Ukraynada kifayət qədər elm xadimlərimiz var

 

Nicat Mirzəyev: “Ukraynada təhsil alan gənclərimizə hər zaman dəstək lazımdır”

 

İldən-ilə xaricdə təhsil alan gənclərimizin sayı artmaqdadır. Xüsusən Avropa ölkələrində təhsil alan gənclərimizin sayı daha çoxdur. Bu baxımdan Avropa ölkələri arasında Ukrayna ön sıradadır. Son zamanlar Ukraynada Azərbaycan gənclərinin ictimai aktivliyibunu aydın göstərir. Gənclərimiz bu ölkədə bir çox sahədə, eləcə də elm və təhsil sahəsində uğurlu layihələr həyata keçirirlər. Bununla yanaşı, gənclərimiz Ukraynanın ictimai həyatında da fəallıq göstərirlər. Elə müsahibimiz Nicat Mirzəyev də Ukraynada öz fəallığı ilə seçilən gənclərimizdəndir . Qeyd edək ki, Nicat Mirzəyev Ağcabədi rayonunda anadan olub. 20 ildən çoxdur ki, Ukraynada yaşayır. Hal-hazırda Ukrayna Polis Akademiyasında magistr təhsili alır. Eyni zamanda İctimai Gənclər Təşkilatının sədri, Qafqaz Milli Mədəniyyət Mərkəzinin Ukrayna üzrə rəhbəridir. Nicat Mirzəyev deyir ki, uzun illər Vətəndən uzaqda yaşasa da qəlbən Azərbaycandan ayrılmayıb:

 

- Ukraynada 4 yaşından valideynlərimlə yaşayıram. Uşaq bağçasına, məktəbə Ukraynada getmişəm. Burada dostlarım, qohumlarım çoxdur. Ukrayna mənim 2-ci evim və vətənimdir. Amma burda yaşamağıma, böyüməyimə baxmayaraq, öz milli adətlərimizi, Vətənimizə sevgimi və sayğımı heç zaman unutmuram.

- Təhsil aldığınız sahədə nə kimi yeniliklərə ehtiyac var?

-Mən hüquq üzrə təhsil alıram. Hər bir sahədə olduğu kimi, hüquq sahəsində də özünəməxsus çatışmazlıqlar var. Ukrayna və Azərbaycan kimi gənc dövlətlərdə isə bu sahənin inkişaf etdirilməsi üçün inkişaf etmiş dövlətlərin təcrübələrindən yararlanmaq daha məqsədəuyğundur.

-Azərbaycanlılar Ukrayna elminə nə kimi töhfə verirlər?

-Bizim burada kifayət qədər elm xadimlərimiz, professorlarımız var. Onlar çoxlu sayda elmi əsər və kitablar yazırlar. Bu xidmətlər də Ukrayna elminin inkişafına öz müsbət təsirini göstərir.

- İctimai Gənclər Təşkilatı nə vaxt yaradılıb?

-2011-ci ildə baxdıq ki, Ukraynada Azərbaycan gənclər təşkilatları yetərincə var.

Amma Ukraynada qeydiyyatdan keçmiş, Ukrayna təşkilatı, hansının ki, sədrləri azərbaycanlı olan təşkilat yoxdur. Və biz bu fürsəti qaçırmadıq.

Bu gün təşkilatımızın işçilərinin və üzvlərinin 80%-i ukraynalılardır və onların çoxu Azərbaycan mədəniyyəti, tarixi haqqında kifayət qədər məlumatlıdırlar.

Bəziləri hətta Azərbaycan dilində şeirlər də deyirlər. İnandırım ki, biz bunları onlardan xahiş etmirik. Sadəcə, onlar öz istəkləri ilə bu şeirləri öyrəniblər. Bu, onların Azərbaycana və bizim millətimizə olan sevgisindən irəli gəlir. Düşünürəm ki, bu cür də etmək lazımdır. Əgər öz gözəl münasibətinlə, tərbiyənlə millətini ukraynalılara sevdirə bildinsə, artıq onlar özü bizim ölkəmizlə maraqlanmağa başlayacaqlar.

-Fəaliyyət istiqamətləriniz nədən ibarətdir?

- Fikrimcə, hər bir azərbaycanlının məqsədi öz dövlətimizin, xalqımızın zəngin varlıqlarını Ukrayna dövlətinə və millətinə çatdırmaq olmalıdır. Bizim millətin nə qədər dürüst, safmüdrik olmasını, xalqımızın nə qədər istedadlı olmasını təbliğ etməliyik. Bunun üçün təkcə haradasa çıxıb danışmaq yetərli deyil. Necə gözəl millət olduğumuzu çalışıb əməllə də göstərmək lazımdır.

Biz də çalışırıq əlimizdən gələn qədər, bir qürbətdə qalan vətənpərvər kimi bunu edək. Belə ki, biz tez-tez qocalar evinə, kimsəsiz uşaqlar evinə gedirik. Yardıma ehtiyacı olanlara kömək edirik. Həmçinin konsert proqramı, Azərbaycan milli rəqsləri ilə onların qəlbini sevindiririk. Bundan əlavə Təşkilatımızın nəzdində olan Mədəniyyət mərkəzi tez-tez tədbirlər keçirir. Ukrayna və Azərbaycan xalqlarının folklorunun gözəlliyini çatdırır. Və çox da gözəl alınır. Ukraynalılar hər zaman bizi dəstəkləyirlər və böyük alqışlarla qarşılayırlar. Ona görə də ümumukrayna festivallarında və yarışlarında bir çox mükafatlarla təltif edilmişik.

- Cəmiyyətin inkişafında gənclər nə dərəcədə öz töhfəsini verirlər?

-Düşünürəm ki, bizim gənclər bu istiqamətdə çox çalışırlar. Etdikləri işin də həm ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar üçün çox faydalı nəticəsi olur. Ümid edirəm ki, bu yolla davam etsə gənclərimiz çox az müddətdə daha da böyük uğurlara nail olacaqlar. Əsas bizim gənclərimizin Ukraynada normal formalaşmasında və təhsil almasında Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatı böyük yük daşıyır.

-Gənclərimizin ictimai-siyasi aktivliyi özünü necə göstərir?

-Gənclərimiz bu sahədə çox fəaldır. Onlar Ukrayna tədbirlərində iştirak edirlər, eləcə də hər zaman Ukrayna gəncləri ilə gözəl ünsiyyətdədirlər. Dərslərini universitetlərdə müsbət oxuyurlar. Kimisi idman, kimisi siyasət, kimisi təhsil, kimisi incəsənətdə və s. çalışırlar ki, hər zaman öz dövlətlərinin adını yüksəltsinlər.

-Ukrayna təhsil sistemində yetərincə azərbaycanlı varmı?

-Var, amma yetərincə deyil. Bu sahədə də öz millətimizin nümayəndələrinə ehtiyacımız var. Cünki burada təhsil alan gənclərimiz çoxduronlara hər zaman dəstək lazımdır.

-Ukraynadakı gənclərimiz tədbirlərinizdə fəal iştirak edirlərmi?

-Bəli, çox sağ olsunlar. Hər hansı tədbir keçirəcəyimizi biləndə hamısı tez zəng vurur. Tədbirin daha da yaxşı keçməsi üçün nə lazımdırsa, etməyə hazır olduqlarını bildirirlər. Heç çoxlarını dəvət etmirik, özləri eşidən kimi gəlirlər. Bu da onların vətənpərvərlik hissindən irəli gəlir.

-Ukrayna gəncləri ilə birgə layihələriniz olurmu?

- Tez-tez bərabər xeyriyyə tədbirləri keçiririk. Yığılan pullarla qocalar evinə yardım edirik. Həmçinin Ukrayna gəncləri ilə birgə konfrans forumlar, eləcə idman milli folklor yarışları keçiririk. Qalib olanlara hədiyyə mükafatlar təqdim edirik. Misal olaraq qeyd edim ki, ötən il Ukrayna paytaxtında Yeni ilqabağı xeyriyyə konserti oldu. Tədbir çərçivəsində Qafqaz xalqları mətbəxi festivalı keçirildi. Mənim Kiyevdəki həmvətənimiz Şəmsi Məhərrəmovun rəhbərlik etdiyimiz Qafqaz xalq rəqsləri məktəbinin təşəbbüsü ilə təşkil olunan aksiyanın tərəfdaşı qismində Ukrayna Dövlət Maliyyə Beynəlxalq Ticarət Universiteti çıxış edirdi. Tədbirdə Qafqaz kulinariyasına aid xörəklərin, o cümlədən Azərbaycan dolmasının, plov paxlavasının dequstasiyası oldu. Sonra tədbir iştirakçıları Qafqaz musiqisi dünyasına baş vurdular. Konsertdə çıxış edənQafqazansamblının ifasında oynaq Azərbaycan, Dağıstan çeçen rəqsləri təqdim olundu. Proqramda ukraynalı artistlərin, habelə ölkədə fəaliyyət göstərən milli-mədəni cəmiyyətlərin artistlərinin ifasında Ukrayna qopak rəqsi, habelə hind, qazax, Koreya, qaraçı yapon rəqsləri yer almışdı.

-Ukraynada təhsil alan azərbaycanlılar ölkəmizi layiqincə təmsil edirlərmi?

-Əlbəttə. Ölkədən kənar qalanda, Vətənə daha da sevgin artır. Bu səbəbdən hər bir qürbətdə olan vətəndaşımız Vətənini daha da yaxşı təmsil etməyə can atır. Ukraynada yetərincə ictimai gənclər təşkilatlarımız var, hansı ki, Vətənimizi layiqincə yüksək təbəqədə təmsil edirlər.

-Gələcək planlarınız barədə dəyə bilərsiz?

- Etdiyimiz tədbirlərin, konsertlərin, xeyriyyə işlərinin sayını daha da artırmağa çalışacağıq. Öz milli folklorumuzun vasitəsi ilə ukraynalılara dövlətimizi millətimizi daha da sevdirəcəyik.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-18 mart.-S.7.