Gürcü gənclər: I Avropa Oyunları təkcə
Azərbaycanı deyil, Qafqazı dünyaya tanıdır
Gürcüstanda fəaliyyət göstərən
"Borçalı, irəli!" İctimai Birliyinin
təşkilatçılığı ilə Gürcüstan Dövlət Texniki Universitetində Bakı
2015 I Avropa Oyunlarına
həsr olunmuş aksiya keçrilib.
Diasporla
İş üzrə
Dövlət Komitəsinin
mətbuat xidmətindən
Trend-ə verilən məlumata
görə, aksiyanın
əsas məqsədi
Bakı 2015 Avropa Oyunlarını ali təhsil müəssisələrində
təhsil alan gürcü və xarici tələbələrə
tanıtmaqdır.
Möhtəşəm idman yarışı barədə gənclərə
məlumat verən
"Borçalı, irəli!" İctimai Birliyinin
sədri Məhəbbət
İmanov Bakı 2015
I Avropa Oyunlarının
dünyada sülhün
və inkişafın
tərənnümü olduğunu
deyib. O bildirib ki, Avropa Oyunlarının,
eləcə də
2012-ci ildə Avroviziya
mahnı müsabiqəsinin,
2017-ci ildə isə
IV İslam Həmrəyliyi
Oyunlarının Azərbaycanda
təşkili ölkəmizin
suveren, tolerant və demokratik inkişaf yolunda qazandığı uğurların göstəricisidir.
Azərbaycandakı bu inkişafdan
qürür duyduqlarını
deyən Borçalı
gəncləri əminliklə
qeyd edir ki, Bakı 2015 I Avropa Oyunları idman tarixinə qızıl hərflərlə
yazılacaq.
Tbilisi Dövlət Universitetinin
tarix fakultəsinin
4-cü kurs tələbəsi
Giorgi Danelia Bakıda keçiriləcək
ilk Avropa Oyunlarının
bütün dünya üçün yenilik olduğunu deyib. Onun sözlərinə
görə, bu əlamətdar hadisənin
qonşu ölkədə
baş tutması təkcə Azərbaycanı
yox, eyni zamanda Qafqazı dünyaya tanıdır.
Universitetin etnologiya
fakultəsinin 4-cü kurs tələbəsi
Vasiq Rexviaşvili isə
I Avropa Oyunlarının Bakıda
keçirilməsini Azərbaycanın böyük
qələbəsi hesab edib
və bu yolda ölkəmizə
uğurlar arzulayıb.
Nigar
Palitra.-2015.-11 iyun.-S.10.