“Xaricdə təhsil və təcrübə dövlətin gələcəyi üçün çox vacibdir

 

Aliq Bağırov: “Tələbə hər zaman yadında saxlamalıdır ki, o, təkcə ailəsi üçün yox, həm də dövlət üçün dəyərli bir varlıqdır”

 

Layihə çərçivəsində Sakarya Universitetinin İqtisadiyyat fakültəsinin magistri Aliq Bağırovla müsahibəni təqdim edirik

- Sakarya Universitetinin təhsil səviyyəsindən razısınızmı?

-Ümumiyyətlə, Türkiyədə qüvvədə olan təhsil sistemi ölkə tarixində bu günə qədər olan sistemlərin ən üst səviyyəsinə gəlib. Lakin qəti olaraqTürkiyə təhsil sistemi ideal bir sistemdir heç bir problemi yoxdurdemək doğru olmazdı. Bu mənada deyə bilərəm ki, bir İqtisadiyyat fakültəsi tələbəsi olaraq istər kitabxanaların daha da zəngin olması, istərsə professor, müəllim heyətinin özlərini tələbənin dostu olaraq göstərə bilməsi baxımından Sakarya Universitetinin təhsilindən razıyam.

-Sakarya Universiteti hansı özəlliyi ilə seçilir?

- Öncə Sakarya Universitetinin şəhərdən uzaq sakit bir yerdə yerləşməsi, burada tələbələr üçün yaradılan şərait, xüsusilə xarici ölkə vətəndaşlarından ibarət olan tələbələrə Türkiyə vətəndaşları tələbələrinə göstərilən münasibətin eynisinin göstərilməsi universitetin adını daha da yüksəldir. Sakarya Universitetinin əsas özəlliyi isə bütün sahələrdə, özəlliklə humanitar sahədə magistr doktorantura səviyyəsində olan təhsilin Türkiyə reytinq cədvəlində daha üst sıralarda olmasıdır ki, tələbələr üçün geniş kitabxana, fərqli tipli oxu zalları, yeməkxanası, dövlət yurdu, tələbələrə xüsusi qayğı fərdi müəllimlər tərəfindən dinlənməsi, nəzəriyyə ilə yanaşı, praktikada verilməsi Erasmus (Avropa ölkələri ilə), Mövlanə (Şərq ölkələrı ilə) Fərabi (Türkiyəiçi) tələbə dəyişim proqramları var. Bunlara görə 70 ölkədən 2500-dən çox xarici tələbə təhsil alır. Bundan təqribən 450-si azərbaycanlı tələbənin təhsil alması üçün cəlbedici olub. Bu da Orta Asiya, Afrika, Avropa hətta Amerika qitəsindən olan tələbələrin burada təhsil almasında mühüm rol oynayır. Sakarya Universitetinin digər bir özəlliyi, müxtəlif ölkələrin tələbələrindən ibarət olan seminarların, layihələrin təşkil olunması, bu insanları Türkiyənin müxtəlif şəhərlərini gəzdirərək türk mədəniyyətini yaxından tanıması üçün vəsilə olmasıdır.

- Orada təhsil alan tələbələrimiz təşkilatlana biliblərmi? Bu istiqamətdə hansı addımlar atırsınız?

-Sakarya Universitetində bir çox ölkələrin vətəndaşları təhsil alırlar. Hər bir xarici tələbə Türkiyədə təhsil almaqla öz ölkəsinin burada olan həm nümayəndəsi, mədəniyyətinin göstəricisi, ölkəsinin müsbət mənada tanıtıcısı, həm ölkəsinin gələcəyi üçün ən yaxşı yetişəcək kadrlardandır. Bunun üçün burada olan hər hansı kiçik düzgün təşkilatlanmalar belə, ölkəsinin xeyrinə atılmış bir addım hesab edilir. 2012-ci ildə mən burada təshil almağa gələrkən Azərbaycanla bağlı heç bir tədbir keçirilmirdi. Tələbələr pərakəndə şəklində idilər təşkilatlanmasına ehtiyac var idi. Mən 2013-cü ildə uzun calışmamdan sonra Sakarya Universiteti Azərbaycan Tələbə Birliyini qurdum elə bununla da fəaliyyətə sürətli şəkildə başladıq. Bu, hazırda universitetdə 70 ölkədən tələbə olmasına baxmayaraq yeganə təşkilatlanmış birlikdir. Bu təşkilat Azərbaycan mədəniyyətinin, millətinin tanınması istiqamətində, müxtəlif önəmli hadisələrin ildönümlərində universitet daha yüksək səviyyədə konfranslar, görüşlər təşkil edir. Bunlardan Azərbaycanın müstəqilliyinin ildönümü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Xocalı faciəsinin ildönümü, 31 Mart soyqırımı ildönümünün qeyd edilməsi kimi işləri göstərmək olar. Bu konfrans görüşlərdə türkiyəli tələbələrlə bərabər müxtəlif ölkələrin tələbərinin iştirak etməsi biz azərbaycanlıların uğurudur. Həmçinin təşkilat olaraq maddi durumu aşağı olan tələbələrimizə (hər il təqribən 50 tələbəyə pulsuz yemək, 50 tələbəyə pulsuz avtobus kartları s.) təqaüdlər təşkil edirik. Hər xırda böyük problemlərındə yanlarındayıq. Tələbələrimizlə birlikdə xaricə doğru genişlənməyə başlayırıq, lakin qədər çox təşkilatlansaq da yenə azdır. Biz daha yüksək səviyyədə təşkilatlanmalıyıq

-Ölkəmizdə elm təhsilin inkişafı istiqamətində hansı töhfələr vermək istərdiniz?

-Yuxarıda da dediyim kimi, tələbə öyrənməlidir və hər zaman yadında saxlamalıdır ki, o, təkcə ailəsi üçün yox, həm də dövlət üçün dəyərli bir varlıqdır. Ölkəmizdəki elm və təhsil sisteminə töhfə verəcəyiksə, ilk növbədə bunu bir aksiom halına gətirməliyik. Məhz gənclərlə bərabər dövlət var, məhz gənclərlə bərabər olan daxilixarici siyasət uğur qazana bilir. Azərbaycan Respublikanın gənclərin xaricdə təhsili ilə bağlı proqramı var. Bu proqram təhsilimiz yönündən atılan uğurlu bir addımdır. Amma bu proqramla xaricə göndərilən tələbələrin sayı daha çoxixtisaslar da daha müxtəlif olmalıdır. Hər bir sahəyə eyni münasibət göstərilməlidir ki, ölkənin hərtərəfli inkişafı, millətin hərtərəfli kamilləşməsi üçün bu vacib məsələdir. Avropada və Türkiyədə aldığımız təhsili və gördüklərimizi Azərbaycanda tətbiq edərək yeni inkisaf və yüksək rifah səviyyəsi saxlaya bilərik…

-Ölkəmizin təbliğini yetərincə apara bilirsizmi?

-Mənə görə təbliğatın hər hansı bir sərhədi, limiti yoxdur. Nə qədər çox və yaxşı təbliğat aparsaq bu, bizim uğurumuzdur. Çünki mövcud durumda olan Azərbaycan üçün ən güclü silah xaricdə təhsil olan, işləyən insanların təbliğatçılıq, lobbiçilik fəaliyyətidir. Qeyd etdiyim kimi, bizim bir düşmənimiz var, arxasında güclü lobbisi dayanan ermənilər. Ona görə biz gənclər son gücümüzlə mübarizə aparmalı və Azərbaycanı təbliğ etməli, Azərbaycan haqqında müsbət fikirlər yaratmalıyıq…

-Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?

-Düşünürəm ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması ilk növbədə onların geri gələrək Azərbaycan təhsil sistemində olan qüsurları xaricdəki sistemə uyğun olaraq aradan qaldırması üçün faydalı olacaq. Bundan başqa, ölkədən kənara çıxaraq istər Türkiyə, istər hər hansı bir Avropa ölkəsi olan bir dövlətin universitetlərində təhsil alaraq Avropa təcrübəsini Azərbaycana daşımaq, gənclərimizdə, hələ yaşı 20-ni keçməmiş tələbələrimizdə onların ölkəmiz, millətimiz üçün nə qədər dəyərli olması fikrini yaratmaq yönündən əhəmiyyətlidir. Bir tarixi misal göstərsək, təkcə 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin əsasını qoyanlar xaricdə təhsil alan gənclər idi. Buna görə, xaricdə təhsil və təcrübə millətin, dövlətin gələcəyi baxımından çox vacibdir.

-Universitetdəki digər xalqların tələbələri ilə münasibətləriniz necədir? Yəni onlara ölkəmizlə bağlı məlumatlar verə bilirsizmi?

-Yuxarıda da dediyim kimi, Sakarya Universitetində müxtəlif ölkələrin vətəndaşları təhsil almaqdadırlar. Eyni sinifdə, qrupda müxtəlif ölkə vətəndaşları ilə dərs alarkən daha səmimi və içtən münasibətlər yaranır. Bu da qarşılıqlı olaraq ölkələr haqqında məlumat alış-verişinə, bir-birinin mədəniyyətini, yaşam tərzini öyrənməyə imkan verir. İstər şəxsi olaraq, istərsə da qrup halında ölkəmiz haqqında maraqlanan hər kəsə burada azərbaycanlı tələbələr imkan olduqca məlumat verib öz simalarında ölkəni tanıtmağa cəhd göstərirlər. Bundan başqa, azərbaycanlıların təşkil etdiyi konfrans, görüşlərə də fərqli ölkə vətəndaşları qatılaraq ölkəmiz haqqında müəyyən təsəvvürlərə sahiblənirlər və daha çox dostlarım olan müəllimlərlə birlikdə dərslərə qatılıram və 20-25-dəqiqə həm tələblərə Azərbaycanı tanıdıram və geniş məlumatlar verməyə çalışıram. Hətta bəzi tədbirlərdə xarici tələbə Azərbaycan tələbələrin 80%-ni təşkil edir. Bu da mənim dövlət yurdunda qalmadan və hər zaman bir yerdə olmadan irəli gəlir. Xüsusən də ərəb ölkələrindən və Afrika ölkələrindən gələn tələbələrı özümüzlə birlikdə Heydər Əliyev muzeyinə, Xocalı muzeyinə təşkil etdiyimiz gəzintilərə götürürükonlara təqaüdlər veririk. Bunla da mütamadi bir yerdə oluruqzamanla bir ailəyə çevrilirik

Fuad Hüseynzadə

Palitra.-2015.-19 mart.-S.11.