“Oyunların keçiriləcəyi bütün məkanlar etibarlı rabitə və
yüksəksürətli internetlə təmin olunacaq”
Müşfiq Əmirov:
“Yarışların Beynəlxalq Yayım Mərkəzinə
optik kabellər vasitəsilə ötürülməsi və
buradan alternativ olaraq “Azərspace-1” peyki vasitəsilə
yayımın təşkili nəzərdə tutulur”
“Bakı 2015” I Avropa Oyunları yaxınlaşır və Oyunların yüksək səviyyədə təşkili ilə bağlı müvafiq qurumların üzərinə mühüm vəzifələr düşür. Qısa dövr ərzində ölkəmizin idman infrastrukturu müasir standartlara uyğun yenidən qurulub, çoxlu sayda beynəlxalq miqyaslı idman obyektləri yaradılıb, təhlükəsizlik, nəqliyyat, qonaqların və idmançıların yerləşdirilməsi və digər məsələlər istiqamətində işlər həyata keçirilib. Avropa ailəsinin Azərbaycana böyük etimadının göstəricisi olan I Avropa Oyunları ilə bağlı mühüm vəzifələrdən biri də Rabitə və yüksək texnologiyalar Nazirliyinin üzərinə düşür. Müsahibimiz rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı məlumat verdi:
- Avropa
xalqları ailəsi üçün tam yeni idman
erasının təməlini qoyacaq I Avropa Oyunlarına Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi
hansı tədbirlər həyata keçirir?
- Mötəbər və nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi təcrübəsi qazanan Azərbaycan daha bir əlamətdar tarixin astanasındadır. Belə ki, Avropa xalqları ailəsi üçün tam yeni idman erasının təməlini qoyacaq I Avropa Oyunlarını keçirmək hüququ məhz Azərbaycana verilib. Onu da əlavə edək ki, bu gün beynəlxalq idman ictimaiyyəti “Bakı 2015” I Avropa Oyunlarının keçirilməsinə doğru atılan tarixi addımları yüksək qiymətləndirir.
I Avropa Oyunlarının layiqincə keçirilməsini təmin etmək məqsədi ilə digər qurumlarla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) üzərinə də mühüm vəzifələr düşür. Bu vəzifələrin icrası rabitə və yüksək texnologiyalar nazirinin rəhbərliyi və nəzarəti ilə yerinə yetirilir. Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində yaradılmış İşçi Qrupu Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün ayda bir dəfə iclas keçirilməklə tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir. Bundan başqa, “Bakı 2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BAOƏK) dövlət orqanları ilə yüksək səviyyədə səmərəli əməkdaşlığın qurulması və tərəflərin birgə fəaliyyət prosesinə uyğunlaşdırılması məqsədilə yaradılmış İnteqrasiya Qrupunun ayda bir dəfə keçirilən iclaslarında iştirak edilir. İnteqrasiya Qrupunun “Oyunlar əməliyyatları həyatında bir gün” adlı dəyirmi masa təlimində oyunların bir günündə bir sıra hadisələr simulyasiya edilir və Oyunlara nəzarət edən əməliyyat qruplarının bu hadisələrə reaksiyası və tədbirləri müşahidə edilərək qrupların oyunlar zamanı öz funksiyalarının icrasına hazırlıqları yoxlanılır. Oyunlar zamanı məkanlara giriş üçün işçilərin akkreditasiyadan keçirilməsi tələb olunur ki, bununla bağlı müvafiq işlər görülür və BAOƏK tərəfindən mütəmadi olaraq keçirilən təlimlərdə iştirak edilir.
- “Bakı 2015” I Avropa Oyunları ilə bağlı nazirliyin üzərinə rabitə ilə
bağlı hansı tələblər düşür?
- “Bakı 2015” I Avropa Oyunları ilə bağlı RYTN-in üzərinə düşən rabitə ilə bağlı tələblərə gəlincə, rabitə xidmətlərinə olan tələbatlar “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə RYTN-də mütəmadi müzakirələr nəticəsində müəyyənləşdirilib. I Avropa Oyunlarının keçiriləcəyi oyun məkanlarının və təşkilati binaların BAOƏK-in tələbatına uyğun dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsinə dair layihələr işlənib hazırlandı. Tələbata müvafiq olaraq, ümumilikdə 252550 metr optik kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb. Mingəçevir şəhərində keçiriləcək kanoe-sprint idman yarışının yayımının təşkili üçün iki ədəd 2 GB əsas və alternativ yollarla “Kür” idman mərkəzindən BAOƏK-in data mərkəzlərinə FHN, DİN və “Azərenerji”nin optik resurslarından istifadə etməklə rabitə təşkil edilib.
Eyni zamanda, Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinq sisteminin quraşdırılması nəzərdə tutulur. Oyun və təşkilati məkanların dayanıqlı və yüksəksürətli internet rabitəsi ilə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Həmçinin Radio Rabitə Xidmətlərinin təşkili təmin edilib, Oyunların keçiriləcəyi dövr ərzində oyun və təşkilati məkanlardan TV yayımın etibarlı şəkildə təşkilinin təmin edilməsi üçün yüksək parametrlərə malik optik kabellər ayrılıb. Oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması üçün sayt yaradılıb və tələb olunan tezliklərin təminatı üçün tədbirlər görülüb.
- Mobil
rabitənin təşkili istiqamətində hansı tədbirlər
həyata keçirilir?
- I Avropa Oyunlarının təşkili üçün rabitə sahəsində görüləcək digər işlərə gəlincə, buraya oyun və təşkilati məkanların mobil rabitə xidmətləri ilə təmin edilməsi daxildir. “AzercellTelekom” MMC tərəfindən Milli Gimnastika Arenası və Olimpiya Stadionunda, “Bakcell” MMC (Azərkonnekt) tərəfindən Su İdmanı Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında yeni binadaxili sistem quraşdırılaraq məkanlar mobil rabitə xidmətləri ilə təchiz edilib. Quraşdırılan daxili mobil rabitə sistemlərindən hər üç operatorun istifadəsi nəzərdə tutulub. Digər oyun və təşkilati məkanlarda mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib. Eyni zamanda sosial layihələrdə yaxından iştirak edən “Nar Mobile” ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edir.
Nazirliyin vəzifələri sırasına Oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. I Avropa Oyunlarının keçiriləcəyi məkanlar və təşkilati binalarda istifadəsi üçün tələb olunan radiotezliklər artıq müəyyən edilib. Belə ki, bunun üçün təxminən 7000-8000 radiotezlik kanalı tələb olunur. Tələb olunan radiotezliklərin RTDK və DRİ tərəfindən inventarizasiya olunaraq, boş radiotezliklərin ayrılması və zərurət yaranarsa, istifadədə olan radiotezliklərin qısa müddətə müvəqqəti boşaldılaraq Oyunların keçiriləcəyi vaxt ərzində ayrılması da nəzərdə tutulur.
Radiotezliklərin monitorinqinin təşkili üçün avadanlıqlar
da vacibdir. Radiotezliklərin müdafiəsinin təşkili
ilə bağlı mobil sistemlər üçün xüsusi
təchiz edilmiş 2 avtomobil alınıb və daha 3 avtomobilin yaxın günlərdə Bakıya
gətirilməsi nəzərdə
tutulur. Buraya, həmçinin mobil sistem üçün
yüksək radiotezlikli
qəbuledici və analizatorlar, müxtəlif
tip (istiqamətlənmiş, istiqamət və yer təyinetmə, radiomonitorinq üçün)
antenfider dəstləri,
analizatorların yüksək
tezlikli antenlərlə
uzlaşmasını təmin
edən modullar, portativ analizatorlar daxildir. Qeyd olunan nəqliyyat
vasitələri və
texniki avadanlıqların
istifadəsi üzrə
avadanlıqlarla işləyəcək
qruplara treninqlərin keçirilməsinə başlanılıb.
- Oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili
üçün hansı
işlər görülür?
- Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının
etibarlı şəkildə
təşkilinin təmin
edilməsi də
RYTN-in üzərinə düşən
vacib məsələlərdəndir.
Bu məqsədlə oyun və təşkilati
məkanlardan birbaşa
TV yayımının təşkili
üçün şəbəkənin
qurulması işləri
aktiv davam etdirilir. Eyni zamanda oyun məkanlarındakı
yarışların Beynəlxalq
Yayım Mərkəzinə
optik kabellər vasitəsilə ötürülməsi
və buradan alternativ olaraq “Azərspace-1”
peyki vasitəsilə yayımın təşkili
nəzərdə tutulur.
- İnformasiya
təhlükəsizliyi və
kibertəhlükəsizlik necə
təmin ediləcək?
- İnformasiya Təhlükəsizlik
Qrupu, Məlumatların
qorunması, informasiya
təhlükəsizliyi və
kibertəhlükəsizliyin təmin edilməsinə diqqət gücləndiriləcək.
Oyunlardan öncə və oyunlar zamanı kibertəhlükəsizlik və
informasiya təhlükəsizliyinin
təmin edilməsi məqsədilə İnformasiya
Təhlükəsizliyi İdarəetmə
Qrupu yaradılıb və qrupun ayda bir dəfə
təşkil edilən
iclaslarında RYTN-in nümayəndələri
də iştirak edir. Məlumatların qorunması, informasiya
təhlükəsizliyi və
kibertəhlükəsizliyin təmin edilməsi məqsədlə Oyunların
keçirildiyi dövrdə
dövlət əhəmiyyətli
saytların müdafiəsinin
gücləndirilməsidir. Həmçinin “Bakı 2015” üzrə
internetin təşkilində
bulud sistemindən istifadə edilməsi, müvafiq saytların nəzarətdə saxlanılması,
kibertəhlükəsizlik riskləri
və hər hansı hazırkı, yaxud gələcək təhlükələr üzrə
qabaqlayıcı tədbirlərin
görülməsi də
nəzərdə tutulur.
Onu da qeyd edim
ki, “Bakı 2015” I Avropa Oyunlarına həsr olunan markalar dövriyyəyə
buraxılıb
Oyunlara həsr
edilmiş poçt markasının hazırlanması
və istifadəsi də mühüm məsələlərdən biridir. Bu məqsədlə, “Azərmarka”
tərəfindən “Bakı
2015” I Avropa Oyunlarının
rəsmi loqosundan istifadə etməklə markaların hazırlanmasında
istifadəyə dair
BEGOC-la razılaşma əldə
olunub və artıq markaların I bloku təqdim edilib. Hazırda artıq hazırlanmış
markaların II blokunun
təqdimatının keçirilməsi
üzrə işlər
davam etdirilir. Qeyd olunanlardan əlavə olaraq, müxtəlif açıqca, buklet və Oyunlarla bağlı kitabçaların
da hazırlanması üzrə danışıqlar
davam etdirilir.
Nigar Abdullayeva
Palitra.-2015.-21 may.-S.5.