“Məktəbdə əsl vətəndaş
yetişdirməliyik”
Mahirə Nuriyeva:«İnteraktiv dərsdə
istifadə edilən hər bir detal şagirdin müstəqil
həyatda formalaşmasına və özünü
idarə etməsinə xidmət edir»
Layihə çərçivəsində müsahibimiz Səbael rayon E.Əliyev adına 162 saylı tam orta məktəbin kimya müəllimi Mahirə Nuriyevadır. O, «Palitra»ya müsahibəsində məktəbdə dərslərin müasir formada təşkili, müəllimlərin şagirdlərə yanaşması ilə bağlı məqamlara toxundu:
- Bilirik ki, ənənəvi dərsdə müəllim əsas bilik mənbəyi olub öyrədən , şagird isə öyrənən rolunda çıxış edir. Ənənəvi təlim hafizəyə əsaslandığı halda, fəal təlim təfəkkürə əsaslanır. Belə ki, ənənəvi tədrisdə avtoritar üslub, fəal təlimdə isə demokratik üslub üstünlük təşkil edir. Ənənəvi dərsdə şagird bilikləri hazır şəkildə, yəni müəllimin izahından qavrayıb yadda saxlayır. Fəal təlimdə isə şagird yeni bilikləri tədqiqat zamanı axtarışlar aparmaqla əldə edir. Fəal dərsin təşkili qaydaları və eləcə də hər bir mərhələnin böyük fəlsəfi əsası var. Mənə edə gəlir ki, dərsin təşkilində bir sıra prinsiplər ödənilməlidir. Bunlar- pedaqoji prosesin tamlığı, təlimdə bərabər imkanların yaradılması, inkişafyönümlülük, şagirdyönümlülük, fəaliyyətin stimullaşdırılması və dəstəkləyici mühitin yaradılmasıdır. Gündəlik dərsin planlaşdırılmasında da müəyyən məsələləri nəzərə almaq lazımdır. Fkirimcə, dərsin mərhələlərini belə sıralamaq olar:
• Motivasiya (Problemin qoyulması)
• Tədqiqat mərhələsi
(Problemin həlli)
• İnformasiya mübadiləsi
• İnformasiya müzakirəsi
• Nəticə və ümumiləşdirmə
• Yaradıcı tətbiqetmə
və ya ev tapşırığının
verilməsi
• Qiymətləndirmə (bütün
dərs boyu aparılır)
Mən deyərdim
ki, dərsin hər bir mərhələsinin
gündəlik həyatla
əlaqəsi böyükdür. Belə ki,
interaktiv dərsdə
istifadə edilən hər bir detal
şagirdin müstəqil
həyatda formalaşmasına
və özünü
idarə etməsinə
xidmət edir.
- Qeyd etdiyiniz bu mərhələləri
bir qədər geniş izah edə bilərsiniz?
- Əlbəttə, mümkündür. Motivasiya mərhələsi
fəal dərsin vacib komponenti olub, təfəkkür prosesini hərəkətə
gətirən və şagirdlərin idrak fəallığına təkan
verən prosesdir.
Yəni şagirddə idrak fəallığını artırır.
Bu mərhələ 3 üsulla
aparıla bilər:
1. Rəmzi materialın şərhi
2. Sual verməyə həvəsləndirmə.
3. Problemin müxtəlif yollarla izahı.
Tədqiqat məhrələsində tədqiqat
sualını tamamlamaq
üçün şagirdlərə
tapşırıqlar verilir. Təqdimatlar hazırlanır. Bu mərhələnin məqsədi
ondan ibarətdir ki, şagirdlər informasiyaları özləri
araşdırır, toplayır.
Bununla da onlarda həyatda
da ətrafında baş verən hadisələrin həlli yollarını müstəqil
araşdırmaq qabiliyyəti
inkişaf edir.
İnformasiya mübadiləsində şagirdlər
əldə etdikləri
yeni informasiyaları digər iştirakçılara
ötürür. İş vərəqləri lövhədən asılır.
Bununla da şagirddə özünü təqdimetmə
bacarığı formalaşır.
İnformasiyanın müzakirəsində isə şagirdlərin hazırladıqları təqdimatlar
və informasiyalar müzakirə edilir.
Düzgün və yanlış
cavablar ayırd edilir.
“İnteraktiv dərs
ənənəvi dərsdən
çox fərqlənsə
də, onun da dəqiq strukturu
var və qarşıya qoyulan məsələləri həll
etməyə imkan verir, uşaqlar biliklərə yiyələnir,
tədris proqramı zərər çəkmir. Mən də
bir müəllim kimi gündəlik dərslərimi planlaşdırarkən
şagirdlərin marağını
da nəzərə almağa çalışıram.
Belə olan təqdirdə onların hər birinin bacarığını və
məntiqini üzə
çıxarmaq mənim
üçün daha asan olur”
Bu mərhələnin məqsədi yeni əldə edilmiş informasiyaları sistemləşdirmək və hazırlanan təqdimatlar arasındakı əlaqəni üzə çıxarmaqdan ibarətdir. Beləliklə də şagirddə öz fikrini rahat və sərbəst söyləmə bacarığı formalaşır. Müəllim köməkçi suallardan istifadə etməklə faktların məqsədyönlü müzakirəsini təşkil etməlidir. Nəticəyə gəlmək üçün müəllim şagirdlərin köməyi ilə informasiyaları ümumiləşdirir və əldə edilmiş ideyanı tədqiqat sualı ilə və şagirdlərin ilkin fərziyyələri ilə müqayisəsini təşkil edir.
Bu mərhələ isə şagirddə hadisələrə düzgün münasibət bildirməyi və eyni zamanda sərbəst nəticə çıxarmaq qabiliyyətini formalaşdırır.
-Yaradıcı tətbiqetmə
mərhələsi özündə nəyi ehtiva
edir?
- Bu mərhələdə şagirdlərin biliyi möhkəmləndirilir. Praktik əhəmiyyətlidir. Əldə edilmiş nəticələrə əsasən praktiki iş, test tapşırıqları, məsələlər verilə bilər. Bəzi bölmə və mövzularda işlənə bilər. Əgər yaradıcı tətbiqetməni dərhal icra etmək olmursa, o sonrakı dərslərdə aparıla bilər və ya ev tapşırıqları verilə bilər. Bu mərhələ şagirddə bilik və bacarıqların gündəlik həyatda da tətbiqetmə bacarığının formalaşmasına xidmət edir. Ümumiyyətlə əldə olunmuş biliklər, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış iş forması ev tapşırıqlarıdır. Ev tapşırıqlarının tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına xüsusi diqqət vermək lazımdır. Məsələn, müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar və s. Qiymətləndirmə isə şagirdlərin təlimdəki fəaliyyətlərinin izlənilməsi prosesidir. Qiymətləndirmə konkret meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdləri əvvəlcədən bu meyarlarla tanış etməlidir.
Refleksiya isə təlim prosesinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verir. Şagirdlərə bəzi suallar verməklə ( məsələn, biz nə etdik?, bu nəticəyə gəldik? və s) onların fikirləri sistemləşdirilir və şagirdin təlim fəaliyyəti bir daha nəzərdən keçirilir.
-Fəal dərsin
üstünlüyü nədədir?
Fəal (interaktiv)
dərsdə ənənəvi dərsdən fərqli uşaqlar özləri biliyi
əldə edir, onlar
fəaldır, təlim prosesinə cəlb olunurlar,
müəllim fasilitator rolunu
oynayır, amma sinfə hakim
olmur, sinifdəki iqlim
uşaqların sərbəstləşməsinə səbəb
olur, uşaqlar öz fikirlərini söyləməyə
qorxmurlar. Mənim fikrimcə, interaktiv dərs sanki elm aləminə edilən bir
səyahətdir. Şagirdlər burda tədqiqatçı
kimi tanımadıqları
çığırla addımlayırlar. Müəllim isə
onlara düzgün yol göstərən işığa bənzəyir.
Bundan əlavə
onu da qeyd
edim ki, dərs elmə
əsaslanan əyləncəli şəkildə keçilərsə
şagirdlərin yeni informasiyalar
almağa marağı artır və əldə
edilmiş informasiyaların onların
beyində daha möhkəm yer almasına zəmin yaradır. İnteraktiv dərs ənənəvi dərsdən
çox fərqlənsə də, onun da dəqiq strukturu var və
qarşıya qoyulan məsələləri
həll etməyə imkan verir,
uşaqlar biliklərə yiyələnir,
tədris proqramı zərər çəkmir. Mən də bir müəllim kimi
gündəlik dərslərimi planlaşdırarkən bu qaydaları gözləməklə
yanaşı hər bir şagirdin
marağını da nəzərə almağa çalışıram. Belə olan təqdirdə onların hər birinin bacarığını və məntiqini
üzə çıxarmaq mənim üçün
daha asan olur. Bu isə sinifdə çox asanlıqla qiymətləndirmə
aparmağıma kömək edir. Bütün bunları dərindən fikirləşdikdə
fəal təlimin gözəlliyini anlayıram və eyni zamanda da
müasir bir müəllim
kimi bu təlimi çox yüksək qiymətləndirirəm.
Dövlətin qarşımıza qoyduğu
standartları ödəməklə biz
müəllimlər əsl vətəndaş yetişdirməliyik.
Bu isə müəllim üçün
həm çətin, həm də şərəfli bir vəzifədir. Fəal dərsin mərhələlərinə
nəzər yetirdikdə əmin oluram ki, hər bir mərhələni
olduğu kimi həyata
keçirsəm cəmiyyət üçün
yararlı, savadlı, vicdanlı, dürüst
və eyni zamanda əsl
şəxsiyyət yetirdirmiş olaram. Mənə elə gəlir ki, bundan gözəl bir fəaliyyət ola bilməz.
Anar Miriyev
Palitra.-2015.-17 mart.-S.11.