Hüseyn Razi yaradıcılığında müharibə mövzusu

 

Məlum həqiqətdir ki,insanların müxtəlif mənafelər naminə törətdikləri qırğınlar-müharibələr hər iki tərəf üçün aclıq və səfalət yaradır,cürbəcür çətinliklər ortaya qoyur.Sonuncu belə böyük müharibə hələlik İkinci Dünya müharibəsi hesab olunur.Həmin müharibənin tərkibində 1416 gün həm də SSRİ (Sovet Sosialist Respublikaları İttifaqı) deyilən dünyanın ən böyük və sosializm qurmaq iddiasında olan dövlətilə Almaniya arasındakı çarpışmalar kimi kütləvi qırğınlar yaratdı.O zaman-22 iyun 1941-ci ildən Azərbaycanın çoxsaylı igidləri cəbhəyə səfərbər olunmuşdu.

SSRİ Silahlı Qüvvələrinin Ali Baş Komandanı İosif Stalinin müharibənin ilk günü xalqa müraciətindən sonra hamı bir nəfər kimi bütün səyləri cəbhə naminə yönəltdi.Ziyalı da,fəhlə də gecəsini gündüzünə qataraq qan-tər tökdü.Kimi döyüş cəbhəsində,kimi də istehsalatda çalışdı...

Müharibənin ilk günlərindən Azərbaycanın Xalq şairi S.Vurğunun dediyi:

Bilsin ana torpaq,eşitsin Vətən!

Müsəlləh əsgərəm mən bu gündən...-sözləri milyonların şüarına çevrildi.Böyük şairin naxçıvanlı həmkarı Hüseyn Razi(1924-1998) o insanlardan biri idi.1924-cü il oktyabrın 17-də Ordubadın ziyalılar yetirən Dəstə kəndində anadan olmuş Hüseyn Məmməd oğlu Rzayev yeddiillik məktəbi Ordubaddakı Pedaqoji Texnikumu bitirib, Culfanın Ərəzin kəndində müəllim işlədiyi vaxt-1942-ci ilin sonlarında cəbhəyə səfərbər olunmuşdur.Gələcəklə bağlı xoş arzularını bir tərəfə qoyub səngərlərdə vuruşan müharibənin bitəcəyi günü səbirsizliklə gözləyən gənc,təbii ki, təhsilini davam etdirmək,valideynlərinə xidmət göstərmək ailə qurmağa da tələsirdi.Şair bu günləri xatırlayaraq sonralar yazırdı:

Yaxşı yadımdadır qırx birinci il,

Bir yanvar səhəri -çovğun,şaxta,qar...

Fişəngdən,mərmidən yayılır mil-mil.

Velikiy-Lukidə dayandı qatar...

Hər üzdə,baxışda heyrət-həyəcan,

Təlaşa dönmüşdü ürəklərimiz.

Gəlib dayanmışdıq söküləndə dan

Sanki cəhənnəmin qarşısında biz!

Bəli,şair Hüseyn Razi BakıdanDağıstan”adlı gəmi ilə fırtınalı bir gecədə Xəzərin mavi sularında üzə-üzə sahilə çıxıb oradan Aşqabad,Daşkənd,Saratov,Aktubinsk başqa şəhərləri keçərək düz Oryol,Kursk Bryansk istiqamətinə gəlir bu şəhərlər uğrunda gedən döyüşlərə qatılır.O,qızğın döyüşlərin birində-Oryol ətrafında yaralanıb müalicə üçün xəstəxanaya aparılır.Sağalandan sonra Hüseyn Razi kiçik təyyarə mütəxəssisləri hazırlayan məktəbə göndərilir.

Bu dəfə döyüşçü-şair Pribaltika döyüşlərində- əlahiddə döyüş alayında xidmət edir.H.Razi 9 May-Qələbə gününü Latviyanın Şaulyay şəhərində qarşılayır.Beləliklə,özünün dediyi kimi,o zaman doğma Dəstə kəndinin mərkəzində dirəyə bərkidilmiş radiodan müharibənin başlanması xəbərini eşidəndən sonra keçirdiyi əzab-əziyyətli günlər arxada qalır.

Sinəsi bir sıra medallarla bəzənən H.Razi Azərbaycana qayıdır.Bir müddət Ordubad şəhər Dəstə kənd məktəbində müəllim ,sonra Dəstə kənd klubunun müdiri işləyir .

Bənzəyir ömrümün körpəliyinə,

Bir az düşüncəli ,bir az ərköyün.

Hər kiçik naxışı əzizdir mənə,

Bu al üfüqlərin,bu mavi göyün,-deyə 1985-ci ildə yazdığıDəstə kəndiadlı şerində tərənnüm etdiyi doğma kənddən Naxçıvan şəhərinə gələn H.Razi həyatının düz yarım əsrdən bir qədər artığını burada yaşayıb-yaradır.O,Azərbaycan Dövlət Universitetinin(indi BDU) Jurnalistika fakültəsində oxuyur ixtisaslı kadr kimi 1947-ci ildən başlayaraq uzun müddət Naxçıvan Dövlət Radio-Televiziya Verilişləri Komitəsində Şərq qapısı”(sonralar bir müddətSovet Naxçıvanıadı ilə buraxılmışdır) vilayət qəzetində səmərəli jurnalist fəaliyyəti göstərir.Şair H.Razi elə ilk şerini 1947-ci ildə bu qəzet səhifələrindən oxuculara təqdim etmişdir. “Moskvaadlı şerilə Naxçıvan mətbuatına gələn şair həmin ilİnqilab mədəniyyət”(indikiAzərbaycan”) jurnalında dərc etdirdiyiNaxçıvanadlı şerilə bir qədər böyük uğura imza atmış olur.

Bakıda nəsr nəzm sahəsində ədəbiyyatımızı XX əsrdə iki tanınmış Süleyman adlı yazarımız(Süleyman Rəhimov Süleyman Rüstəm) yüksəklərə qaldırdığı kimi,doğma Naxçıvanımızda da Hüseyn İbrahimov Hüseyn Razi bu sahəni daha yüksək səviyyəyə qaldıranlar arasında olmuşdur.

Şair H.Razi Azərbaycan oğullarının Böyük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları tərənnüm edən şeir,poema,dram publisistika janrlarında qələmə aldığı əsərlərində yaradıcılığı boyu təsvir tərənnüm etmişdir.Bu baxımdanAzərbaycan”jurnalının 1960-cı il 6,7və 8-ci saylarında dərc olunmuşBuludlar arasında” ,1961-ci ildə yazdığıHəyəcanlı gecəAlovlu yollar”adlı publisistik yazılarında,həmçinin poema dram əsərlərində müharibədən bəhs etmiş ömrünün o çətin sınaqlarla dolu olan dövrünün salnaməsini yaratmışdır.

Xan Arazın sahilində -doğma Naxçıvanda yaşayan H.Razinin yaradıcılığı tanınmış qələm dostları tərəfindən dəyərləndirilmişdir.Onun nümunəsində bir daha təsdiqlənmişdir ki,əyalətdə yaşamaqla da öz əsərlərilə mərkəzdəki həmkarları qədər tanınmaq olar.Dünya təcrübəsində belə hallar olmuşdur.H.Razi kimi onunla doğma diyarda işləyib yazıb yaradanlar M.Nəsirli, Ə.Yusifli, Y.Axundlu, H.Arzulu,K.Ağayeva başqaları Azərbaycanda keçmiş SSRİ- tanınırdılar.

Naxçıvanam-Azərbaycan gözəliyəm,

Sözün,eşqin,düz ilqarın əzəliyəm;

Mən bir eləm...

Araz üstə Çənlibeləm...

H.RaziAzərbaycan gözəliyəmşerindən gətirdiyimiz bu bənddən başlayıb şeir boyu doğulduğu Naxçıvan haqqında oxucusuna böyük iftixarla söz açır,tərif söyləyir.

Həmkarı- xalq xairi B.Vahabzadə digər məşhur istiqlal şairləri Xəlil Rza Ulutürk Məmməd Araz da Hüseyn Razi yaradıcılığına hərtərəfli dəyər vermişlər.

İstedadlı şair Hüseyn Razi 1958-ci ildə Azərbaycan Yazıçılar İttifaqının,1959-cu ildə isə SSRİ Jurnalistlər İttifaqının üzvü seçilmişdir.Onun 14 kitabı çap olunmuş,6 pyesi Naxçıvan Azərbaycan teatrlarında tamaşaya qoyulmuşdur.

H.Razinin bu xidmətləri dəyərləndirilərək ona 1981-ci ildə Naxçıvan MR-in və1984-cü ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi yüksək fəxri adı verilmişdir.

Müharibə mövzusu şair yazıçılarımızın həmişə diqqət mərkəzində olmuş pislənmişdir.Bəşəriyyəti sülhə əmin-amanlığa çağırış da ədəbiyyatın daimi mövzularındandır.Səməd Vurğun,Məmməd Rahim ,Əbülhəsən Ələkbərzadə,İmran Qasımov,Hüseyn Abbaszadə başqaları 1941-1945-ci illərdə Azərbaycandan çox-çox uzaqlarda qəhrəmanlıq nümunələri göstərmiş eloğlularımızdan Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Hüseynbala Əliyevin,İsrafil Məmmədovun başqalarının hünər döyüş yolunu təsvir edən dəyərli ədəbiyyat nümunələri yaratmışlar.

Şair Hüseyn Razi müharibədə olduğu vaxtlardan ömrünün axırınacan cəbhə həyatını qəhrəman həmyerlilərimizin haqqında əsərlər qələmə almışdır.Bunu 1983-cü ildə yazdığıSədaqət”adlı poeması da təsdiqləyir. H.Razi bu əsərdə bir ailənin həyatında baş vermiş hadisəni oxucuya çatdırmışdır.Ailənin başçısı Yavər cəbhədə-döyüş zamanı ayaqlarının ikisini itirir . O, ailəsinə bu haqda heç yazmır düşünür ki,belə bir vəziyyətdə onu qəbul etməzlər. Yavər əlillər evində yaşayır.Buraya gələn Çiçək adlı bir jurnalist onun arvadı Xavərə ərinin haqqında məlumat verir ailə bir-birinə qovuşur.

Keçmış döyüşçü H. Razi 1987-ci ilin sonlarından başlayaraq mənfur ermənilərin Azərbaycan ərazilərinə hücumu soydaşlarımızın şəhid getməsini görüb özünün cəbhə günlərini xəyalən yenidən yaşayır yazdığıVətən eşqiadlı şeirdə deyir:

Sevək bu torpağı gözümüz təki,

Sevən ürəklərin odu sönməsin.

Şəhid balaların böyük məsləki,

Kişilik qeyrəti ləkələnməsin.

Ölkəmizin üzləşdiyi çətinliklər şair H.Razinin yaşamaq eşqini zəiflətdi 1998-ci il fevralın 27-də onu əbədi dünyasına qovuşdurdu.Hüseyn Razi doğulduğu Dəstə kəndində doğmalarının yanında dəfn olundu.

Şairin əsərlərinin nəşri elmi tədqiqi işi bu gün davam etdirilir.Oxucular onun əsərlərini mütaliə edir,qəhrəmanlıq vətənpərvərlik ruhunda köklənirlər.

1941-1945-ci illər Böyük Vətən müharibəsinin səngərlərində vuruşmuş döyüşçü-şair Hüseyn Razinin xatirəsi gələcək nəsillər ədəbiyyatsevərlər tərəfindən əziz tutulacaq həmişə yad olunacaqdır...

Abbas Hacıyev

Filologiya üzrə fəlsəfə doktoru

Taleh Xəlilov

Naxçıvan Dövlət Univeristetinin

müəllimi

Palitra.-2015.-2 may.-S.15.