Müəllimlərə sertifikatlar təqdim olunub

 

Bütün bölgələri əhatə edən təhsil müəssisələrində çalışan müəllimlərin kurslarda iştirakı təmin edilir

Azərbaycan Respubikasının Təhsil Problemləri İnstitutunda (ARTPİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş respublika müəllimləri ilə görüş keçirilib. ARTPİ-nin direktoru Qulu Novruzovun rəhbərliyi müddətində bir sıra uğurlu layihələrə start verilib. Layihə çərçivəsində təqdim etdiyimiz yazıda bu layihələrə

toxunacağıq.

Qeyd edək ki, son illər təhsilimizdə aparılan islahatlar, həyata keçirilən tədbirlər özünün müsbət nəticələrini büruzə verməkdədir. Bu gün təhsilin ən müxtəlif pillələrində bir yeniləşmə, canlanma hiss olunmaqdadır. Xüsusilə orta məktəblərimizdə aparılan dəyişikliklər təhsilimizin inkişafına, onun keyfiyyətinin yüksəlməsinə səbəb olmaqla yanaşı, müəllimlərimizin öz işlərinə daha yaradıcı şəkildə yanaşmasına, yüksək peşəkarlıq nümayiş etdirməsinə imkan yaradıb. Azərbaycan Respubikasının Təhsil Problemləri İnstitutu tərəfindən həyata keçirilən layihələr də müəllimlərimizin peşəkarlığının artırılmasına yönəlib. Bu layihələrdən biri bir ay müddətində məsafədən (distant) davam edən “Elektron məktəb üçün Elektron müəllim” kursu 2015-ci ilin may ayında başa çatıb. Kursu müvəffəqiyyətlə bitirən müdavimlərə sertifikatların verilməsi ilə əlaqədar ARTPİ-nin konfrans zalında görüş təşkil olunub. İnstitutun direktor müavini pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov görüşə gələn müəllimləri təbrik edib.

 

Kursda müəllimlərin elektron dərs, elektron resursların müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması, distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılıb

 

Müəllimlərə təhsil sahəsində gördükləri işlərinə bir daha böyük yaradıcılıq nailiyyətləri və uğurlar arzulayaraq onlara bu səmərəli işlərində beynəlxalq aləmdə inkişafyönümlü nəticələri ilə seçilmələrini bildirib. Qarşıdan gələn ilk Avropa Oyunlarında da məhz Azərbaycan müəllimlərinin də üzərinə böyük məsuliyyət düşdüyünübu işdə məktəblilərlə bərabər, onların ailələri ilə birlikdə Azərbaycana dəstək olmalarının vacib olduğunu vurğulayıb. ARTPİ-nin respublika müəllimlərinə çağırışı olaraq bu işdə bütün təhsil işçilərinin hazır olmalarını və bütün müəllimləri bu işdə yaxından kömək olacaqları üçün hamının səfərbər olmalarını deyib.

 

Kursa Şəmkir, Tərtər, Neftçala, Şəki, Göyçay, Tovuz, Yardımlı, Samux, Qazax, Qax, Gəncə rayonlarından, həmçinin, Qaradağ rayonu, Sumqayıt və Bakı şəhərlərindən gəlmiş 42 təhsil işçisi qatılıb

Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (yeni kurikulumlarainformasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması; distant təhsil və s.) məzmununu əsas götürərək ARTPİ-də “Elektron məktəb üçün Elektron müəllim” kursuna start verilib. Artıq Azərbaycanın bütün bölgələrini əhatə edən təhsil müəssisələrində çalışan müəllimlərin bu kurslarda iştirakı təmin edilibkursa qatılanların sayı durmadan artmaqda davam edir. “Elektron məktəb üçün elektron müəllim” kursu respublikanın Əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 2 günü institutun konfrans zalında auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kursda müəllimlərə mühazirə, təqdimat, müzakirə, “workshop”, debatVeb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunaraq maraqlı distant dərslər keçirilib. Kursun keçirilməsi zamanı bir sıra maraqlı mövzulara toxunulub. 30 saatlıq proqram çərçivəsində keçirilən dərslərə: Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”, “Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi”, müəllimlərin şəxsi veb səhifələrinin, bloqlarının yaradılması, “Onlayn etika-netiket” və s. daxildir. Kursda müəllimlərin elektron dərs, elektron resursların müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması, distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılıb. Kursa Şəmkir, Tərtər, Neftçala, Şəki, Göyçay, Tovuz, Yardımlı, Samux, Qazax, Qax, Gəncə rayonlarından, həmçinin təkcə Qaradağ rayonu, Sumqayıt və Bakı şəhərlərindən gəlmiş 42 təhsil işçisi qatılıb. Görüş zamanı kursa qatılan müdavimlərdən Şəmkir rayon Düyərli kənd 2 nömrəli tam orta məktəbin müəllimi İlhamə İbrahimova, Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Solmaz Həsənova, Xəzər rayonu, 136 nömrəli məktəbin müəllimi Ofelya Qənbərova 1 ay ərzində kurs zamanı əldə etdiyi biliklərə dair nümunəvi dərsin təqdimatını ediblər. Sonra Qax rayonu, Qaratala kənd tam orta məktəbin coğrafiya müəllimi Anar Mustafayev, Qazax rayonu, Çaylı kənd 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədova, Neftçala rayonu, 2 nömrəli tam orta məktəbin müəllimi Girami Rəzzaqova, Yardımlı rayon, Nisəqala kənd tam orta məktəbin müəllimi Çingiz Bəyişov və kursun digər müdavimləri ARTPİ-nin təşkilatçılığı ilə keçiriən “Elektron məktəb üçün elektron müəllim” kursu ilə bağlı öz təəssüratlarını bölüşüb, rəy və təkliflərini bildiriblər. Kursun gedişatından razı qaldıqlarını çıxışlarında xüsusi olaraq qeyd edərək ARTPİ-nin rəhbərliyinə və təlimçiyə təşəkkürlərini bildiriblər. Kursun sonunda öyrəndiklərini hazırladıqları nümunəvi dərslərində tədbiq edən və auditoriyaya nümayiş edən müəllimlərin təqdimatlarının dinlənilməsindən sonra institutun direktor müavini Ənvər Abbasov müdavimlərin bu fəaliyyətini bir daha alqışlayaraq, bu bacarıqlarının təqdirəlayiq olduğunu bildirib, gələcək işlərində, hazırlayacaqları yeni elektron dərslərində uğur arzulayıb. Görüşün sonunda təkrar müzakirələr olub, keçirilən kursla bağlı maraqlı fikirlər səsləndirilib. Sonda Ənvər Abbasov görüşün əhəmiyyətindən bir daha danışaraq müdavimləri təbrik edibonlara sertifikatlar təqdim edib. ARTPİ nəzdində keçirilən təlimlərin iştirakçılarına Təhsil Nazirliyinin nömrələnmiş sertifikatları təqdim edilib. Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınıb.

 

Anar Miriyev

Palitra.-2015.-14 may.-S.11.