Biz, Quba rayon müəllimləri sınaq imtahanlarını böyük həvəslə gözləyirik”

 

“Ən azından özümüzü sınamaq istəyirik. Attestasiya bir dövlət qanunudur. Lakin Təhsil Nazirliyi bütün müəllimlərə bir sınaq imkanı verdi. Yəni müəllim, bax, sən özün-özünə qiymət ver

 

Layihə çərçivəsində müsahibimiz Quba rayonu İsnovqışlaq kəndi Sərvər və Şəmsəddin Şəmiyev qardaşları adına tam orta məktəbin biologiya müəllimi və psixoloqu Lalə Məmmədovadır:

 

- Son vaxtlar təhsil sahəsində irəliləyişlər çox böyükdür. Xüsusilə də kurikulumun məktəblərə sirayəti buna imkan verir. Əgər əvvəllər şagirdlərin sadəcə biliyini üzə çıxarırdıqsa, artıq kurikulumda onların müxtəlif bacarıqlarını üzə çıxarmaq mümkündür. Ümumiyyətlə, kurikuluma əsasən uşaqların bilik və bacarıqları müxtəlif üsullarla qiymətləndirildiyinə görə, bu, inkişafa imkan verir. Məktəblərdə kompüterlə dərslərin keçirilməsi də inkişafa meyillilikdir.

- Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan 12 illik təhsil sistemi şagirdlər üçün hansı imkanlar açacaq? Bəzən bu sistem, xüsusilə də valideynlər tərəfindən düzgün anlaşılmır...

- Strategiyanı çox müsbət qiymətləndirirəm, eyni zamanda düşünülmüş, çox vaxtında verilmiş qərardır. Əgər 10 il bundan qabaq bu qərar verilsəydi, cəmiyyətin qaymaqları bunu qavraya biləcəkdi. Bundan artıq yalnız liseylər deyil, bütün orta təhsil məktəblərində şagirdlər yararlana biləcəklər. Buna görə də çox müsbət qarşılayıram.

Strategiyada nəzərdə tutulan 12 illik təhsil sisteminə gəldikdə isə xüsusilə uşaqlar yuxarı siniflərə çatdıqda “kaş ki, bir qədər də artıq zaman olaydı” deyirlər. Mən hesab edirəm ki, məktəb proqramında olan boşluqlarla, tarix, biologiya dərslərində olan yüklənmələrlə bağlı təhsil ilinin uzadılması dərsin mənimsənilməsinə müsbət təsir edəcək. Dərs proqramı artırılmayacaq. Sadəcə il müddəti çoxaldılaraq uşağın daha yaxşı mənimsənilməsinə imkan verir. Əgər uşaq 16-17 yaşında cəmiyyətə çıxırdısa, bir ilböyüyüb çıxacaqsa bunun nəyi pisdir. 17 yaşında məktəbi bitirən bir uşaq cəmiyyətə atıldısa onun ən çılğın dövrüdür. Məktəbi bitirən hər uşaq da ali məktəbə daxil olmur. Hər kəs tələbə olmur, peşə ilə məşğul olmuronlar birbaşa cəmiyyətə atılır. Müxtəlif cür cinayət əməlləri, azyaşlıların aldadılması kimi hallar mövcuddur. Nəticə etibarilə onlar hələ də uşaq düşüncəlidirlər. Hesab edirəm ki, bir ilin uzadılması bu baxımdan müsbətdir. Çünki 18 yaşına qədər uşaq məktəbdədirsə, burada onlar öz mühitindədir, sağlam mühit var, onlar saf düşüncəlidirlər, təhsildən yararlanırlar.

- Ola bilərmi ki, təhsil müddətinin uzadılması ilə bağlı valideynlər uşaqlarının 9 illik təhsil alması ilə kifayətlənsinlər?

- Valideyn burada yəqin ki, bir şeydən, oğlanların 18 yaşından hərbi xidmətə getməsindən ehtiyat edə bilər. Hesab edirəm ki, oğlanların hərbi xidməti ilə bağlı dövlət bunu nəzərə alacaq. Ola bilsin ki, yaş müddətini 19 və yaxud 20-yə qaldırsın. Elə oğlan uşağı var ki, onun 18 yaşı hələ məktəbdə oxuyarkən tamam olur.

- Yerlərdə hələ tətbiq olunmasa da bölgədə çalışan müəllimlər Sınaq imtahanlarını necə qiymətləndirirlər?

- Biz - Quba rayon müəllimləri Sınaq imtahanlarını böyük həvəslə gözləyirik. Ən azından özümüzü sınamaq istəyirik. Attestasiya bir dövlət qanunudur. Lakin Təhsil Nazirliyi bütün müəllimlərə bir sınaq imkanı verdi. Yəni müəllim, bax, sən özün-özünə qiymət ver. Bakıda olan sınaq imtahanlarına görə heç bir müəllim işdən azad edilmədi, nə də maaşdan azad edilmədi. Bəzən müəllimlər belə bir fikir səsləndirir ki, o zaman niyə görə bu sınaq imtahanı keçirildi. Başa düşən bilir ki, niyə keçirildi, başa düşməyən isə maaş davası edir. Sınaq imtahanları düşünülmüş bir hərəkətdir. Nəyi bilmirsən öyrən, çünki sən öyrədicisən. Mən şagird olanda fikir verirdim ki, müəllim mənə yüksək qiymət verdi, amma mən düşünürdüm ki, mən dərsi burada öyrənmişəm müəllim mənə 5 verdi, yaxud evdə əziyyət çəkib öyrənmişdim. Mən bu sınaqdan onu gözləyirəm ki, özümü sınayacam. Mən hər il abituriyent imtahanlarında bir bioloq kimi IV qrup üzrə iştirak edirəm ki, görüm neçə sual yaza bilərəm. İndiyədək mən 23 sualdan aşağı yazmamışam. Mən öz üzərimdə işləyirəm. Öz ixtisasımla bağlı heç bir problemim yoxdur. Həmçinin kurikulumla maraqlanırıq, yetərincə qavramışıq, təlimlərdə iştirak edirik. Bu baxımdan sınaq qiymətləndirmə çox yaxşı oldu və bölgəmizdə də gözləyirik.

Maaşlara gəldikdə isə 2013-cü ildə Qubada H.Əliyev Mərkəzində təhsil konfransı keçirilirdi. Mən orada nazirliyin şöbə müdiri İsmayıl müəllimə belə bir sual verdim ki, müəllimlər həddindən artıq çoxdurbiz aramızda kimin necə işlədiyini bilirik. Ola bilərmi ki, müəllimləri imtahandan keçirib, öz kateqoriyalarına görə maaş versinlər? Ən azından zəhmət çəkənlə, çəkməyənin dəyəri bilinsin. Orada mənim fikrimi qeyd etdilər ki, maraqlı təklifdir, nəzərə alarıq. Həqiqətən də bir il keçmədi ki, belə bir imtahan yarandı. İnanıram ki, maaşların artımı ilə bağlı son iki ilə qədər müəllimlərin gözlədiyi vəziyyət çatacaq, hətta dövlət qulluqçusu olacaq.

- Bu gün müəllimlər imtahan verməkdə maraqlıdırlarmı, yoxsa məcburi şəkildə iştirak edirlər?

- Bəli, ətrafımda olanların müəllimlərin imtahana gedəndə həyəcanlarını hiss edirdim. Bu yaxşı haldır. Alınan cavablara reaksiya ondan da xoş idi, kimsə sevindi, kimsə məyus oldu. Ən gözəli bu idi, insanın öz-özünə qiymət verməsi idi. Bu da pis deyil. İnsan gərək savadlı və məsuliyyətli olsun ki, onu da başqasına ötürə bilsin.

- Siz bir gənc müəllim olaraq gənc müəllimlərin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Mən hesab edirəm ki, gərək müəllimlik ürəkdən gəlsin. İnsan çox savadlı ola bilər, onu ötürmək bacarığı bir istedaddır. İçdən gələn müəllimlik hissini yaşayan insan heç bir maneəyə, şəraitə baxmaz. Gənclərimizə gəldikdə isə belə insanlar doğulurvar. Fəxrlə deyə bilərik ki, bizim məktəbin məzunları da müəllim olub, yenidən məktəbimizə üz tuturlar.

- Belə bir fikirvar ki, bu gün tələbələr məktəblərdə praktikadan yayınırlar və bu da onların müəllim kimi çalışmasında problemlər yaradır. Buna sizin münasibətiniz necədir?

- İndipraktika var. Bir də təsadüfən müəllim olanlar, yəni balı sadəcə ona çatdığı üçün bu ixtisası seçənlər var. Birvar müəllim doğulanlar, müəllim olanlar. İnanıram ki, bu strategiya iki il ərzində özünü doğruldacaqiki ildən sonra hər kəs müəllim ola bilməyəcək. Yəni müəllimliyə layiq olanlar müəllim olacaq. Müəllim olmaq istəyən praktikadan da qalmaz, hətta universitet vaxtında keçilməyənləri öyrənmək üçün yaxın adamlarına, müəllimlərinə müraciət edirlər, çünki marağı var. Ancaq birvar təsadüfən müəllim olur, təbii ki, onun marağında müəllimlik olmayacaq, praktikadan da yayınacaq, marağı digər yerlərə olduğuna görə uzaqlaşacaq. Təsadüflə peşəyə maraq, fərqli bir şeylərdir.

- Biologiya fənninə şagirdlərin marağı necədir?

- Mən özümdə iki ixtisası-biologiya və psixologiyanı birləşdirirəm. XXI əsr psixologiya əsridir. Sırf psixologiya insana aid olduğuna görə, düşüncədir, təfəkkürdür, inkişafdır. Bu baxımdan hər iki sahə üzrə dərslərimdə inkişafyönümlü motivasiyalar edirəm. Dərsliklərdə, xüsusilə biologiya dərsliklərində uyğunsuzluqlar var. Məsələn, 9-cu sinif dərsliklərində müəyyən uğursuzluqlar var. Həmçinin arzu edərdim ki, psixologiyanın özünün saatları olsun. Fikirləşirəm ki, 12 illik dərs strategiyasının da psixologiyaya təsiri olacaq. Uşaqlar bilsin ki, məhz bu saat psixologiya ilə məşğul olacaq. Hansısa sıxıntınımı, marağımımı qavraya biləcəm, bunu uşağın gözləməsi ayrı bir motivasiyadır. Ona görə 12 illik təhsil sistemini bu baxımdan çox dəstəkləyirəm, biz psixoloqlara da saat veriləcək. Uşaqla təmasda tam rahat ola bilək.

Biologiya ilə bağlı test işləri olur, əlavə vəsaitlərdən istifadə edirik. Biologiya insanın yaradılışı ilə bağlıdır. İstənilən uşaq təbiəti sevir, canlılara marağı var. 6-7-ci sinifdə bitkiyə, 8-də heyvana, 9-da insana marağı var. Maraqlanırlar ki, insanın ürəyi necə döyünür, hardadır, beyinciyin hansı hissəsində hansı proses gedərsə onun yeriməsi dayanar. Son zamanlar dövrün kabusu olan tütünlü, spirtli içkilərlə, narkomaniya ilə bağlı mənfi halların izahı verilir. Uşaqların ən azından kitabı hazır vəziyyətdə müəllimi gözləməsi xoş bir haldır. Belə bir fikir var ki, biologiyanı adətən oxumurlar, ona görə ki, bu fənn həkim və idmanla məşğul olmaq istəyənlərin marağındadır. Amma mən bu gün fəxrlə deyə bilərəm ki, I, II, III ixtisas qrupunu seçənlər belə biologiyanı oxuyurlar. Bu, sevindirici haldır ki, imtahan verməsələr belə, biologiyanı sevirlər.

 

Nigar Abdullayeva

Palitra.-2015.-13 mart.-S.12.