Psixologiyaya aid ədəbiyyat tapmaqda tələbələr çətinlik çəkir”

 

Günel Hüseynli:

“Nəzəriyyə və praktika arasında olan uyğunluq məsələsində bir çox ixtisaslarda boşluqlar var

 

Təhsilin inkişafı ilə bağlı olaraq son illərdə həyata keçirilən dövlət tədbirləri bu sahədə bir sıra nəzərəçarpacaq irəliləyişlərə nail olub. Bu gün məktəblərin, ümumiyyətlə təhsil müəssisələrinin maddi-texniki bazasının yenilənməsi və müasir tələblərə uyğun texniki avadanlıqlarla təmin edilməsi, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının uğurla tətbiq edilməsi, onların kompüterləşdirilməsi, tədris proqramlarının təkmilləşdirilməsi, inkişaf etmiş ölkələrin təhsil standartlarına uyğunlaşdırılması, ali məktəblərə qəbul göstəricilərinin ildən-ilə yüksəlməsi, xaricdə təhsil proqramının uğurla həyata keçirilməsi, xaricdə təhsil alan və mütəxəssis kimi fəaliyyətə başlayan gənclərimizin sayının getdikcə kütləviləşməsi kimi məsələləri bu baxımdan sadalamaq yerinə düşərdi. Bununla belə, gənc nəslin təhsillə bağlı istək və arzuları, düşüncələri də maraqlıdır və təhsilin inkişafı prosesi baxımından onları dinləmək məqsədəuyğun olardı. Bunu nəzərə alaraq layihə çərçivəsində gənclərdən də təhsil barədə fikirlər öyrənirik. Bu dəfə müsahibimiz psixologiya ixtisası üzrə təhsil alan Günel Hüseynlidir.

 

-Öncə özünüz barədə məlumat verərdiniz.

- Mən - Hüseynli Günel Cəfər qızı Gəncə şəhərində anadan olmuşam. Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə orta təhsil almış, ali təhsilimi Gəncə Dövlət Universitetində psixologiya ixtisası üzrə davam etdirirəm. 12.06.14 - 20.12.14 tarixlərində Gələcəyə Körpü Gənclər İctimai Birliyində təlimçi psixoloq kimi Psixologiya Klubunun rəhbəri olmuşam. Hal-hazırda Gəncə Regional Fiziki Əlillər Mərkəzində könüllü təlimçi psixoloq kimi çalışıram.

-İxtisasınız və onun ölkə üçün aktuallığı barədə nələri bildirərdiniz?

- Psixologiya elmi qədim tarixə malikdir. Psixologiya - psixika haqqında elmdir. Psixologiya elminin predmeti mürəkkəb çoxcəhətlidir. Psixologiya elmi həm fəaliyyət ünsiyyətin psixoloji problemlərini öyrənir. Psixika fəaliyyət ünsiyyət prosesində müxtəlif formalarda təzahür edir. Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın faktları, qanunauyğunluqları mexanizmləri haqqında elmdir. Psixologiya həm günümüzün müasir tələbat duyulan bir peşəsidir. Psixologiyaya maraq son illərdə daha çoxdur. Günümüzdə istər məktəb, istər digər təhsil olacaqlarında, bununla bərabər bir çox yeri müəssisələrdə psixoloqlar çalışırlar. Son illərdə isə psixoloji seminarlara tələbat daha da çoxalıb. Bunun səbəbi isə insanların bir-birilərini daha yaxşı tanıma psixoloji baxımdan idarəetmə istəyindən irəli gəlir.

-Sizcə, ali məktəblərdə keçirilən müvafiq təhsil proqramları sizin ixtisasın tələblərinə tam cavab verə bilirmi?

- Hər bir ali məktəbin təhsil səviyyəsi fərqlidir. Təhsil sistemində vahid proqram olsa da, bunu tədris edən müəllimlərin hər biri fərqli keçmə metoduna malikdir. Yəni daha açıq ifadə etsək, hər bir müəllim bir insandır hər bir insanın beyin qavrayışı, o cümlədən ifadə tərzi müxtəlifdir. Bununla bərabər, hər bir şagirdin, tələbənin qavrama qabiliyyəti müxtəlifdir. Təhsil sistemində isə bu fərqlər aradan qalxmalıdır. İxtisasın qavranılmasında nəzəriyyənin rolu olduğu qədər, təcrübə mühüm əhəmiyyət kəsb edir.

 

Təhsil sistemi sadə formada valideyn, müəllim şagird üçbucağından ibarətdir. Düzgün gələcək təhsil üçün bu əlaqə doğru qurulmalıdır

 

Nəzəriyyə praktika arasında olan uyğunluq əksər ixtisaslarda doğru tənzimlənsə , bir çox ixtisaslarda boşluqlar qalmaqdadır. Məsələn, elə götürək psixologiya ixtisasını. Bu ixtisasda nəinki praktika, elə öncə nəzəriyyə ilə bağlı problemlər qalmaqdadır. Ədəbiyyat tapmaqda tələbələr əksər hallarda çətinlik çəkir. Öncə bu ixtisasla bağlı ədəbiyyat siyahısını zənginləşdirmək lazımdır. Daha sonra isə praktika istiqamətində işlər aparılmalıdır. Son bir neçə ildə Azərbaycanda bir çox psixologiya mərkəzlərinin açılması tələbələr üçün praktika baxımından əlverişlidir. Lakin nəzə alsaq ki, onlar da daha çox bir neçə şəhərdə fəaliyyət göztərir, demək bölgələr bu mərkəzlərdən elə yararlana bilmir.

-İxtisas seçiminin təhsil sisteminin nizamlanmasında sizcə, rolu qədərdir?

- Hər bir ixtisasın təhsildə özünəməxsus yeri vardır. Bunu nəzərə alaraq onbirillik təhsil müddətində hər bir müəllim şagirdin gələcək həyatında ona fayda verəcək düzgün ixtisasın seçimində doğru yol göstərməlidir. Çünki gələcəkdə savadlı kadrların yetişməsi üçün onlara ixtisasları öncədən sevdirmək lazımdır. Bəzən universitetdə təhsil alan gənclərin ixtisasa laqeyd yanaşdıqlarını, dərslərində qeyri-fəal olduqlarını görürük. Bunun səbəbi orta məktəb illərində şagirdin ixtisas seçiminə edilən müdaxilədir. Əksər ailələr övladlarını öz istədikləri təhsilə yönləndirməyə çaışır. ya uşaqlar, sadəcə, diplom naminə ali təhsilə yönləndirilir. Bu da artıq təhsil alan tələbənin ixtisasına maraqsız yanaşmasına səbəb olur. Çalışmaq lazımdır ki, orta məktəblərdə öncə şagirdlər valideynlər maarifləndirilsin. Onlara düzgün seçimlər etməkdə kömək edilsin. Lakin bir məsələyə toxunmaq lazımdır ki, hər bir şagirdin qavrama qabiliyyəti müxtəlifdir. Hər şagird isə ali təhsil almağa məcbur deyil. Ola bilər ki, həmin şagirdin daha yaxşı bir peşə qabiliyyəti vardır bu istiqamətdə daha çox uğur qazana bilər. Bunu nəzərə alaraq həmin şagirdlərin peşə ixtisaslarına yönləndirilməsi daha məqsədəuyğun olardı. Təhsil sistemi sadə formada valideyn, müəllim şagird üçbucağından ibarətdir. Düzgün gələcək təhsil üçün bu əlaqə doğru qurulmalıdır.

-Təhsildə yeni metodların tətbiqi haqda deyə bilərsiniz?

- Əgər biz istəyiriksə uşaqlar dediyimizi etsinlər, ancaq onlara özləri bildiyi kimi hərəkət etməyə fikirləşməyə imkan vermiriksə, demək, yaşadığımız sistemin nöqsanlarını aradan qaldırmaqda həqiqi demokratik ideyalara çatmaqda özümüz maneələr yaradırıq. Dövlətimiz azadlıq üzərində qurulub, amma bu fəaliyyətlə biz sabahkı fəaliyyətlərimiz üçün sərbəstliyi məhdudlaşdırmış oluruq. Məktəbdə uşaqlara elə bir sərbəstlik verilməlidir ki, onlar sabah idarəetmə işində çalışanda müstəqil yanaşmanın olduğunu bilsinlər. Şagirdlərdə özünəinam hissi onda yaranır ki, onlara sinfin dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir onların fikirləri ictimai müzakirəyə səbəb olur. Müasir təlim metodlarından İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə müəllimlə şagird arasında, şagirdlərin öz aralarında məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından İKT-dən geniş istifadə olunur.Dərsin əhəmiyyəti təkcə onun məzmunu ilə deyil, həm forması ilə şərtlənir. Dərs həm düşünməyi öyrətdiyinə görə faydalıdır. Dərs o zaman fayda gətirir ki, şagirdlərdə canlı maraq, kəskin reaksiya doğursun, onları diskussiyaya girməyə, materiala uyğun hərəkətə sövq etsin. Bu cür dərs təkcə canlı maraqlı keçməklə qalmayacaq, o həm şagirdlərə bütün ömürləri boyu onlar üçün faydalı olacaq sərbəst düşüncə vərdişləri aşılayacaq.

İlkin AĞAYEV

Palitra.-2015.-14 mart.-S.11.