“Sanballı elmi nailiyyətlərin əldə olunması birbaşa təhsildən asılıdır”

 

Fəxrəndə Əlimərdanova: “Növbəti hədəfim doktorluq dissertasiyasını tamamlamaq və dünyanın aparıcı elmi mərkəzlərində araşdırmalarımı davam etdirməkdir”     

Budəfəki müsahibimiz Fəxrəndə Namiq qızı Əlimərdanova - fizika üzrə fəlsəfə doktoru, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Səma cisimlərinin spektroskopiyası" şöbəsinin böyük elmi işçisi, həm də elmi-tədqiqat müəssisəsinin Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin sədridir. Eyni zamanda o, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının Fizika-RiyaziyyatTexnika Elmləri Bölməsinə rəhbərlik edir.

F. Əlimərdanova 2005-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr, 2007-ci ildə isə həmin fakültənin magistratura pilləsini astrofizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aspiranturaya qəbul olub, 2013-cü ildə “Cavan ulduzlar ətrafında prtoplanet əmələgəlmə prosesləri” mövzusunda elmi işini uğurla müdafiə edərək fizika üzrə fəlsəfə doktoru - alimlik dərəcəsini alıb.

2014-cü ildə ABŞ-ın “CIES” təhsil mərkəzinin keçirdiyiFulbright Visiting Scholar” proqramının qalibi olubbununla əlaqədar Şimali Karolina ştatında yerləşən nüfuzlu Şimali Karolina Universitetində (Qreensboro şəhəri) akademik təcrübədə olub.

-Təhsil aldığınız ixtisasın və elmi sahənizin Azərbaycan üçün aktuallığı və bu sahə haqqında hansı fikirləriniz var?

- Təhsil aldığım elm sahəsi, əslində təkcə bu istiqamətdə ixtisaslaşan gələcəyin tədqiqatçıları və ya elmi araşdırma aparan mütəxəssislər üçün deyil, özünü dərk etməyə başlayan uşaqdan tutmuş, yaşlı insana kimi bütün yaş qruplarını düşündürən bir sahədir. Bircə faktı qeyd edim ki, son günlər sosial medianın gündəminə çevrilən “Yerin hərəkət etməməsi” kimi bir iddiaya ən sadə vətəndaşın belə göstərdiyi təpki, əslində insanların bu mövzuya həssaslığından və marağından xəbər verir.

Azərbaycanda astronomiya elminin tarixinə nəzər salsaq, görərik ki, bu elm sahəsi bizim üçün heçyad deyil. Klassik astronomiya elm ənənəsinə malik olan ölkəmizdə, bu sahə səkkiz əsrdir ki, araşdırılır. Müxtəlif dövrlərdə bu elm sahəsi transformasiyaya uğrayaraq, hazırkı intibah dövrünü yaşayır. Əlbəttə, bu inkişafda müasir maddi-texniki baza ilə möhkəmləndirilmiş N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında aparılan elmi-tədqiqatları əsas təkanverici amil kimi qəbul etmək olar. Bu elm sahəsi üçün qəbul edilən ən son yanaşmamüasir cihazlarla, üç əsas müəyyənləşdirilən prioritet elmi istiqamət: Ulduz fizikası; Günəş sistemi cisimlərinin tədqiqi və Günəş fizikası üzrə aparılan tədqiqatlar, bu gün astrofizika sahəsində Azərbaycanın nəinki regionda, həm də dünyada qəbul olunmuş elmi-tədqiqat mərkəzinə malik olan ölkə kimi populyarlaşmasına rəvac verib. Qeyd etmək yerinə düşər ki, təmsil etdiyim rəsədxananın hazırkı rəhbərliyi təşkilatımızda aparılan elmi araşdırmaları istər keyfiyyət, istərsə də status baxımından daha beynəlmiləl etalon normalara uyğunlaşdırmağa can atır. Son illər, alimlərimiz tərəfindən yerinə yetirilən tədqiqat işlərinin nəticələrinin dünyanın mötəbər elm mərkəzlərində baş tutan tədbirlərdə təqdim olunması, eyni zamanda həmin mərkəzlərlə yaradılan əməkaşlıq və ixtisasca təkmilləşdirilmiş perspektivli kadrların yetişdirilməsi, ümumi olaraq, eyni məqsədin müxtəlif zəruri elementləri kimi düşünülmüş alqoritm üzrə həyata keçirilməkdədir.

-Bu ixtisasınız yönündə Azərbaycan təhsilində hansı islahatlara ehtiyac olduğunu düşünürsünüz?

- Dünya üzrə bəzi təhlillər aparsaq, görərik ki, müasir elm sürətlə qloballaşır. Əvvəllər elmdə mövcud olan klassik sərhədlər dəyişməyə başlayır və yeni elmi qütblər yaranır. Elmin sərhədlərini lokallaşdırıb, ənənəvi mexanizmlə onu inkişaf etdirmək, əlbəttə, hədəflənən nəticələrin hasil olunmasında problemlər yaradır. Bu məsələyə Sovetlər Birliyinin yanaşmasından baxmaq daha doğru olar. Bu gün müstəqilliyinə qovuşmuş ölkələr tədricən əvvəlki sistemdən imtina edir. Elmdə və təhsildə daha islahatameyilli yeniliklər etməyə çalışır. Təbii ki, bu da zərurətdən irəli gəlir. Azərbaycan da bu mənada istisnalıq təşkil etmir.

Ümumilikdə götürdükdə, sanballı elmi nailiyyətlərin əldə olunması birbaşa olaraq təhsildən asılıdır. Dövrün tələblərinə uyğun bazaali təhsil üzrə düşünülmüş modifikasiyalı və sistemli islahatlar aparılan ölkələrdə təhsilin, ondan asılı olan elmin inkişafında irəliləyişlər özünü göstərir. Düşünürəm ki, Azərbaycanda da analoji islahatlar mütəmadi olaraq aparılmalıdır.

-Təhsil və elmlə bağlı gənc mütəxəssis kimi hansı fikir və təklifləriniz ola bilər?

- Bu gün Azərbaycanda təhsil və elmin birgə vəhdətinin təmin olunmasında akademiyanın müəyyənləşdirdiyi mexanizm və mənim də üzvü olduğum AMEA Gənc Alim və Mütəxəssislər Şurasının ifasında həyata keçirilən layihələr, müəyyən mənada bu işlərin daha da genişləndirilməsi üçün yeni stimullar yaradır. Respublikanın paytaxt və regionlarında ilk dəfə olaraq təşkil olunan qeyri-ənənəvi formatlı olimpiadalar, öyrədici, əyləndirici və düşündürücü elmi təqdimatlar və s. məktəblilər tərəfindən maraqla qarşılanmaqla, onlarda akademiyaya qarşı böyük rəğbət yaradır. Düşünürəm ki, bu amil onların gələcək seçiminə də müsbət təsir göstərəcək və onlar daha çox elmə adaptasiya olunacaqlar.

Bundan başqa, əgər biz "Google" axtarış sistemində "elmin təbliği" üzrə axtarış etsək, bu istiqamətdə yalnız AMEA Gənc Alim və Mütəxəssislər Şurasının həyata keçirdiyi layihələrin nəticələri ilə qarşılaşa bilərik. Təbii ki, bu heç də təsadüfi deyil. Bu, akademiya rəhbərliyinin təhsil və elmə vahid sistem şəklində yanaşması ilə bərabər, həm də elmimizin inkaşafı üçün daha kiçik yaş qruplarını əhatə edən, orta məktəb səviyyəsində aparılan təbliğat mexanizminin Azərbaycan üçün qeyri-ənənəvi formasıdır.

-Xaricdə təhsil alan gənclərimizə və elmi tədqiqatçılarımıza nələri tövsiyə edərdiniz?

- ABŞ-da akademik təcrübə keçən və dünyanın bir sıra tanınmış elmi tədbirlərində iştirak edən gənc alim kimi öz təcrübəmdən fikir söyləsəm, daha məqsədəuyğun olar. Əlbəttə, elmin inkişafında çoxsaylı ölkələri qabaqlamış ABŞ, Almaniya, Çins. elmi-tədqiqat mərkəzlərində mövcud olan elmi mühit, metodologiyayanaşma prinsipləri orada təhsil alan və tədqiqat aparan gənclər üçün yeni imkanlar yaratmaqla bərabər, onların məqsədlərini daha lokal müstəvidə fokuslandırır. Bu da yerli gənclərlə müqayisədə həmin gənclərin elmi yaradıcılıqlarının kəmiyyət və keyfiyyət göstəricilərinin fərqliliyində də özünü büruzə verir.

O da doğrudur ki, Azərbaycanda elmi fəaliyyət göstərən bütün gənclər, heç də xaricdə təhsil almaq imkanına malik olmurlar. Bunun da başlıca səbəbi dilmövcud imkanlardan yararlana bilməməklə əlaqədardır. Sizin sualınıza cavab olaraq, ilk növbədə xaricdə təhsil alan gənclərimizə eyni məqsədə nail olmaq istəyən gənclərə ən azından informasiya yardımını göstərməyi, mövcud imkanlardan istifadə etmək üçün müvafiq dəstəyi vermələrini tövsiyə edərdim.

-Gələcək plan və fəaliyyətinizlə bağlı nələri bölüşərdiniz?

- Elmə yiyələnmək və bu yolda müvəffəqiyyət qazanmağı özünə məqsəd seçmiş gəncin, təbii ki, gələcək planları yenə elə elmlə bağlı olmalıdır. Bu arzular mənim üçün də keçərlidir. Növbəti hədəfim doktorluq dissertasiyasını tamamlamaq və dünyanın aparıcı elmi mərkəzlərində araşdırmalarımı davam etdirməkdir.

 

İlkin AĞAYEV

Palitra.-2015.-16 may.-S.11.