“Elmlə təhsilin ortaq mexanizminin inkişafında müəllimlər bilik və bacarıqlarını əsirgəməməlidir”

 

Nailə İbadova: “Məktəbəqədər təhsil sisteminin günün tələblərinə uyğun modernləşdirilməsi və bu sahədə qarşıda duran vəzifələrin uğurlu həll edilməsi biz müəllimlərin başlıca məqsədi

olmalıdır”

İnsanın şəxsiyyət kimi formalaşmasında və mütəxəssis kimi yetişməsində məktəbəqədər təhsilin də böyük önəmi var. Bu sahə təhsil sistemində olduqca aktual və önəmli mərhələlərdən sayılır. Çünki bilik, ilk növbədə, məhz məktəbəqədər təhsildən başlayaraq, müəllimlər tərəfindən kiçikyaşlı uşaqlara öyrədilir. Bu mövzuda müsahibimizÜmid+” Təhsil Mərkəzinin müəllimi Nailə İbadovadır.

- Öncə özünüzü təqdim edərdiniz və aldığınız təhsil, fəaliyyətiniz barəsində ətraflı məlumat verərdiniz.

-              Mən - Nailə İbadova 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhərindəki 24 saylı orta məktəbi bitirmişəm. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının İbtidai təhsilin pedaqogika və metodikası fakültəsini bitirmişəm. Pedaqoji fəaliyyətimə 2013-cü ildən “Ümid+” Təhsil Mərkəzində başlamışam. Hazırda bu Təhsil Mərkəzinin məktəbəqədər hazırlıq qruplarına dərs keçirəm.

- Təhsil aldığınız sahə barəsində hansı fikirləriniz var?

- Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev tərəfindən “2007-2010 -cu illər “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi” Dövlət Proqramının təsdiq edilməsi məktəbəqədər təhsilimizin inkişafına böyük təkan verdi. Belə ki, Azərbaycanda məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fizikipsixoloji inkişafı sürətlə həyata keçirilməyə başladı və bunun üçün dövlət başçımız tərəfindən yüksək səviyyədə lazımi şərait yaradılıb. Mən bir müəllimə kimi düşünürəm ki, bu qayğı nəticəsində uşaqlarımızın şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işi yüksək səviyyədə və beynəlxalq standartlara uyğun bir şəkildə təmin edilir. Məktəbəqədər təhsil vahid təhsil sisteminin ilk pilləsi olmaqla, uşaqların intellektual, fizikipsixoloji inkişafında, onların şəxsiyyətinin formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malikdir.

 

“Məktəbəqədər təhsilin Azərbaycan üçün aktuallığı, ölkəmizdə bütün əhali təbəqələri üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş, məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki iqtisadi və tədris-metodiki şərait yaratmaqbu istiqamətdə məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olmaqdan ibarət olmalıdır”

 

Keçən əsrin 90- cı illərinin əvvəllərində ölkəmizdə baş verən köklü ictimai- siyasi dəyişikliklər nəticəsində mövcud sosial-iqtisadi infrastrukturun dağılması məktəbəqədər təhsil sisteminin də səmərəliliyinin nəzərəçarpacaq dərəcədə aşağı düşməsinə səbəb olmusdu. Həmin dövrdə ölkə iqtisadiyyatının iflis vəziyyətinə düşməsi, əhali arasında kütləvi işsizlik və büdcə gəlirlərinin kəskin azalması bu sahənin fəaliyyətinə mənfi təsir göstərmiş, onun tənəzzülə uğrama meyillərini gücləndirmişdi. Amma ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonra hər şey köklü şəkildə dəyişilməyə başladı. Uzaqgörən dövlət xadimi Heydər Əliyevin dövlət quruculuğu siyasəti tezliklə öz bəhrəsini verməyə və cəmiyyətin bütün sahələrində sabitlik, inkişaf bərqərar olmağa başladı. O cümlədən təhsil sahəsində də davamlı inkişafislahatlar başladı, mənfi tendensiyalar aradan qaldırılmağa başladı.

Son illərdə aparılan uğurlu iqtisadi siyasət, həyata keçirilən məqsədyönlü neft strategiyası və bazaryönlü islahatların dərinləşməsi isə ölkəmizin sosial-iqtisadi inkişafında dönüşün əldə olunmasına imkan vermiş, xalqımızın maddi rifah halının get- gedə yaxşılaşdırılmasına şərait yaradıb. Bütün bunlarla bərabər, məktəbəqədər təhsil sisteminin bugünkü vəziyyəti istər ölkənin mövcud iqtisadi inkişaf səviyyəsi, istərsə də sosial sahədə, o cümlədən əhalinin rifah halının yüksəldilməsində qarşıya qoyulan perspektivli məqsədlər, o cümlədən inamlı addımlar qənaətbəxş hesab edilə bilər. O da qeyd edilməlidir ki, məktəbəqədər təhsil sahəsində maddi-texniki bazanın tam yenilənməsi, bu təhsil prosesinin təkmilləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması da əldə edilən nailiyyətlər sırasındadır.

- Təhsil aldığınız ixtisasın Azərbaycan üçün aktuallığını necə ifadə edərdiniz?

- Məktəbəqədər təhsilin Azərbaycan üçün aktuallığı, ölkəmizdə bütün əhali təbəqələri üçün əlçatan və müasir tələblər səviyyəsində qurulmuş, məktəbəqədər təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki iqtisadi və tədris-metodiki şərait yaratmaqbu istiqamətdə məktəbəqədər təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olmaqdan ibarət olmalıdır. Düşünürəm ki, məktəbəqədər təhsil sisteminin günün tələblərinə uyğun modernləşdirilməsi və bu sahədə qarşıda duran vəzifələrin uğurlu həll edilməsi biz müəllimlərin başlıca məqsədi olmalıdır. Ölkəmizdə geniş vüsət almış təhsil islahatları, müəllim hazırlığını, pedaqoji kadrların yetişdirilməsi səviyyəsini, onların peşəkarlığını və bacarıqlarını önə çəkməkdədir. İlkin olaraq, müəllim hazırlığı mərhələsində pedaqoji peşə üzrə keyfiyyətlərin qazanılması diqqət mərkəzində saxlanılmalıdır. O cümlədən ünsiyyət bacarıqlarının formalaşdırılması, bütün şagirdlərə açıq və dözümlü münasibətin nümayiş etdirilməsi, fənlərin və müvafiq tədris proqramlarının mənimsənilməsi, sinfin idarə olunması və qiymətləndirmə bacarıqlarının formalaşdırılması, peşə və onun tarixinə dair biliklərə yiyələnmək, yeniliklərə həvəs göstərmək, innovasiyaları tətbiq etmək, müəllim olaraq müstəqil, yaradıcı və şüurlu fəaliyyət göstərmək əsas göstəricilərdəndir. Qeyd olunan bu keyfiyyətlərin formalaşması işində aliorta pedaqoji təhsil müəssisələrində tələbələrə, yəni gələcək müəllimlərə pedaqoji- psixoloji elmlər üzrə nəzəri biliklər verilməklə yanaşı, praktik bacarıq və vərdişlərin yaradılmasının həyata keçirilməsini zəruri hesab edirəm.

- Təhsillə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Elm hər bir ölkənin göstəricisidir. Elmdə, təhsildə hər bir zaman öndə olmaq hər bir sivil, mədəni savadlı olmaq istəyən insanın əsas səyləri sırasında olmalıdır. Azərbaycan elmi bütün dövrlərdə öndə gedib kifayət qədər elm xadimlərimiz olub. Mənim təklifim ondan ibarətdir ki, daha doğrusu, arzu edərdim ki, cəmiyyətimizdə elmlə təhsilin vəhdəti ortaq mexanizminin inkişaf etdirilməsində müəllimlər öz bilik bacarıqlarını əsirgəməsinlər. Xaricdə təhsil alan gənclərimizə elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz. Xaricdə təhsil alan gənclərimizə elmi-tədqiqatçılarımıza tövsiyə edərdim ki, təhsil aldıqları xarici ölkələrdə Azərbaycanımızın tarixini, onun adət-ənənələrini uğurla, yüksək səviyyədə təbliğ etsinlər.Təhsil aldıqları ali təhsil ocaqlarından Azərbaycana dönəndə ölkəmizin müvafiq sahələrinin davamlı inkişafına öz töhfələrini verə bilsinlər.

- Gələcək plan fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Gələcək fəaliyyətim haqqında onu demək istərdim ki, məktəbəqədər təhsil uşaqlarımızın ibtidai məktəbə hazırlıq səviyyəsinin bünövrəsi olduğu üçün çox önəmli məsuliyyətli işdir. Mən bu istiqamətdə inkişaf etmək, uşaqlarımıza bu sahədə bilik bacarıqlarımı çatdıra bilmək bir müəllim olaraq ölkəmizə öz töhfəmi vermək istərdim.

 

İlkin AĞAYEV

Palitra.-2015.-15 may.-S.11.