“Peşə təhsilinin gələcəyi işəgötürənlərlə sıx əlaqədən asılıdır”

 

Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində otelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatlar təqdim olunub

 

Layihə çərçivəsində növbəti mövzumuz peşə təhsili ilə bağlıdır. Ölkənin sosial- iqtisadi inkişafı ilə bağlı müxtəlif sahələrdə bacarıqlı kadrlara ehtiyac yaranıb. İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi də göstərir ki, peşəsini bilən, bacarıqlı kadrlar olmadan iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək mümkün deyil. Azərbaycanda da belə peşəkar kadrların yetişməsi üçün müxtəlif sahələr üzrə peşə təhsili müəssisələri fəaliyyət göstərir.

Son illər bu istiqamətdə atılan addımlardan biri kimi ölkə başçısı tərəfindən “Azərbaycanda Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Həmçinin Prezident tərəfindən imzalanan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə bağlı sərəncamda peşə təhsili ilə bağlı məqam da öz əksini tapıb. Burada göstərilir ki, son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafı sahəsində işlər görülüb, özəl sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulub. Qeyd olunanlara baxmayaraq, bu sahədə həlli vacib olan ciddi problemlər hələ də qalmaqdadır.

İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin sayı iqtisadiyyatın tələbatı ilə üst-üstə düşmür. Son illər ümumi təhsil müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas təhsili müəssisələrini seçməsi, ümumilikdə həmin pillədə təhsil alanların cəmi 25-27 min nəfər təşkil etməsi əhalidə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir. Məhz bunları nəzərə alaraq strateji hədəflər və tədbirlərdən biri kimi müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması göstərilir.

Dünən Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində otelçilik üzrə kursları başa vuran 205 nəfərə sertifikatlar təqdim olunması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan təhsil naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, peşə təhsilinin inkişafı prioritet sahələrdən biridir: “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında peşə təhsilinin inkişafı, bu sahəyə sahibkarların, işəgötürənlərin cəlb olunması nəzərdə tutulub. Bu məsələ ilə əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən ardıcıl aparılır”. M. Cabbarov qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın turizm zonası kimi nüfuzunun artmasına səbəb olacaq: “Xidmət sektorunda beynəlxalq standartlara cavab verən kadrların hazırlanmasına, mövcud heyətin peşəkarlıq səviyyəsinin artırılmasına ehtiyac yaranıb”.

O da vurğulanıb ki, peşə təhsili bütün təhsil sistemində mühüm rola malikdironun inkişafı üçün qarşıda bir çox mühüm vəzifələr dayanır: “Bu gün ölkəmiz sürətlə inkişaf edir. Ancaq biz görürük ki, iqtisadiyyatın bəzi sahələri üçün yerli əmək bazarında mütəxəssislər tapmaq mümkün olmur. Həmin sahələr üzrə xarici ölkələrdən peşəkarları dəvət edirikbununla da ölkədə müvafiq sahələri xarici işçi qüvvəsi tutur. Bütün buya digər məsələlər peşə təhsilinin qarşısında imkan, fürsət və çağırışdır”. Nazir qeyd edib ki, peşə təhsilinin gələcəyi işəgötürənlərlə sıx əlaqədən asılıdır. Onun sözlərinə görə, bu əlaqə olmadan həyata keçirilən istənilən səviyyədə səmərəli ola bilməz.

Nazir bildirib ki, peşə təhsili bizim üçün ən vacib prioritetlərdən biridir.

Abşeron Hotel GroupMMC-nin rəhbəri Mark Harald Ehler isə çıxışında bildirib ki, Təhsil Nazirliyi ilə əldə edilmiş razılaşmaya əsasən, 5 nömrəli Bakı Peşə Liseyində ekspertlər tərəfindən 430 nəfər şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçirilməsi nəzərdə tutulub: “İlkin mərhələdə 220 nəfər təlimlərdə iştirak edib. Tədbirdə qeyd olunub ki, peşə təhsili üzrə ilk dəfə keçirilən bu təlimlərin məqsədi I Avropa Oyunlarının keçirilməsi ərəfəsində Bakıda istifadəyə verilmiş yeni beşulduzluBulvar Hotel” və “İnturist Hotel” mehmanxanaları üçün kadr ehtiyatı yaratmaqdır. Təlim keçənlər həm Avropa Oyunları ərəfəsində istifadəyə verilmiş mehmanxanalarda, həm də “Absheron Hotel GroupMMC-nin tərkibinə daxil olan restoranlar şəbəkəsində işlə təmin olunmaq imkanı əldə edəcəklər”.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub.

 

Özəl sektor da bu prosesə qoşulmalıdır

 

Azərbaycan Turizm Menecment Universitetinin prorektoru Eldar Aslanov isə bildirdi ki, hətta sovet dövründə belə peşə təhsilinin maddi-texniki bazası çox aktual olub: “Aparılan tədqiqatlara görə, 1970-80-ci illərdə Azərbaycanda peşə təhsili elə bir səviyyəyə çatmışdı ki, ölkənin bütün rayonlarında peşə məktəbləri mövcud idi onların çox yüksək səviyyədə həm texnoloji parkları, həm təcrübə bazaları geniş inkişaf etmişdi. Lakin Sovet İttifaqının dağılması, sonra ölkəmizdə baş verən hadisələr peşə təhsilinə dövlətin qayğısını, diqqətini azaltdı. Azərbaycan peşə təhsili arzuolunmaz səviyyəyə gəlib düşdü. Bu gün ökədə peşə təhsili onun maddi- texniki bazası, xüsusilə istehsalat-təcrübə bazaları, məktəblərin özündə mövcud vəziyyəti ürəkaçan deyil. Bu sahədə ölkə başçısının təsdiq etdiyi Dövlət Proqramı var bu proqram çərçivəsində artıq nümunəvi işlər var. Məsələn, bu baxımdan Bakı Turizm Peşə Məktəbi, eləcə İsmayıllı, Qəbələ, Binə qəsəbəsində istifadəyə verilən peşə məktəbləri var ki, bunlar nümunəvi, pilot peşə məktəbləridir. Ümid edirəm ki, bunların sayı ildən-ilə daha da genişlənəcək”. Prorektorun sözlərinə görə, ümumiyyətlə nəinki peşə məktəbində, təhsilin bütün növlərində ixtisas peşə vərdişlərini formalaşdırmaq çox vacibdir :İxtisas üzrə hazırlanan kadr müvafiq peşə vərdişlərinə təhsil aldığı dövrdə yiyələnmiş olmalıdır. E.Aslanov deyir ki, həm ATMU, həm Bakı Turizm Peşə Məktəbinin qarşısında duran əsas vəzifələrdən biri tədrisin keyfiyyətinin artırılmasıdır bunun əsas yollarından biri praktiki cəhətdən, istehsalat-təcrübi baxımdan gücləndirilmiş bir tədris prosesi formalaşdırmaqdır: “ATMU-nun nəzdində olan peşə məktəbində BMT-nin İnkişaf Proqramı ilə birlikdə Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Təlim Mərkəzi yaratdıq. Burada turizm üzrə müxtəlif bacarıqları formalaşdırmaq üçün təchizat otaqları, otel otağı, bar, restoran, mətbəx var ki, bunlar vasitəsilə buradakı şagirdlər peşə vərdişlərini mənimsəməyə başlayırlar. 6 aylıq dərslərin nəzəri hissəsində bir xidmət zamanı lazım olan peşə vərdişlərini öyrənməyə başlayırlar”.

Ödənişli peşə təhsili prosesi ilə bağlı məsələyə toxunan prorektor deyir ki, peşə məktəblərində təhsil haqqı ali məktəblərə nisbətən çox azdır: “Bu, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş vahid cədvəl əsasında aparılır. Məsələn, Bakı Turizm Peşə Məktəbində illik təhsil haqqı 400 manatdır. Bu şagirdin, onların praktika, istehsalat təcrübəsi dövründə hazırlanacaq müxtəlif məhsulların xərcini ödəmir. Ancaq dövlət hesabına oxuyan şagirdlər var, onların da sayı kifayət qədərdir”. Bildirildi ki, hər il orta məktəbi 130 minə yaxın şagird bitirir onlardan cəmi 25 mini ali təhsilə yönəlir, yerdə qalan şagirdlərin təhsili çox düşündürücüdür. Ölkəmizin inkişafının əsas göstəricilərindən biri peşə məktəblərinə yönələn gənclərin sayı ilə xarakterizə olunacaq. qədər peşə təhsilli, peşəkar kadrlar olacaq, o zaman müxtəlif sahələrdə işlər daha yaxşı gedəcək. Bu mənada görüləcək işlər çoxdur dövlət əlindən gələni edir. E.Aslanov bildirdi ki, bu prosesdə görülməsi vacib olan işlərdən biri özəl sektorun bu prosesə qoşulmasıdır: Hansılar ki, bu işdə maraqlı olmalıdırlar. Məsələn, ARDNŞ-nin Peşə Təhsil Mərkəzi ki var, o çox gözəl nümunədir. Digər müəssisələr öz həcmlərinə uyğun peşə məktəbləri ilə əməkdaşlıq etməlidirlər.

Əvvəlki dövrdə peşə məktəblərində oxuyanlar diplomları ilə zavodda, fabrikdə, kolxozda, sovxozda tapırdı. Amma bu peşə məktəblərinin məzunlarının işlə təmini ilə bağlı proqnoz deyə bilmərəm. Bu yaxınlarda məşğulluqla bağlı bir konfransda Baş Məşğulluq İdarəsinin, TN-in nümayəndələri orada idi ortaq rəy ondan ibarətdi ki, peşə kadrlarının hazırlanmasında ciddi problemlər var. Peşə məktəblərinin işçiləri orta məktəblərə gedir çalışırlar ki, dərsə gəlməyən, oxumayan uşaqları peşə məktəblərinə yönəltsinlər. Motivasiya kimi göstərirlər ki, 20-30 manat təqaüd veriləcək. Məqsəd plan yerlərini doldurmaqdır. Belə uşaqlar da peşə məktəblərinə vaxt itirməyə gəlir. Axırda peşə təhsili nüfuzdan düşür”. Prorektorun fikrincə, ona görə bu sahədə kompleks getməlidir. Peşə məktəblərinin cəmiyyətdə keçmiş nüfuzu onlara qaytarılmalıdır. Bunun üçün peşə məktəblərindən , cəmiyyətdən , müvafiq orqanlardan da çox şey asılıdır. Peşə məktəblərinin inkişafı hamımız- dövlət, özəl sektor, vətəndaşlar üçün maraqlıdır.

 

Nigar Abdullayeva

Palitra.-2015.-10 iyun.-S.11.