldə olunmamışdır. Yeganə məlumat ondan ibarətdir ki, o, türk ordusunun generalı rütbəsinə yüksəlmişdir. Ailənin ikinçi övladı Əli Qəmərlinski Qori müəllimlər seminariyasını və Marksizm- Leninizm Universitetini bitirmiş , həm də ali təhsil almışdır. O, müəllimliyə Qəmərli kəndindən başlamış, sonralar Gəncədə orta, orta ixtisasali məktəblərdə dərs demişdir. Xalq maarifi sahəsində xidmətlərinə görə o, “Azərbaycan SSR-in Əməkdar müəllimi“ adına layiq görülmüşdür. PaşaAdil gimnaziyanı bitirib müəllim işləmişdir. Ailənin kiçik oğlu Mahmud Qəmərli M. F. Axundov adina Gəncə Türk Pedaqoji Texnikumunu bitirib, Gədəbəy rayonunda müəllim , direktorrayon təhsil şöbəsində inspektormüdir vəzifəsində işləmişdir.

Adilin övladı olmamışdır. Əli Qəmərlinskinin iki övladı (Zəkiyyə və Firudin.Firudin rəhmətə gedib), Paşanın 7 övladı (Rəfiqə,Arif, Aydın , Validə , Zəlimxan , Zakir və Zaur.Rəfiqə və Zelimxan rəhmətə gedib), Mahmudun 6 övladı (Zərifə, Rafiq, Tofiq, Ləzifə,Nəzifə və Faiq.Tofiq rəhməgedib) olmuşdur.

 

Sitarə Məmmədova

Sədaqət Musayeva

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Metodiki Mərkəzinin əməkdaşları

Palita.-2015.-10 iyun.-S.15.