“Dövlətimiz təhsil sahəsində tələbələrə azad seçim haqqı verib

 

Zülfüqar İsmayılov: “Xarici ölkələrdə Azərbaycanın ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını heç kim dana bilmir

Müsahibimiz Zülfüqar İsmayılov Sankt-Peterburqda anadan olub və elə bu şəhərdə də yaşayır. Hazırda Sankt-Peterburq Dövlət İqtisad Universitetinin mühəndis-iqtisadçı sahəsi üzrə bakalavrıdır. Eyni zamanda Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan Gənclər İttifaqının sədr müavinidir.

-Sankt-Peterburqda azərbaycanlı gənclər əsasən hansı sahələrdə təhsil alırlar?

-Günü-gündən inkişaf edən dövlətimiz təhsil sahəsində də tələbələrə azad seçim haqqı verib. Bunun üçün də günümüzdə bir çox azərbaycanlı tələbələr dünyanın müxtəlif ölkələrində təhsil almaq şansına sahibdirlər. Belə ölkələrdən biri də Rusiyadır. Gənclərimiz Sankt-Peterburqda əsasən iqtisadiyyat və idarəetmə sahələrində daha çox təhsil alsalar da, hüquq fakültəsini seçən azərbaycanlı tələbələr də az deyil. Düşünürəm ki, bu seçimin əsas səbəbi Azərbaycan tarixini, keçmişini, bu gününü daha hüquqi yönlərlə haqq və ədalətlə dünyaya tanıtmaqdır.

-Azərbaycanda təhsilin inkişafını necə qiymətləndirirsiz?

-Azərbaycan öz müstəqilliyini yenidən əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf günü-gündən güclənməkdədir. Hal-hazırda Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması ilə yanaşı, xarici tələbələrin də ölkəmizdə təhsil alması təhsil səviyyəsinin ölkəmizdə inkişafını göstərir və bu, hər bir vətəndaş üçün sevindirici haldır.

-Orada hansı azərbaycanlı alimlər var?

-Sankt-Peterburqda bir çox azərbaycanlı alimlər var mənə onların ikisi ilə işləmək nəsib olub; Kəsəmənli Fəqan Paşa oğlu Abışev Azad Ziya oğlu. Fəqan Kəsəmənli fizika-riyaziyyat üzrə elmlər doktoru, professor Beynəlxalq Ali Təhsil Akademiyasının elmi üzvüdür. Azad Abışev isə kimya üzrə elmlər doktoru, professordur.

-O alimlərin bizim gənclərlə görüşü olurmu?

-Azərbaycan Gənclər Birliyində gənclərimiz Sankt-Peterburq şəhərində fəal şəkildə alimlərlə görüşlər keçirirlər. Burada alimlər gənclərimizə öz həyatları, nailiyyətlərindən danışırlar. Bizim elm adamları fəal şəkildə gənclərimizlə əlaqə saxlayırlar. Azərbaycan Gənclər Birliyinin birinci katibi Azər Mehdizadə Fəqan Paşayevin "Sankt-Peterburqda elm, təhsil, incəsənət biznes sahəsində azərbaycanlı elm adamları" adlı kiçik, avtobioqrafik oçerklər toplusunun təqdimatında iştirak edib.

-İlk Avropa Oyunları sizdə hansı hisslər yaradır?

-Düşünürəm ki, dünya tarixində ilk dəfə olaraq Avropa Oyunlarının Bakıda, Odlar Yurdunda keçirilməsi hər bir azərbaycanlı üçün fəxrli iftixarlı hadisədir. Bəzi ölkələr bilərəkdən Azərbaycanın imicini ləkələməyə çalışsa da, düşünürəm ki, xarici ölkələrdə Azərbaycanın bu Oyunlara yüksək səviyyədə hazırlaşdığını heç kim dana bilmir. Bu baxımdan, “Bakı-2015”ə yüksək səviyyədə gedən hazırlıq işləri həm ölkə daxilində, həm kənarda təqdirəlayiq şəkildə nəzərə çarpır.

-Bu Oyunlarla bağlı hansı təbliğati işlər görürsüz?

-Əhalini bu möhtəşəm hadisə haqqında məlumatlandırır onları oyunlara cəlb etməyə çalışırıq. Zənnimcə, ruslar bu Oyunların keçirilməsini dəstəkləyir özləri bu Oyunlarda iştirak etməyə hazırlaşırlar.

-Gənclər olaraq hansı fəaliyyət göstərirsiz?

-Biz gənclər olaraq öz ölkəmizdə eləcə xaricdə yaşayan gənc dostlarımıza ölkəmizdə “Bakı-2015”ə olan hazırlıq, insanların bu Oyunlara olan rəğbətini bu Oyunların ölkəmiz üçün mühümlüyünü, vacibliyini çatdırırıq.

-Ölkəmizi Sankt-Peterburqda necə tanıdırsız?

-Biz Sankt-Peterburqda Azərbaycan mədəniyyətini layiqincə tanıdır, təqdim etməyə çalışırıq. Təbii ki, bütün bunları öncə biz öz adət-ənənələrimizi qoruyub saxlamaq, eləcə yaşatmaqla, milli bayramlarımızı layiqli şəkildə qeyd etməklə evimizdə milli xörəklərimizin bişməsi ilə mədəni irsi dəyərlərimizi qorumaqla bacarırıq. Həmçinin umumşəhər mədəni tədbirlərdə, festivallarda, simpoziumlarda müsabiqələrdə, müxtəlif bayram sərgilərində konfranslarda mütəmadi iştirak edirik. Bundan başqa biz mədəniyyətin inkişafı yönündə məqsədli proqramlar, layihələr hazırlayır, onları reallaşdırırıq. Bunlarla yanaşı, müxtəlif ali məktəblərdə Azərbaycan mədəniyyət günlərini qeyd edir, təhsil alan bütün rusiyalı həmçinin xarici tələbələri Azərbaycanımızla daha yaxından tanış edirik. Onu da deyim ki, müxtəlif idman yarışlarında iştirak edən azərbaycanlı gənclərimizin sayı az deyil. Onlar demək olar ki, bütün yarışlarda tez-tez layiqli yerlər tutaraq Azərbaycanımızı təmsil edirlər bütün bunlar çox qürurverici hallardır. Ancaq bizlər bu günümüz, sabahımız gələcəyimiz üçün daim çalışmalıyıq. Bunun üçünsə bizim birliyimiz lazımdır! Güc birlikdədir!

-Azərbaycanlı gənclərin həmrəyliyi hansı səviyyədədir?

-Sankt-Peterburqda azərbaycanlılar bir-birilərinin problemləri ilə kifayət qədər xəbərdardır daim həmrəydirlər. Bizim mənəvi dəyərlərimiz, mentalitetimiz heç vaxt icazə verməz ki, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq bir-birimizə laqeyd yanaşaq. Düşünürəm ki, bu gün Rusiya kimi ölkədə bizlər daha çox bir-birimizə dəstək olmalıyıq, daha çox problemlərimizi bilib birgə həll etməliyik inamla deyə bilərəm ki, Şimal paytaxtında azərbaycanlılar bir-birinə olduqca həmrəydir. Ancaq sadəcə bir bölgədə yox, bütün Rusiyada bütün azərbaycanlılar bir-birinə dəstək olmalıdır.

-Siz təhsil aldığınız sahədə hansı yeniliklər etmək fikriniz var?

-Mən hal-hazırda çalışıram ki, təhsil aldığım ixtasımın bütün incəliklərini öyrənib daha dərindən mənimsəyim. Əlbəttə ki, daha sonra ixtisaslaşmış kadr kimi öz ölkəmdə çalışmaq istəyirəm. Təbii ki, diaspor işlərində fəal çalışacağam. Çünki mənə önəmli olan dövlətim Vətənimdir.

-Xaricdəki gənclərin daha aktiv olması birgə işləməsi üçün hansı işlər görülməlidir?

- Ümumiyyətlə, hansı ölkədə yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı öz ölkəsinin aynasıdır, təmsilçisidir. Ona görə düşünürəm ki, bu məsuliyyət biz xaricdə yaşayan azərbaycanlı gənclərin üzərinə düşür. Xaricdə yaşayan, təhsil alan biz gənclər daha sıx daha möhkəm bir araya gəlmək üçün mütəmadi olaraq dövlətimiz naminə gördüyümüz görəcəyimiz işlərdən xəbərdar olmaq üçün Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansını (Azerbaijan İnternational Youth Alliance) yaratdıq. Bu, Azərbaycanı xaricdə təbliğ etmək üçün gənclər platformasıdır. Burada bütün dünyadan Azərbaycanın nümayəndələri yığılıb. AİYA-nın əsas hədəfi kimi bizlər bütün dünyada Azərbaycanı tanıtmaq, birgə layihələr etmək, Azərbaycan mədəniyyətini, tarixini dünyaya yaymaqdır. Biz artıq iki layihə həyata keçirmişik. Birincisi, biz dünyada yaşayan bütün azərbaycanlıların həmrəyliyi ilə bağlı təbrik videoçarxı çəkdik. İkincisi, Xocalı soyqırımının dünyada tanınması ilə əlaqədar videomüraciət hazırladıq. Videomüraciətdə xaricdə təhsil alan yaşayan azərbaycanlı gənclər ingiliscəXocalıya ədalətistəyiblər. İtaliya, Fransa, Almaniya, Malaziya, ABŞ Böyük Britaniyadakı AİYA üzvləri öz müraciətlərində Xocalı soyqırımı haqqında məlumat verir dünya ictimaiyyətini bu faciəyə laqeyd qalmamağa səsləyirlər. Eyni zamanda videomüraciətdə Xocalı soyqırımı zamanı çəkilən şəkillər, bu hadisələr zamanı ermənilər tərəfindən öldürülən vətəndaşlarımızn statistikası göstərilir. Xatırladım ki, hər iki videomaterialımızyoutube”də yerləşdirilib onlara kifayət qədər baxış olub.

Bizim əsas məqsədimiz dünyaya gerçəkləri tarixi sübutlar əsasında tanıtmaqdır. Dünya qondarma erməni soyqırımını deyil, yaxın tarixdə baş vermiş, ermənilər tərəfindən törədilən Xocalı soyqırımını tanımalıdır. burdan xaricdə yaşayan bütün soydaşlarımıza sözüm odur ki, öncə ölkəmiz, dövlətimiz olsun. Bu gün biz gənclər Prezident İlham Əliyevə inanır onun uğurlu siyasətini dəstəkləyirik. Bizlər heç zaman yorulmayacağıq! Gün o gün olacaq ki, Azərbaycan bayrağının Qarabağımızda, Xocalımızda digər işğal olunmuş torpaqlarımızın səmasında dalğalandığını görəcəyik. O gün çox yaxındadır!

Fuad Hüseynzadə