İnkişaf innovativ düşüncə tələb edir

 

Altay İsmayılov: “Arizona Dövlət Universitetində “Azərbaycanın coğrafiiqtisadi imkanları” mövzusunda

seminar verdim

Azərbaycanda elmin inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi son dövrlərdə olduqca aktuallıq kəsb etməkdədir. Bu məsələlərə elmi yanaşma kontekstində, müxtəlif elm sahələrində ciddi tədqiqatların aparılması, elmi kadrların hazırlanması və onların cəmiyyətin ümumi inkişafına töhfə verməsi olduqca zəruridir.

Hazırda Azərbaycan dövləti elmin inkişafı üçün ciddiintensiv tədbirlər görür. Elmin İnkişafı Fondunun yaradılması, ayrı- ayrı milli donor qurumlar tərəfindən alimlərin, xüsusilə də gənc alimlərin layihələrinin maliyyələsdirilməsi, gənc tədqiqatçıların xaricə təkmilləşmə kurslarına göndərilməsi və s. məsələlər qeyd edilə bilər. Qafqaz Universiteti Dünya İqtisadiyyatı kafedrasının dosentiQafqaz Universiteti Tədqiqat Mərkəzlərinin rəhbəri dos. Altay İsmayılov da bu tədqiqatçılar siyahısındadır. ABŞ-ın dünyada tanınan “Fulbright” proqramı çərçivəsində tədqiqat aparmaq üçün 6 aylıq (sentyabr - mart aylarında) Amerikanın Arizona Dövlət Universitetində fəaliyyət göstərən alim apardığı tədqiqatla bağlı bizə layihə çərçivəsndə məlumat verdi.

 

İnkişaf etmiş ölkələr daha çox xidmət sahəsinə meyilli

olsalar da ...”

A.İsmayılov apardığı tədqiqatla bağlı məlumat verərkən Amerika iqtisadiyyatının inkişaf səbəblərini də göz önünə gətirdi: Amerikada olduğum 6 ay müddətində apardığım tədqiqatın mövzusu "İnnovativ ideyaların dəstəklənməsi və kənd təsərrüfatı sahəsinə tətbiqi sistemində Amerika təcrübəsi" (“How Do System of Supporting Innovative Ideas and Innovation Transfer in Agriculture work: US Experience for Azerbaijan) idi. Düşünürəm ki, iqtisadiyyat sahəsində fəaliyyət göstərməyən birinə, “Amerika iqtisadiyyatında kənd təsərrüfatının xüsusi bir rolu varmı?” sualını versək, ehtimal ki, yox cavabını alacağıq. Çünki, məlumdur ki, inkişaf etmiş ölkələrdə daha çox xidmət sektoru ön plandadır. Ancaq bununla birlikdə Amerika iqtisadiyyatında kənd təsərrüfatı da kifayət qədər inkişaf edib”.

Amerikanın kənd təsərrüfatı sahəsində əldə etdiyi nəticəni Altay müəllim belə açıqladı: “ Tədqiqat müddətində belə bir qənaətə gəldim ki, ümumiyyətlə, burada insanlar bütün məsələlərə innovativ yanaşır, fərqli metodlar ortaya qoyurbu yolla təsərrüfatı inkişaf etdirirlər. Hətta məhsulu bazara çıxarmadan gəlir götürən bir təsərrüfatçı ilə tanış oldum. O mənə belə bir açıqlama verdi: “Mən bu sitrus plantasiyasından çıxmadan minlərlə ifadə olunan müştəri kütləsi əldə etmişəm. Həmin müştəri kütləsinin hər həftəsonu ailəvi olaraq bu plantasiyada qonaqlanması üçün müəyyən şərait yaratmışam . Bu, xüsusilə inkişaf etmiş ölkədə şəhərdə yaşayan insanların ehtiyacıdır. Çünki bu ölkələrdə şəhər mühitində böyüyən uşaqlar hansı fəslin hansı meyvə- tərəvəzin fəsli olduğunu dəqiqliklə bilmir, ancaq kitablardan öyrəndikləri məlumatlar buna kifayət etmir. Çünki marketlərdə, bazarlarda ilin bütün fəsillərində istədikləri zaman istənilən məhsulu əldə edə bilirlər. Ona görə də ailələr bəzi həftə sonlarını burada dəyərləndirirlər ki, həm istirahət etsinlər, həm meyvə toplasınlar, həm də özləri və uşaqları məlumatlansınlar. Bəzən bir neçə gün burada qalan qonaqlarımız da olur. Mənə də ona görə sərf edir ki, gedərkən mənim yetişdirdiyim məhsuldan da kifayət qədər alaraq gedirlər. Bu şəkildə təsərrüfatçının özünü yormadan və əlavə işçi də çalışdırmadan gəlir əldə etdiyinin şahidi oldum. Bu, bir növ aqrar turizmdir. Demək istədiyim odur ki, insanlar bütün sahələrdə düşünərək yeni və fərqli metodlar ortaya qoya bilərlər. Bu da təsərrüfatın inkişafında innovasiya deməkdir. Çünki müasir dövrdə inkişaf innovativ düşüncə tələb edir”.

 

Gördüyümüz metodların Azərbaycanda da tətbiq olunması üçün fikirlərimiz var

A.İsmayılov kənd təsərrüfatında Amerika elmi təcrübəsi ilə tanış olduqdan sonra bu üsulların Azərbaycanda da tətbiq olunması üçün fikirlərini bizimlə bölüşdü: “Mən istərdim ki, orada görüb şahidi olduğum təsərrüfat metodlarının Azərbaycanda da tətbiqinə nail olaq. Bunun ilkin olaraq maarifləndirici fəaliyyət ilə həyata keçirilə biləcəyini düşünürəm. Bu sahədəki təcrübənin yayılması elmi tədqiqatların təqdimatı şəklində elmi tədbirlərdə, jurnallarda, publisistik olaraq isə ümumilikdə mətbuat yolu ilə mümkün ola bilər. Misal olaraq bir nümunə gətirmək istəyirəm. Artıq bir ənənə halında hər il Qafqaz Universiteti tərəfindən İqtisadi Forum keçirilir. Məlumdur ki, bu il də cənab Prezident İlham Əliyev tərəfindən ölkədə “Kənd Təsərrüfatı ilielan olundu. Forumun idarə heyətinə təklif etdim ki, bizbuilki forumu kənd təsərrüfatına həsr edərək orada innovativ kənd təsərrüfatı məsələsinə xüsusi seksiya ayıraq. Bu seksiyada kənd təsərrüfatında innovativ ideyaları müzakirə edək və mənim müşahidə etdiyim Amerika elmi təcrübəsini də burada təqdim edək. Sağ olsunlar, bu ideya qəbul edildiİqtisadi Forumun builki müzakirə mövzusunun kənd təsərrüfatı olmasına qərar verildi”.

 

Pedaqoji təcrübə

istiqamətində fəaliyyət

 

İqtisadçı alim A.İsmayılov hər nə qədər Amerikaya tədqiqat məqsədilə getmiş olsa da, pedaqoji təcrübəyə də zaman ayıra bildiyini qeyd etdi: “Amerikaya əsas gediş məqsədim tədqiqat xarakterli olsa da, zamandan istifadə edib pedaqoji təcrübəyə də vaxt ayırdım. Bakalavr səviyyəsində tədris təcrübəsini görmək məqsədilə semestr boyunca bir neçə fərqli dərsdə iştirak etdim. Digər tərəfdən isə əsas yaralı yerimiz olan ictimai elmlərdə müasir standartlarda tədqiqat metodologiyasının doktorantura pilləsindəki tələbələrə, yəni gələcəyin ailmlərinə necə mənimsədildiyini görmək məqsədilə o səviyyədəki dərslərdə, seminarlarda, dəyirmi masalarda iştirak etdim. Bunun da müəyyən standartlarda tədqiqat aparmaq təcrübəsini görmək baxımından çox faydalı fəaliyyət olduğunu düşünürəm”.

 

Amerika təhsili

və təcrübəsi

Amerika təhsili haqqında danışarkən Altay müəllim oradan yüksək təəssüratla geri qayıtdığını bildirdi: “Orada olduğum müddətdə həm bakalavr, həm də magistratura-doktorantura təhsil pillələri ilə yaxından maraqlandım. İlkin olaraq diqqətimi çəkən tələbələr üçün yaradılan şəraitin yüksək səviyyədə olması idi. Onların aktiv olan sosial həyatı ilə dərs çalışma proqramları bir cismin iki üzü kimi bir-birinə mane olmadan davam edir. Həftəiçi günlərdə dərslərinə ağırlıq verdikləri kimi, həftə sonları da sosial fəaliyyətlərlə məşğul olurlar. Qeyd etmək yerində olardı ki, ümumiyyətlə, Amerikada adamları və ya məşğul əhali dediyimiz kateqoriyadakı insanlar tez yatıb, tez qalxmağa üstünlük verirlər. Belə ki, axsam saat 22:00-dan sonra ayaqda, səhər saat 05:00 radələrindən sonra isə yataqda qalmamağa diqqət edirlər. Mən adətən birgə çalışdığımız professorlardan elektron məktublara səhər bu radələrdə cavab alırdım.

İki ölkə arasındakı təhsil fərqlərinə gəlincə müsahibimin cavabı belə oldu: “İstənilən inkişaf etmiş ölkənin özünə görə əskik və ya üstün cəhətləri ola bilər. Qafqaz Universiteti ilə Amerika universitetlərini də təhsil baxımından müqayisə edərkən, təbii ki, müəyyən üstünlüklər və ya fərqliliklər gördüm. Amma qeyd etmək yerində olardı ki, təhsilin bakalavr pilləsi baxımından Qafqaz Universitetinin Amerikanın top universitetləri xaric, digər universitetlərindən çox geri qalmadığı qənaətindəyəm. Tədqiqat sahəsində isə, xüsusilə ictimai elmlərdəki tədqiqat metodları baxımından orada bir çox üstünlüklər müşahidə etdim”.

A.İsmayılov Azərbaycan diasporunun Amerikadakı fəaliyyəti ilə bağlı bir neçə məqama da diqqət çəkdi: “Amerikada olduğum müddətdə Azərbaycanın oradakı diaspor fəaliyyəti ilə də maraqlandım. Orada olduğum zaman Arizona ştatı “Xocalı soyqırmı” ilə əlaqəli əhəmiyyətli qərar qəbul etdi. Belə ki, Arizona ştatı ermənilərin Azərbaycana qarşı törətdiyi soyqırımını tanıyan 16- cı ştat oldu. Təbii ki, bu da oradakı diaspor fəaliyyətinin bir nəticəsidir. Ancaq bununla belə düşünürəm ki, bu fəaliyyətləri daha da genişləndrmək mümkündür”.

Müsahibimiz seminarların birində Azərbaycanla bağlı məlumat verdiyinibildirdi: “Həmçinin orada olduğum müddətdə Arizona Dövlət Universitetində Azərbaycanla bağlı seminar verdim. Seminarın mövzusu “Azərbaycanın coğrafiiqtisadi imkanları” idi. Bu seminarın xüsusilə ölkəmizin potensialının və imkanlarının xarici vətəndaşlara tanıdılması istiqamətində faydalı bir fəaliyyət olduğuna inanıram”.

 

İlkin AĞAYEV

Palitra.-2015.-21 may.-S.11.