“Əməkdar artist adını doğrultmağı özüm üçün ən birinci vəzifə hesab edirəm”

 

Sevda Həsənzadə: “Aranjeman, mahnının uğurlu səslənməsi üçün çox vacib amildir”

Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestrinin simli heyətin konsertmeysteri, Respublikanın Əməkdar artisti Sevda Həsənzadədir:

 

- Sevda xanım, estrada-simfonik orkestrinə gəlişiniz və bu orkestrın heyətilə fəaliyyətiniz necə başladı?

- Musiqiyə və orkestrə gəlişimi təsadüfi adlandırmaq olmaz. Bacım, “Sevilvokal instrumental ansamblının bədii rəhbəri Rəna xanımın təşəbbüsü ilə musiqi dünyasına qədəm qoymuşam. Bu, 70-ci illərə təsadüf edir. O vaxt bacım təklif etdi ki, mən estrada-simfonik orkestrində çalışım. Musiqiçi olduğum üçün bunun öhdəsindən asanlıqla gələ biləcəyimi dedi. Evimizdə məşqlər olduğu üçün ansamblın repertuarını əzbər bilirdim. Dahi cazmenimiz Vaqif Mustafazadənin yoxlanışından və rəyindən sonra orkestrə qəbul olundum. Hər zaman qeyd edirəm ki, mənə dahi bəstəkarlarımızla, musiqiçilərimizlə işləmək qismət olub. Estrada orkestrinin yaradıcısı Tofiq Əhmədovun işə məsuliyyəti, ciddi münasibəti, kollektivi yönəltməsi, nizam-intizamı xatirimdə silinməz izlər buraxıb. İş fəaliyyətimi dayandırmayaraq, mən 1979-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər fakültəsinə daxil oldum. Tofiq müəllim dünyasını dəyişəndən sonra orkestrə bir çox görkəmli musiqiçilər rəhbərlik etdi. Onlardan Əziz Əzizov, Rafiq Babayev, Faiq Sücəddinov, Eldar Rzaquluzadə, Akif Süleymanbəylini qeyd edim. Rafiq Babayevin dövründə orkestrə sanki təzə nəfəs gəldi. Orkestrə yeni status verildi. Estrada-simfonik orkestr adlandırıldı. Bununla orkestr Azərbaycanda və bütün sovet məkanında görkəmli sənətçiləri müşayiət edirdi. Orkestrimiz çox möhtəşəm müsabiqələrdə, festivallarda iştirak edirdi. Vaxtilə və hal-hazırda da dövlət tədbirlərində çıxışlarımız olur. Kollektivimiz müxtəlif filmlərə və tamaşalara musiqilər yazıb. Möhtəşəm səhnələrdə bu gün də konsertlərimiz olur. Musiqi xəzinəsinə öz möhtəşəm mahnıları ilə iz tutan görkəmli bəstəkarlarımız olan Ramiz Mirişli, Vasif Adıgözəlov, Oqtay Kazımi, Tofiq Quliyev, Elza İbrahimova, Ramiz Mustafayev, Allah can sağlığı versin, Mobil Babayev, Rəşid Şəfəq kimi bəstəkarlarımız mahnılarını məhz bizim orkestrlə canladırıblar. Nə yaxşı ki, vaxtilə orkestrın ifasında lent yazılarımız Azərbaycan Televiziyasının Qızıl Fondunda qorunub saxlanılır. Orkestrimizlə görkəmli sənətkarlardan olan Şövkət Ələkbərovanı, Zeynəb Xanlarovanı, Anatollu Qəniyevi, Mirzə Babayevi, İlhamə Quliyevanı, Akif İslamzadəni, Flora Kərimovanı, Brilyant Dadaşovanı, Mübariz Tağıyevi, Cəfər Behbudovu, Firəngiz Rəhimbəyovanı müşayiət etmişik.

- Orkestrin hal-hazırkı heyəti haqqında düşüncələriniz...

- Orkestrin üzvləri dəyişib və cavanlaşıb. Bu da, əlbəttə ki, zamanın hökmüdür. Qocaman musiqiçilərin yerini yeni nəsil tutur. Bu, çox sevindirici haldır. Mən gənclərimizlə fəxr edirəm. Onlar mənə qarşı xoşrəftardırlar. Bilirsiniz, istənilən halda, istənilən auditoriyada özünə qarşı münasibətə insan özü şərait yaradır. Yeri gəldikdə güzəştə getmək lazımdır. Onlar çox yaxşı bilirlər ki, zamanı mən tam başqa cür oluram. O zaman bütün şəxsi münasibətlər kənara qoyulur. Gənclər, əlbəttə ki, sənətlərini sevirlər. İşə məsuliyyətlə yanaşırlar. Yavaş-yavaş püxtələşirlər. İşə ciddi münasibət rəhbərin tələbkarlığından irəli gəlir. İndi orkestrdə çalışan dirijor, orkestrin bədii rəhbəri Cavad Tağızadə çox peşəkar, işinə məsuliyyətli yanaşan, tələbkar musiqiçidir.

- Orkestrin repertuarında hansı bəstəkarların əsərləri ifa olunur?

- Bilirsiniz, bizim Azərbaycan bəstəkarlıq məktəbimiz olduqca zəngindir. Düşünürəm ki, yeni əsərlər yazılmasa da, işləmək üçün musiqi xəzinəmizdə kifayət qədər əsərlər var. Sözsüz ki, estrada-simfonik orkestri üçün yazılan əsərlər məhz estrada üslubunda yazılmalıdır. Ritm dəyişikliyi, caz çalarları, dinamika aranjeman. Bunlar estrada musiqisinin xüsusiyyətləridir. Yadımdadır, vaxtilə Vaqif Mustafazadəyə bəstəkarlarımızdan biri mahnılarını ansambl üçün təqdim etmişdi. Məşq zamanı bəstəkar yazdığı mahnısını eşitdiyi zaman Vaqif müəllimə dedi: “Vaqif, bu mənim mahnımdır?”. Bəstəkar sözünü açıq deyərək sadə bir mahnısını tanımadı. Yəni dahi Vaqif mahnını ansambl üçün elə yüksək səviyyədə aranjeman etdi. Düşünürəm ki, aranjeman, mahnının uğurlu səslənməsi üçün çox vacib amildir.

- Bu gün bəstəkarlar estrada-simfonik orkestri üçün əsərlər bəstələyirmi?

- Əlbəttə, bəstələnir. Bu yaxınlarda hörmətli bəstəkar Sevda xanım İbrahimovanın romansı üzərində çalışmışıq. Əsərin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. Mahnı romansı isə gənc musiqiçi, Azərbaycan Dövlət Televiziyası RadiosununSəsyazma Evi”nin direktoru, Azərbaycan Dövlət Televiziyası Radiosunun Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımov ifa edir. Mən onu da qeyd etmək istəyirəm ki, Ramil Qasımov peşəkar müğənni olmağına baxmayaraq, həmçinin gözəl idarəçidir. Gənclərə, kollektivlərin əməkdaşlarına qayğıkeş münasibət bəsləyir. İş ritmimiz dayanmır. Hal-hazırda canlı korifey Arif Məlikovun mahnıları üzərində işləyirik.

- Skripka sənətinin bugünkü gündə inkişaf haqqında deyə bilərsiniz?

- Bu gün musiqi məktəblərində çox gözəl şərait yaradılıb. Dövlətimizin başçısı xanımı a mədəniyyətə incəsənətə böyük qayğı göstərirlər. Bir sıra musiqi məktəbləri əsaslı təmir olunub. Şagirdlər musiqi alətləri ilə təmin edilib. Şagirdlər dərslərə sevinc hissi ilə gəlirlər. Müxtəlif ansambllar yaradılır. Solo ifaçılar nəinki respublikamızda, həmçinin xarici ölkədə öz ifaları ilə tamaşaçıların sevgi dolu alqışlarını qazanırlar. Şübhəsiz ki, bütün musiqi ifaçılarına aid olduğu kimi, skripka sahəsində yüksək ifaçılar yetişir. Mən bu gün ölkəmizdə skripka sənəti üzrə böyük inkişaf yüksəliş görürəm. Bu əlbəttə ki, böyük xoşbəxtlikdir.

- Sənət həyatınızda arzularınız...

- Bu gün Azərbaycan Dövlət Televiziyasında studiyalar ən müasir texniki avadanlıqlarla təmin edilib. Televiziya məkanı əsaslı təmir olunub. Studiyalarda yüksək şəraitdə verilişlər hazırlanır. Təbii ki, burada Azərbaycan Dövlət Televiziya Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun böyük əməyi var. Onun böyük əməyi nəticəsində televiziyamız cənnətə dönüb. O, qayğıkeş rəhbər, böyük sadə insandır. Gənc işçilərin böyük dostudur. Fəxr hissi ilə demək istəyirəm ki, 2011-ci ildə Azərbaycan Dövlət Televiziyası Radiosunun bir sıra işçilərinə fəxri ad verildi. Mənim fəaliyyətim fərqləndirilərək, Respublikanın Əməkdar artisti adına layiq görüldüm. Xoşbəxtəm ki, bu şərəfli ada ulu öndərin davamçısı, Azərbaycan xalqının Prezidenti İlham Əliyevin imzası ilə layiq oldum. Bu adı daim doğrultmağı özüm üçün ən birinci vəzifə hesab edirəm.

 

Xəyalə GÜNƏŞ

Palitra.-2015.-14 may.-S.13.