“Təhsil müəssisələri müasir təhsil metodologiyalarından istifadə etməlidir”

 

Seymur Hüseynov: “Qeyri-formal tədrisin və müasir təhsil metodlarının daha geniş istifadə olunması elm və təhsilin əyani təbliğ olunması üçün real alətlərdir”

Layihə çərçivəsində "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin sədri Seymur Hüseynovla müsahibəni təqdim edirik

-Rəhbəri olduğunuz QHT nə vaxt yaradılıb?

- “Vətəndaş Cəmiyyətində Debatİctimai Birliyi öz fəaliyyətinə 1998-ci ildən başlayıb və artıq Azərbaycanda gənc liderlərin yetişdirilməsinə öz töhfəsini verən bir qurum kimi çıxış edir. Təşkilat missiyası çərçivəsində tədbirlərin təşkili, korporativ sosial məsuliyyət layihələrinin icrası, dövlət və özəl qurumları tərəfindən verilən sosial sifarişlərin həyata keçirilməsi, gənclər və təhsil siyasəti sahəsində 15 illik təcrübəyə yiyələnib. Təşkilat “Beynəlxalq Debat Təhsil Assosiasiyası” (IDEA), “Milli Debat Şəbəkəsi” və “Milli Karyera və İşədüzəltmə Assosiasiyası”nın həmtəsisçisi, öz sahəsində dünya lideri olanMilli Biznes İnkubatorlar Assosiasiyası”nın (NBIA) Azərbaycanda yeganə tərəfdaşı və “Amerika-Azərbaycan Ticarət Palatası”nda (AMCHAM) təmsil olunan yeganə gənclər təşkilatıdır.

-QHT olaraq sizin prinsipləriniz nədən ibarətdir?

-Təşkilatımızın missiyası gənclərin təşəbbüslərinin dəstəklənməsi gənclərə müxtəlif xidmətlər göstərilməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Fəaliyyətimizdə məqsədyönlülük, könüllülük, özünüidarəetmə özünümaliyyələşdirmə prinsiplərinə arxalanırıq. Bütün mərkəz klublarımız, eləcə proqramlarımız gənclər gənc mütəxəssislər tərəfindən idarə olunur.

Belə ki, bu gün təşkilatın respublika üzrə fəaliyyət göstərən mərkəz klublarında 300-dən artıq gənc könüllü olaraq fəaliyyət göstərir. Bu, təbii ki, bizim üçün çox vacib dəyərli bir resursdur. Fəaliyyətimizi planlaşdırdığımız zaman uğurlu nəticələr əldə etmək üçün strateji taktiki məqsədlər formalaşdırıb, onlara uyğun icra planları formalaşdırırıq.

-Milli Debat Proqramı gənclərə təhsillə bağlı hansı imkanlar yaradır?

-Azərbaycanda Debat hərəkatı artıq 15 ildən artıqdır ki, inkişaf edir. Bu illər ərzində 40 minə yaxın gənc, tələbə, şagird Milli Debat Proqramı çərçivəsində yüzlərlə maarifləndirici tədbirin iştirakçısı olub. Debat - gənclərin, şagirdlərin tənqidi təfəkkürünü inkişaf etdirən, natiqlik bacarıqları aşılayan, müzakirə olunan mövzuları dərindən anlamağa imkan verən təhsil proqramıdır. Debat vasitəsi ilə bu günə qədər minlərlə gənc uğur qazanaraq, dünyanın bir çox nöqtəsində Azərbaycanın layiqli təmsilçilərinə çevriliblər. Bu onunla əlaqəlidir ki, debat - bir şəxsi inkişaf proqramıdır. Proqram gəncə imkan verir ki o, sıfırdan başlayaraq müxtəlif sahələri əhatə edən istiqamətlər üzrə bilik, bacarıq vərdişlər əldə etsin.

-Elm təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?

-Yuxarıda qeyd olunduğu kimi, təşkilatımız maarifləndirici təşkilatdır həyata keçirdiyimiz proqramlar təhsil maarifləndirmə ilə sıx bağlıdır. Azərbaycanda artıq bir brendə ənənəyə çevrilmiş Milli Debat Proqramı bir təhsil proqramıdır. Bu gün Debat Proqramı ölkənin bir çox ali təhsil müəssisəsini əhatə edir. Debat metodologiyası orta məktəblərdə tədris zamanı geniş istifadə olunur. Debat Proqramı çərçivəsində həyata keçirilən ən böyük layihələr - Gənclər İdman Nazirliyinin dəstəyi ilə hər il həyata keçirilənRespublika Gənclər Debat Forumu Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilənRespublika Məktəblərarası Debat Forumu”dur.

- Forumlar çərçivəsində hansı şəhərlərdə tədbirlər keçirirsiz?

-Biz çalışırıq fəaliyyətimizdə bütün Respublikanı əhatə edək. Bunun üçün əksər iqtisadi rayonlarda regional debat mərkəzlər yaradılıb. Bu mərkəzlər sırasında Gəncə, İsmayıllı, Lənkəran, Şəki, Şəmkir, Qusar s. fəaliyyət göstərir. DVC regional mərkəzlər vasitəsi ilə bu gün ölkənin 45 rayonunu əhatə edir. Şəhər rayon səviyyəli tədbirlərlə yanaşı, eyni zamanda orta məktəb, orta ixtisas ali təhsil müəssisələrində debat klubları vasitəsi ilə fəaliyyət göstərir. Misal üçün, Bakı şəhərində tədbirlərdə mütəmadi olaraq 30-a yaxın ali təhsil müəssisələri, Gəncə Şəki şəhərində bütün ali təhsil orta ixtisas təhsili müəssisələri tədbirlərin iştirakçısı olub.

-Bu işlərin həyata keçirilməsində dövlət QHT-lərlə əməkdaşlıq edirsinizmi?

-Sektorlararası əməkdaşlığın çox vacib olduğunu hesab edirəm. Qeyd etdiyiniz dövlət QHT-lərlə yanaşı, gənclər təşkilatlarının biznes KİV-lərlə əməkdaşlığının qurulması vacibdir. Məhz sektorlararası əməkdaşlıq zamanı müxtəlif baxışları prinsipləri, məqsədləri olan qurumlar ümumi cəmiyyət üçün faydalı olacaq birgə məqsədləri reallaşdırmağa qadir olur. Bu tip əməkdaşlıqlar beynəlxalq terminologiyaya əsasən PPP (“Public Private Partnership” - “İctimai-Özəl Tərəfdaşlıq”) ya KSM (Korporativ Sosial Məsuliyyət) alətlərindən istifadə edərək həyata keçirildikdə bütün maraqlı tərəflərə ən effektiv nəticələr verə bilər. Öz tərəfimizdən, biz həmişə tərəfdaşlığa açığıq müvafiq qurum təşkilatlarla daima əməkdaşlıq edirik. Xüsusən biznes sektorla, beynəlxalq korporasiyalar daxil olmaqla, əməkdaşlıq təcrübəsinə malikik. Əməkdaşlıq etdiyimiz dövlət qurumları sırasında Gənclər İdman, Təhsil, Maliyyə, Ekologiya Təbii Sərvətlər Nazirlikləri digərlər dövlət qurumlarını qeyd etmək olar. Fəaliyyət dövrümüz ərzində demək olar ki, bütün aparıcı gənclər təşkilatları ilə müxtəlif layihə proqramlar çərçivəsində əməkdaşlıq etmişik.

-Elm təhsilin təbliğ olunması üçün nələr edilməlidir?

-Gənclər təşkilatlarının daima istifadə etdiyi təlim-tədris metodologiyası qeyri-formal təhsildir. Qeyri-formal təhsil - formal təhsil sisteminə (akademik təhsilə) aid olan kurikulumdanakkreditasiyadan kənarda olan strukturlaşdırılmış və sistemləşdirilmiş təhsil-tədris fəaliyyətidir. Qeyri-formal tədris imkan verir ki, tədris prosesinin iştirakçıları səmimi və stressiz mühitdə, oyunlarpraktiki məşğələlərin istifadə olunması ilə bilik, bacarıq və vərdişlər əldə etsinlər.

Sözsüz ki, istər şagird, istərsə də tələbələrin təhsilə həvəs göstərməsi üçün təhsil müəssisələri müasir təhsil metodologiyalarından istifadə etməlidir. Bu istiqamətdə qeyri-formal təhsil metodologiyasından istifadə də istisna deyil. Qeyri-formal tədrisin və müasir təhsil metodlarının daha geniş istifadə olunması elm və təhsilin əyani təbliğ olunması üçün real alətlərdir.

-Elmin təbliği ilə bağlı dövlət və QHT əməkdaşlığı hansı durumdadır?

-Bu sahədə geniş imkanlar mövcuddur. Bir sıra dövlət fondları vasitəsi ilə elm, təhsil, maarifləndirmə sahəsində layihələrin icrası üçün təşkilatlara maliyyə dəstəyi göstərilir. Misal üçün, AR Prezidenti yanında Gənclər Fondu, QHT-lərə Dövlət Dəstək Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları üçün elan olunan qrant müsabiqələrində gənclərin maarifləndirilməsinə xüsusi diqqət yetirilirbu sahədə müxtəlif təlim, seminar, yay məktəbləri və sair layihələr dəstəklənir. Burada təbii ki, Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin dəstəklənməsi müsabiqələri və eyni zamanda Prezident yanında Elmin İnkişafı və Bilik Fondlarının fəaliyyəti xüsusi yer tutur.

-Görüləcək hansı işləriniz var?

-Bu gün təşkilatımızın sosial xidmətlərindən yararlanan və təşəbbüsləri dəstəklənmiş şəxslərin sayı 40000-dən artıqdır. Təşkilatın fəaliyyəti Azərbaycanın 45 rayonunubütün böyük şəhərləri əhatə edərək, 11 regional nümayəndəlik / mərkəzlər vasitəsi ilə həyata keçirilir. Təşkilat öz fəaliyyəti dövründə onlarla yerli biznes və beynəlxalq korporasiyalar, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edib.

2015-ci il ərzində 3 aparıcı istiqamət çərçivəsində fəaliyyətimizi təşkil edəcəyik: Milli Debat Proqramı, Youth İnc Gənclərin Sahibkarlıq Proqramı, Yaşıl Düşüncə Proqramı. Hər bir proqram onlarla layihə, tədbir, aksiyadan ibarətdir və gənclərin müxtəlif sahələrdə maarifləndirilməsinə yönəlir.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-5 mart.-S.11.