“Ağıllı lövhə”nin tətbiqi
təhsilin keyfiyyətinin yüksəlməsinə kömək
edir
Ofelya Qənbərova: “İnteraktiv
lövhələrlə keçirilən dərslər
maraqlı, yaddaqalan, təhsilin keyfiyyətinin
və öyrənməyə marağın artmasına səbəb
olur”
Dərsdə “elektron lövhə”nin tətbiqi müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkan yaradır. “Elektron lövhə” adi lövhə, hətta proyektor qoşulmuş kompüterlə müqayisədə bir sıra üstünlüklərə malikdir. “Elektron lövhə” müəllimə bir çox illüstrativ vasitələrdən geniş (şəkil, xəritə, video və sair) istifadə imkanı verir. Bu da şagirdlərin tədris materiallarını daha yaxşı mənimsəmələrinə kömək edir. Çoxlu sayda funksiyalara malik olan interaktiv “elektron lövhə” həm müəllimlərin, həm də şagirdlərin yaradıcılıq potensialının daha da artırılmasına şərait yaradır.
“Elektron lövhə” ilə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir və nəticə etibarilə, şagirdlərin olimpiadalarda, müxtəlif intellektual yarışlarda göstərdikləri nəticələrin keyfiyyəti xeyli artır. Layihə çərçivəsində müsahibimiz Bakı Şəhəri Xəzər rayonu Binə qəsəbəsi R.M.Sadıqov adına 136 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Ofelya Qənbərovadır. O, müsahibəsində “elektron lövhə”nin tətbiqnin dərs prosesinə müsbət təsiri ilə bağlı geniş məlumat verdi:
-Bildiyimiz kimi, 21-ci əsr kompüter, texnologiyalar əsridir. Bu əsrin təlim
metodu ənənəvi
təlim metodundan kəskin sürətdə
fərqlənir. Kompüter və
elektron lövhələr
həyatımızın böyük
bir hissəsini təşkil edir. Müasir dövrümüzdə elektron
qələm təbaşiri
əvəz edir.
XXI əsr təlim
prosesi şagirdə yönəlmiş təlim
prosesidir. Elektron
resurslar müvəffəqiyyətli
təhsil almaq üçün şərait
yaradan ən yüksək nəticəyə
nail olmağa imkan yaradır. Kompüter və internet resurslarının
tədris prosesinə daxil olması müəllimlərin dərslərini
daha da maraqlı
qurmağa imkan yaradır. Bu cür resurslardan istifadə etdikdə şagirdlərdə dərsə
maraq daha yüksək olur, onların dərsi yaxşı mənimsəməsinə
imkan yaradır. Müasir dərs rəngarəng, emosional, produktiv olmalıdır. Bu cür dərs hazırlamaq üçün
də müəllimə
ilk növbədə “Promethean” lövhələr çox
yaxından kömək
edir. Dərslərdə interaktiv lövhədən
daha geniş istifadə olunması dərsin keyfiyyətini artırır, şagirdlərdə
fənnə marağı
daha da yüksəldir.
İnteraktiv lövhələrlə keçirilən dərslər
maraqlı, yaddaqalan, təhsilin keyfiyyətinin və öyrənməyə
marağın artmasına
səbəb olur.
Ani bir toxunuşla lövhədə baş verən dəyişiliklərin
belə effektli, rəngarəng, məzmunlu
olması şagirdlərdə
möcüzə baş
vermiş kimi bir təəssürat yaradır.
İnteraktiv lövhə mənə dərslərimi daha da rəngarəng, maraqlı qurmaga şərait yaradır. Bu lövhə ilə işləyən zaman bütün sinfin diqqətini dərsə cəlb etmək daha rahat olur.
Adi lövhədən fərqli
olaraq, şagirdlərin
dili ilə desək “Ağıllı
lövhə”də işləyən
zaman şagirdlər daha diqqətli öyrənməyə həvəsli
olurlar. Bu lövhə ilə işləyən şagirdlər
daha fəal olurlar. Onlarda özünəinam hissi artır, fikirlərini yoldaşlarına
asanlıqla çatdıra
bilirlər. Əyani şəkildə
lövhədə göstərilən
səhvləri şagirdlər
aşkar edir, onlarda özünəinam artır. Şagirdlər hər bir məlumatı görərək
daha yaxşı başa düşür, mənimsəyir, yadda saxlayırlar. Adi lövhədən
fərqli olaraq
“Promethean” lövhədə işlədikdə həm
vaxta qənaət edirsən, həm də daha effektli
dərs qurursan.
-Sizin çalışdığınız məktəbdə bu sahədə işlər necə qurulub?
-Respublikamızın bütün
rayonlarında olduğu
kimi Bakı Şəhəri Xəzər
rayonu Binə qəsəbəsi R.M.Sadıqov
adına 136 saylı tam orta məktəbdə də nümunə olacaq tədris prosesi təşkil edilib. Mən də bu məktəbin
ibtidai sinif müəllimiyəm. Hal-hazırda 2A sinfində dərs deyirəm. 26 şagirdin təlim-tərbiyəsi
ilə məşğul
oluram. İbtidai
sinif müəllimini başqa fənn müəllimlərindən fərqləndirən
cəhətlərdən biri
də 4 il
ərzində 7 fənni
tədris etməkdir. “Ağıllı lövhə”lərdən istifadə
edərək bu dərsləri daha da rəngarəng qurmaq olur. Bu lövhələr interaktiv
tapşırıqlar, əyləncəli
krossvordlar, oyunlar, rəngləmələr, pazıllar,
və s. yaratmaq üçün əlverişlidir.
“Məktəblə valideynlərin
müntəzəm, sıx
əlaqəsi uşağın
təlim-tərbiyəsinin uğurlu
nəticəsi üçün
əsas şərtdir. Təcrübəmə
əsasən deyə bilərəm ki, valideynlərlə iş mənim pedaqoji fəaliyyətimdə mühüm
yer tutur. Valideynlərlə tez-tez görüşür,
sorğu aparır, tövsiyələr verirəm.
Müxtəlif problemləri birlikdə
müzakirə edirik.
Hər bir valideynlə görüşüb şagird
haqqında fərdi məlumat alıram. Şagirdlərin xarakterlərinə
və maraqlarına görə onlarla məşğul oluram”
Kiçikyaşlı məktəblilər interaktiv
lövhə ilə işləməyi çox
sevirlər. Belə ki, səhv etdikdə qələmin köməyi ilə silir və səhvlərini
dərk edərək düzəldirlər. “Ağıllı lövhə”də
təqdim olunmuş resursların dərs zamanı istifadəsi əvəzsizdir. Riyaziyyatdan təqdim
olunmuş riyazi alətlər şagirdlərin
dərsə diqqətini
daha da artırır.
Mən bu alətlərdən istifadə edərək dərsimi daha əyani və aydın izah edirəm. Ümumiyyətlə, “elektron lövhə”
müəllimin köməkçisidir.
Şagirdlər bu lövhənin
geniş imkanlarını
asanlıqla mənimsəyirlər.
Bu zaman şagirdlərdə
olan bacarıqlar üzə çıxır
və bu bacarıqlar artıq vərdişə çevrilir.
Uşaqlar dərslikdə və
dərsdənkənar mövzularla
bağlı məsələlər
haqqında bir-birinə
maraqlı suallar verirlər. Onlar bu suallar üzərində düşünür,
tədqiqat aparırlar.
Uşaqlar marağın artdığını
gördükdə, uğurlu
nəticələr əldə
etdikdə daha da həvəslənir, yeniliklər axtarırlar.
Şagirdlərimin bacarıqlı olması
üçün dərslərimdə
onların idraki bacarıqlarını inkişaf
etdirməyi və aldıqları bilikləri
həyatda tətbiq etməyi daim diqqət mərkəzində
saxlayıram. Zamanın tələbinə
uyğun olaraq bütün təhsil ocaqları nəinki savadlı şagird, həm də biliklərin bütün sahələrdə və yüksək təfəkkürə
malik olan şəxsiyyətlər yetişdirməlidirlər.
“Ağıllı lövhə”nin tətbiqi təhsilin keyfiyyətinin yüksəlməsinə kömək
edir. Onun dərs prosesinə
köməyi bir neçə ildən sonra daha qabarıq
şəkildə müşahidə
olunacaq. Mən bu
yolda özümlə
bərabər çalışan,
körpə balalarımızın
gələcəyi üçün
əlindən gələni
əsirgəməyən müəllimlərə
uğurlar arzu edirəm.
- Məktəb-valideyn
münasibəti necə
qurulmalıdır?
-Uşaqların təlim-tərbiyəsi
evdən başlayır
və valideynlər öz övladlarının
ilk müəllimidirlər. Məktəblə valideynlərin müntəzəm,
sıx əlaqəsi uşağın təlim-tərbiyəsinin
uğurlu nəticəsi
üçün əsas
şərtdir. Uşağın xoşbəxt insan kimi yetişməsi üçün məktəblə
ailənin birgə işi həlledici amildir. İstər məktəbdaxili, istərsə
də məktəbdənxaric
işlərdə valideynlərin
həvəskarlığı, can yandırması və fəal köməyi çox vacibdir. Müasir təhsil sistemində valideynin məsuliyyəti daha da artır.
Valideyn dərs prosesinin fəal üzvünə çevrilir. Öyrənmə prosesində valideynin iştirakı əsas şərtdir. Valideyn və
müəllim əməkdaşlığı
sıx olmalıdır.
Təhsildə baş verən
dəyişiklikləri, uşaqların
intellektual səviyyəsi
barədə valideynlərə
vaxtaşırı məlumat
vermək lazımdır.
Valideynlərlə mütəmadi söhbətlər
aparılmalıdır. Valideyn övladının tədris
prosesini daim diqqət altında saxlamalıdır. Öz
təcrübəmə əsasən
deyə bilərəm
ki, valideynlərlə
iş mənim pedaqoji fəaliyyətimdə
mühüm yer tutur. Valideynlərlə tez-tez görüşür,
sorğu aparır, tövsiyələr verirəm.
Müxtəlif problemləri birlikdə
müzakirə edirik.
Hər bir valideynlə görüşüb şagird
haqqında fərdi məlumat alıram. Şagirdlərin xarakterlərinə və maraqlarına görə onlarla məşğul oluram.
İlboyu bütün tədbirlərin
təşkilində valideyn
komitəsi mənə
yaxından kömək
edir. Beləliklə müəllimlə valideynin birgə səyi nəticəsində
şagirdlərin potensialını
üzə çıxarmış
oluram. Valideynləri kurikulum haqqında
geniş və ətraflı məlumatlandırıram.
Sinifdə tətbiq edilən
təlim strategiyaları,
internet resursları, qiymətləndirmə
üsulları, qaydaları
haqqında məlumat verirəm. Valideynin də, məktəbin
də məqsədi birdir-cəmiyyət üçün
bacarıqlı, humanist və
vətənpərvər bir
şəxsiyyət yetişdirmək.
Təcrübəmə əsasən deyirəm
ki, valideyni maarifləndirməyi, onlarla
düzgün münasibət
qurmağı bacaran müəllim öz işinin uğurunu təmin edir.
Anar Miriyev
Palitra.-2015.-23 iyun.-S.11.