Builki abituriyentlərin
bilik səviyyəsi əvvəlki illərin
abituriyentləri ilə eynidir
İki qrup üzrə müsabiqədə
iştirak etmək hüququ olan abituriyentlər də elektron ərizələrində
digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə
biləcəklər
Layihə çərçivəsində növbəti mövzumuzda cari ilin tələbə qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. Qeyd edək ki, bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün I- IV ixtisas qrupları üzrə 87932 nəfər abituriyent sənəd verib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirdi ki, onlardan 54 475-i bu ilin, 33457 nəfər əvvəlki illərin məzunlarıdır. TQDK sədrinin sözlərinə görə, imtahanlarda iştirak edəcək qızların və oğlanların sayı da fərqlidir. Ali məktəblərə sənəd verənlərin 38 810-i qız, 41 552 nəfəri isə oğlan abituriyentlərdir. Cari ilin məzunları arasında oğlanlar Azərbaycan bölməsi üzrə 25 871 nəfər, rus bölməsi üzrə 2 901 nəfərdir. Əvvəlki illərin məzunları arasında Azərbaycan bölməsi üzrə oğlanların sayı 15 681 nəfər, rus bölməsi üzrə 679 nəfərdir. M.Abbaszadə əlavə etdi ki, bu il rus bölməsi üzrə sənəd verən abituriyentlərin sayı 7 570 nəfər təşkil edib. Onlardan 5 669-u bu ilin, 1901-i isə əvvəlki illərin məzunlarıdır. M.Abbaszadə qeyd etdi ki, əvvəlki illərin məzunlarının attestatlarının olub - olmaması barədə TQDK-da məlumat yoxdur: Onlar da hərbi xidmətə çağırış məsələlərinə görə Sənəd Qəbulu Komissiyalarına müraciət ediblər. Lakin bu il bu sahədə yenilik edilib. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən elektron baza yaradılıb və TQDK da bu bazaya inteqrasiya olunub. Onun sözlərinə görə, hərbi xidmətdən möhlət alanların və bunun əsasında ərizələrini özləri təsdiqləmək imkanı olan abituriyentlərin sayı 765 nəfər olub: "Onlardan 501-i elektron formatda bunu təsdiqləyib. İldən-ilə bu say artacaq. Hərbi qulluqdan qayıdanlar barədə məlumat bu bazaya daxil olandan sonra gələcəkdə bu işlər tam avtomatik qaydada həyata keçiriləcək".
"Abituriyent ali məktəblərə
4 qrupdan birinə ərizə veribsə, V
qrupa da sənəd
vermək hüququ var"
TQDK sədri bildirdi ki, V qrupda cari ilin məzunları buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanının nəticəsi əsasında müsabiqəyə buraxılırlar: Beləliklə, bu ilin məzunları və əvvəlki ilin məzunları da 4 qrupdan birinə ərizə veribsə, V qrupa da ərizə vermək hüququ var. Təbii ki, bu məcburi deyil. Zəruri deyil ki, hamı belə etsin. Onun sözlərinə görə, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları imtahan vermədən, buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. M.Abbaszadə əlavə etdi ki, əvvəlki ilin məzunları isə 3 fəndən- Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər. Təbii ki, orta ixtisas məktəblərindən başqa, ali məktəblərin qabiliyyət tələb edən ixtisaslarını seçənlər əlavə olaraq, qabiliyyət imtahanı verəcəklər. Bu proses də mayın 5-dən 18-dək aparılacaq: Onlar hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçimi vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik. İki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyentlər də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklər.
Magistratura pilləsi üzrə
20 yer AMEA-ya veriləcək
Bu il Azərbaycanda
ali məktəblərin
bakalavr və magistratura pillələri üzrə qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil Komissiyası tərəfindən Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına
təqdim olunub. Komissiya sədri ötən həftənin
cümə günü
onlara təqdim olunan qəbul planı ilə əlaqədar təkliflər
haqda müəyyən
fikirlərin 1 ay öncə
ictimaiyyətə anonslar
şəklində çatdırıldığını
açıqladı: Bizim
müəyyən təkliflər
qəbul olunub. Təkliflər verilərkən qəbul
planının ötən
illərdə dolma səviyyəsi və ixtisaslara olan maraq nəzərə alınıb. Bəzi ixtisaslar
üzrə isə müsabiqənin birgə aparılmasının tərəfdarıyıq.
Magistratura və bakalavr
pilləsi üzrə
müəyyən ixtisaslarda
bu təkliflər nəzərə alınıb.
M.Abbaszadə qeyd etdi ki, bu yaxınlarda
Magistr jurnalının
növbəti sayı
dərc olunacaq və burada magistraturaya qəbul planında olan dəyişiklər əks
olunacaq. Onun sözlərinə görə,
artıq 1 ay öncə
olan anonslar təkliflərdə öz
əksini tapıb: Belə ki, magistratura
pilləsi üzrə
20 yerin AMEA-ya verilməsi qüvvədə
qalıb. Bakalavr pilləsi üzrə qəbul planı üzərində iş aparılır. Bu yaxınlarda keçənilki
planla müqayisəli
təklif təqdim ediləcək.
Ali məktəblərin
V ixtisas qrupu üzrə və 11 illik bazadan orta
ixtisas təhsili müəssisələrinə ərizə
qəbulu başlanır
Bu gündən Tələbə
Qəbulu üzrə Dövlət Komissiyası
Azərbaycan Respublikasının
ali təhsil
müəssisələrinə (V ixtisas qrupu üzrə)
və tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu
başlayır. TQDK sədri bildirdi ki, ərizələrin qəbulu mayın 5-dən
18-dək aparılır. Onun sözlərinə görə, ali təhsil müəssisələrinə
(V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul
olmaq üçün
müraciət edən
abituriyentlər TQDK-nın
müvafiq internet səhifəsinə
daxil olub, şəxsiyyəti təsdiq
edən sənəddən
və TQDK-nın
virtual ödəmə kartından
istifadə etməklə
"Abituriyentin elektron
ərizəsi" formasını
doldururlar. Virtual ödəmə kartını
internet ödəmə xidmətləri
vasitəsi ilə və ya 7725 nömrəsinə boş
SMS göndərməklə əldə etmək olar.
TQDK sədri qeyd etdi ki, I-IV ixtisas
qruplarından hər hansı biri üzrə ərizə verən abituriyentlər, həmçinin V ixtisas qrupuna və ya tam orta təhsil
bazasında orta ixtisas təhsili müəssisələrinə ikinci
ödəmə kartı almadan elektron ərizə təqdim etməlidirlər:
Tam orta təhsil müəssisələrini cari
ildə bitirib V ixtisas qrupu üzrə
ali təhsil müəssisələrinə və
ya tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər
müvafiq qəbul imtahanı vermirlər, müsabiqədə buraxılış
imtahanındakı nəticələri
əsasında iştirak
edirlər.
Ümumi
təhsil müəssisələrini
(orta məktəbi)
2015-ci ildə bitirən
abituriyentlər, orta məktəbi 2012-ci, 2013-cü və
2014-cü illərdə bitirən
qız abituriyentlər,
ilk-peşə ixtisas təhsili müəssisələrini
(peşə məktəblərini)
2013-cü və ondan sonrakı illərdə bitirən qız abituriyentlər, 2012-ci və
ondan sonrakı illərdə ali məktəblərə və
tam orta təhsil bazasında (11 illik) kolleclərə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər, I-IV ixtisas
qruplarının hər
hansı biri üzrə ərizələrinin
təsdiqini təmin edib V ixtisas qrupu üzrə və ya tam orta təhsil bazasında (11 illik) kolleclərə də ərizə verən abituriyentlər elektron ərizələrini Sənəd
Qəbulu Komissiyalarına
(SQK) müraciət etmədən
özləri təsdiq
edirlər. Digər abituriyentlər tələb
olunan sənədləri
təqdim etməklə
elektron ərizələrini
müvafiq SQK-da təsdiqlətdirirlər. SQK-lar mayın 5-dən 18-dək
(şənbə, bazar
və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.
Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər
(yuxarıda göstərilən
kateqoriyalara daxil olan abituriyentlər istisna olmaqla), həmçinin xaricdə
təhsil almış
Azərbaycan vətəndaşları
ərizələrini TQDK-da
və onun regional bölmələrində yaradılmış
SQK-larda, Gürcüstanda
yaşayan azərbaycanlılar
ərizələrini Azərbaycan
Müəllimlər İnstitutunun
Qazax filialında yaradılmış SQK-da təsdiq etdirə bilərlər. Ali və orta ixtisas təhsili
müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrinin təsdiqini
təmin etdikdən sonra mayın 6-dan 19-dək
TQDK tərəfindən yaradılmış
müvafiq Qabiliyyət
İmtahanı Komissiyalarına
(QİK) tələb olunan
sənədləri və
yaradıcılıq fəaliyyətinə
dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. V ixtisas qrupu üzrə
ali təhsil
müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinə qəbul imtahanında abituriyentlər ana dili (Azərbaycan bölməsinin abituriyentləri
Azərbaycan dili, rus bölməsinin abituriyentləri isə rus dili), riyaziyyat
və xarici dil fənlərindən
test imtahanı verirlər.
TQDK səyyar Sənəd Qəbulu Komissiyaları yaradacaq
Tələbə Qəbulu üzrə
Dövlət Komissiyası
(TQDK) ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas
təhsili müəssisələrinə
elektron ərizə təqdim edən və həmin ərizələrini Sənəd
Qəbulu Komissiyalarında
(SQK) təsdiq etdirməli
olan abituriyentlərin rahatlığını təmin
etmək, onların vaxtlarına və vəsaitlərinə qənaət
olunması üçün
səyyar SQK-lar yaradacaq. TQDK sədri
bildirdi ki, komissiyanın respublikanın
müxtəlif bölgələrində
yerləşən regional bölmələrinin
- (Gəncə, Xaçmaz,
Şəki, Lənkəran,
Şirvan, Göyçay,
Ağcabədi və Naxçıvan) əhatə
etdiyi rayonların hər birində bir gün olmaqla
səyyar SQK-ları fəaliyyət göstərəcək.
Bunun nəticəsində ərizələrini
SQK-larda təsdiq etdirməli olan abituriyentlər öz ərizələrini yaşadıqları
rayonda yaradılacaq səyyar SQK-da təsdiq etdirə biləcəklər.Səyyar sənəd
qəbulu komissiyaları
ümumilikdə mayın
5-dən 18-dək fəaliyyət göstərəcək.
Builki abituriyentlərin bilik səviyyəsi əvvəlki
illərin abituriyentləri
ilə eynidir
TQDK sədri bildirdi ki, bu il ali məktəblərə
qəbul imtahanlarında
iştirak edən şəxslər sınaq
imtahanlarında iştirak
ediblər: İndiyədək
təxminən 200 minə
yaxın şəxs sınaq imtahanlarına qatılıb. İmtahanlar 57 regionda keçirilib".
Onun sözlərinə
görə, bu il 2074 nəfər
virtual sınaq imtahanlarına
qatılıb.
TQDK sədri əlavə etdi ki, sınaq
imtahanlarında iştirak
edənlərdən 42 291-i bu ilin məzunu,
8 mini isə əvvəlki
illərin məzunudur:
"3 sınaq imtahanının
nəticəsinə əsasən,
deyə bilərik ki, builki abituriyentlərin
bilik səviyyələri
əvvəlki illərin
abituriyentləri ilə
eynidir. Hazırda Azərbaycanda keçirilən
sınaq imtahanlarının
ümumi nəticələri
araşdırılır və
işlər yekunlaşdıqdan
sonra bu barədə ətraflı
məlumat veriləcək.
Nigar Abdullayeva
Palitra.-2015.-5 may.-S.11.