“Təhsil müəssisələrində məzun şəbəkələri yaradılmalıdır”

 

Qurban Kərimbəyli: “İlk Avropa Oyunları zamanı qazanılmış yeni təcrübə və tikilən yeni müasir idman obyektləri Azərbaycan vətəndaşları üçün davamlı miras qalacaq

 

Layihə çərçivəsində Bakı Avropa Oyunları Əməliyyat Komitəsində Əməliyyatlar üzrə baş direktorun icraçı köməkçisi Qurban Kərimbəyli ilə müsahibəni təqdim edirik.

 

-Bu gün hansı elmi-sosioloji sorğu və araşdırmaların aparılmasına ehtiyac var?

-Müasir dövrümüzdə elmi-sosioloji sorğuların aparılması və ən önəmlisi həmin sorğuların nəticələri əsasında elmistatistik cəhətdən mümkün qədər dolğunobyektiv təhlillərin aparılması və irəli sürülən elmi fərziyyələrin qəbul olunması və ya gerçəkliyi əks etdirməməsini əsaslandıra biləcək peşəkar mütəxəssislərə xeyli ehtiyac var. Məhz mən özüm də təhsil aldığım zaman elmi-sosiolojiiqtisadi araşdırmaların aparılması, sorğuların dizayn edilməsi, sorğu metodlarının müəyyən edilməsi və nəticələrin təhlil olunması üzrə mütəxəssis kimi özümü hazırladım. Ümumiyyətlə, bu gün aparılan bütün iqtisadisosial layihələrin elmi əsaslandırılmasının aparılmasına və onların icrası üçün cəmiyyətdə hansı ehtiyacların olmasının təhlil olunmasına, xüsusi ilə də aparılan sosial fəaliyyətlərin təsir dairəsinin ölçülüb təhlil olunmasına ehtiyac var. Dövlət tərəfindən çox mühüm sosialiqtisadi layihələr və fəaliyyətlər aparılır, məhz bu kimi layihələrin elmi cəhətdən araşdırılmasına və onların təsirinin analiz olunmasına ehtiyac duyulur.

Düşünürəm ki, bu gün ilk növbədə təhsil müəssisələrinin tədris proqramlarını bazarın tələbinə uyğun olmasını və təhsil müəssisələrini bitirən tələbələrin bazarın və cəmiyyətin ehtiyaclarına uyğun təhsil almasını təmin etmək üçün sosioloji araşdırmalar və sorğular həyata keçirilməli və onun nəticələri düzgün təhlil olunmalıdır. Bəzən biz bunu müşahidə edirik ki, təhsil müəssisəsini bitirən tələbələr günün tələblərinə cavab vermirlər.

Bundan başqa, hər hansı bir iqtisadisosial layihəni başlamadan öncə ilkin ictimai araşdırmaların aparılması və aparılacaq layihənin araşdırmaların əsasında hazırlanmasına da ehtiyac yaranıb.

Sosial tədqiqat sistemli və planlı şəkildə mütəxəssislər tərəfindən aparılmalıdır və onların sosial tədqiqat metodları kəmiyyət və keyfiyyət göstəriciləri nəzərə alınaraq aparılacaq sosioloji araşdırmanın fundamental əsaslarını təşkil etməlidir. Ümumiyyətlə, sosioloji araşdırmaların müxtəlif metodları var. Hər bir araşdırmanı aparmadan öncə uyğun sosioloji metodlar seçilməlidir, sorğunun auditoriyası düzgün müəyyən olunmalıdır, əks təqdirdə aparılan araşdırmanın nəticələri və statistik analizlər araşdırmanı aparan mütəxəssisləri yanılda bilər.

Sosial araşdırmalar yalnız sorğular aparmaqla yekunlaşdırılmır, həmin sorğular aparıldıqdan sonra respondentlərin rəyləri və seçimləri kateqoriyalaşdırılmalı, statistik metodlardan istifadə olunaraq kodlaşdırılmalı, sözlərlə ifadə olunan rəylər rəqəmsallaşdırılmalı və kompleks şəkildə təhlil olunmalıdır. Hətta bəzən araşdırmalar zamanı onu görürsən ki, yaş fərqləri, sosial status, genders. fərqliliklər araşdırması aparılan məsələyə münasibətə kəskin fərqlər yaradır. Bu baxımdan sosial araşdırma aparan mütəxəssis geniş elmi biliyə və təcrübəyə sahib olmalıdır, sosioloji araşdırmanın elmi fərziyyələrini müfəssəl müəyyən edə bilməlidir, aparacaq araşdırmanın sınaq formada təşkilini keçirməli və onun sistematik xətaları varsa, müəyyən etməlidir. Ümumiyyətlə, araşdırmalar ən müasir statistik proqramlaronlayn sorğu alətləri vasitəsi ilə aparılmalıdır. Bu göründüyü kimi olduqca mürəkkəb və maraqlı sahədir. Mən özüm indiyə kimi Azərbaycanın “İş Bazarının öyrənilməsi”, “Gənclərin həyat bacarıqları indeksikimi bir sıra irimiqyaslı sosialiqtisadi araşdırmalar aparmışam, inanıram ki, yaxın zamanlarda belə sosial araşdırmaların aparılmasına cəlb olunacam, öz bilik və bacarıqlarımı bu istiqamətdə yönləndirəcəm.

-Bu gün təhsil sahəsində daha hansı islahatlar aparılmalıdır?

-Öz təcrübəmə əsasən deyirəm ki, bu gün təhsil sahəsində əsasən üç istiqamətdə aparmağa böyük ehtiyac var. Birinci növbədə, təhsil sahəsində tələbələrə real həyatının tələblərinə cavab verən fənlər tədris olunmalıdır. Bu fənlərin müasir metodlarla tədris olunmasına, tələbələrin lazımi və bazarın tələblərinə cavab verən fənlərin öyrənilməsinə böyük ehtiyac var. Belə müasir fənlərin tədris olunması tələbələrə öz düşüncələrini və baxışlarını necə inkişaf etdirməyi və onlara dövlət və ictimai qurumlar, biznes təşkilatları və şəxslərlə effektiv ünsiyyətin qurulmasına şərait yaradacaq. Belə müasir fənlərin tədris olunması, tələbələrə müasir texnologiyalardan istifadə edərək müasir həyatında tələb olunan bilik və bacarıqların öyrənilməsinə imkanlar yaradacaq. Eyni zamanda, qeyd olunan müasir fənlər tələbələrə onların gələcək karyeralarını qurmaq istədikləri potensial biznes şirkətlərinin, dövlət və ictimai təşkilatların tələb və təkliflərinin indidən öyrənilməsində, tələbələrin öz istəklərinin və fikirlərinin qarşı tərəfə çatdırılmasında və müasir etikası və ünsiyyət sahəsində olan biliklərinin artırılması və daha da təkmilləşdirilməsində onlara yardım edəcək. Bununla yanaşı, yeni fənlərin müasir metodlarla tədris olunması tələbələrin analitik düşüncəsini inkişaf etdiricək, professional mütəxəssis olmaqmüvafiq dövlət, qeyri-kommersiyakommersiya təşkilatları ilə əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə yardım edəcək.

İkinci bir məsələ odur ki, bu gün tələbələrin sinifdə öyrəndikləri bilikləri həyatında tətbiq etməsinə yeni imkanların yaradılmasına xeyli ehtiyac var. Düşünürəm ki, hər bir təhsil müəssisəsi apardığı təhsil proqramlarına görə xüsusi internatura - parktiki təcrübə layihələri hazırlamalıdır və Tələbə Karyera Mərkəzləri yaradılmalıdır. Bu mərkəzlər tələbələrə öz akademik təhsilləri zamanı mütəmadi olaraq öyrəndikləri bilik və bacarığı real həyatına tətbiq etmək üçün geniş imkanlar yaratmalıdır. Bəzən tələbələr universiteti bitirdikdən sonra tələb olunan təcrübəsinə sahib olmurlarbu, onları bazarın tələblərinə uyğun olaraq rəqabət qabiliyyətli mütəxəssislər kimi yetişdirilməsində müəyyən çətinliklər yaradır. Belə ki, tələbələrin təcrübə proqramı sadəcə sonuncu kursda bir neçə aylıq deyil, bütün tələbəlik dövründə davam edən sistematik bir fəaliyyət olmalıdır.

Üçüncü fəaliyyət istiqaməti düşünürəm ki, təhsil müəssisələrində məzunlar şəbəkələrinin yaradılmasıdır. Hər bir təhsil müəssisəsi öz məzunları ilə daim ünsiyyətdə olmalıdır, onların databazasını formalaşdırmalıdır. Uğur qazanmış məzunların mütəmadi olaraq tələbələrlə görüşləri keçirilməlidir. Təhsil müəssisələri məzunları vasitəsi ilə tələbələrə yeni və təcrübə imkanlarına çıxış yaratmalıdırlar.

-İnsanların ilk Avropa Oyunları ilə bağlı sevincini necə qiymətləndirirsiz?

-Avropa Oyunlarına maraq və insanların bu Oyunları sevincmaraqla izləməsi açıq-aydın cəmiyyətdə olan münasibətlərdən hiss olunur. İnsanlar başa düşürlər ki, biz birgə olaraq öz doğma Vətənimiz olan Azərbaycanın xoşbəxt gələcəyi üçün çalışırıq. Xüsusi ilə qeyd olunmalıdır ki, bu gün “Bakı-2015”-də Alov Qoruyanlar olmaq üçün 40 mindən çox ərizə göndərilib.

Həmçinin 26 aprel tarixindən başlayan Avropa Oyunlarının Alov Səyahəti Azərbaycanın 60 regionunu səyahət edib. Bütün regionlarda Alov qarşılanması mərasimi böyük sevinc və istəklə qarşılanıb. Alov səyahəti 7 iyun tarixində Bakı şəhərində olub, bu beş gün ərzində böyük maraqlı tədbirlər şəhərdə davam etdirilibson olaraq Olimpiya Stadionunda, Avropa Oyunlarının açılışını işıqlandırıb.

Bundan başqa, bilet satışlarına olan belə yüksək tamaşaçı marağı və biletlərin xeyli miqdarda satılması insanların Avropa Oyunlarına olan marağının və sevinc hislərinin bariz nümunəsidir.

Ölkəmizdə insanlar əmindirlər ki, Avropa Oyunları zamanı, qazanılmış yeni təcrübə, beynəlxalq tərəfdaşlarla birgə , yeni müasir idman obyektləri, ictimai xidmət sahəsində ən yeni metodtexnologiya, yaradılmış imkanlar, Azərbaycan vətəndaşları, o cümlədən Azərbaycan gəncləri və idmançıları üçün davamlı miras qalacaq. Ümumilikdə, bu mötəbər tədbir Azərbaycanın inkişafına və Olimpiya hərəkatına böyük töhfə verəcək.

-Perspektivdə hansı layihələriniz gözlənilir?

-Aparılan uğurlu işlər, Azərbaycan gənclərinin güclü potensialının olması bizə Azərbaycanın böyükparlaq gələcəyi olmasını söyləməyə əsas verir. Azərbaycan artıq bu gün irimiqyaslı, kontinental və beynəlxalq layihələrin icraçısına çevrilən bir dövlətdir. “Bakı-2015” ilk Avropa Oyunları da digər aparılan tarixi layihələr kimi, Vətənimizə insan kapitalı və 11 daimi və yenilənmiş idman arenaları miras qoyacaq. Gələcəkdə Azərbaycan “Formula-1”, İslam Həmrəylik Oyunları, UEFA çempionatları kimi böyük tədbirlərə ev sahibliyi edəcək. Azərbaycanda təhsil sahəsində aparılan uğurlu islahatlar və əhəmiyyətli proqramlar gəncləri müasir tələblərə cavab verən mütəxəssis kimi hazırlayacaq. Əminəm ki, Azərbaycan gəncləri və ümumilikdə Azərbaycan vətəndaşları bu böyük tədbirlərin iştirakında fəal və daha da peşəkar şəkildə iştirak edəcəklər və Azərbaycan yeni-yeni uğurlara imza atacaq.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-26 iyun.-s.12.