Çexiya və Azərbaycan təhsil sistemləri arasında xeyli oxşarlıqlar tapmaq olar

 

Əbdül Əliyev: “Çexlər bizdən Azərbaycana getmək və “Bakı-2015”ə baxmaqla bağlı məlumatlar toplayır”

 

Azərbaycan elm və təhsilinin dünyada tanınmasında xaricdəki ictimai birliklər də əhəmiyyətli işlər görürlər. Bu baxımdan Çex-Azərbaycan İctimai Birliyi (Cesko-Azerbajdzansky Spolek) də aktivlik göstərir. Qeyd edək ki, bu ictimai birlik Çexiyada yaşayan və təhsil alan azərbaycanlılar və digər xarici vətəndaşlardan ibarət olan bir komanda formalaşdırıb. İdarə heyəti isə hal-hazırda 3 nəfərdən ibarətdir. Təşkilat Çexiyada yaşayan azərbaycanlılar tərəfindən və Azərbaycan Respublikasının Çexiya Respublikasındakı səfirliyinin dəstəyi ilə təsis edilib. Müsahibimiz Çex-Azərbaycan İctimai Birliyinin sədri Əbdül Əliyevdir.

 

-Öncə özünüz haqda məlumat vermənizi istərdik...

-Mən 9 oktyabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşam. 1993-cü ildə Bakı şəhər 46-saylı orta məktəbin 1-ci sinfinə getmişəm. Təhsil aldığım müddətdə dəfələrlə olimpiadalarda iştirak edibcoğrafiya üzrə 1-ci yerlər tutmuşam. Həmçinin 10-11-ci siniflərdə basketbol üzrə məktəb yığmasının kapitanı olmuşam və komandanın Nəsimi rayonu üzrə dəfələrlə yüksək yerlər tutmasında köməklik etmişəm. 2004-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm və həmin il də Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisasına daxil olmuşam. 2008-ci ildə universiteti bitirmişəm Bakı Dövlət Universitenin magistr pilləsinə daxil olmuşam. Həmin il akademik məzuniyyət götürərək Azərbaycan Silahlı Qüvvəllərində xidmət keçmişəm. Ordu sıralarında xidmətimə görə təşəkkür məktubu almışam. Hərbi xidmətdən qayıdandan sonra təhsilimi davam etdirmişəm 2012-ci ildə Qırmızı diplomla Bakı Dövlət Universitetinin Milli təhlükəsizlik siyasi strategiya üzrə magistr pilləsini bitirmişəm. 2010-2011-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında təcrübə keçmişəm. 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət şöbəsində aparıcı-ekspert vəzifəsində işləmişəm. İşləyən müddətdə məsləhətçi vəzifəsindən böyük-məsləhətçi daha sonra aparıcı-ekspert vəzifəsinə qədər yüksəlmişəm. Hal-hazırda Praqa şəhərində yerləşən Karlov Universitetinin magistr pilləsində Beynəlxalq iqtisadi siyasi elmlər ixtisası üzrə təhsil alıram. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqram”ının mükafatçısıyam. 2014-ci ilin dekabr ayından təşkilatın üzvü Çex-Azərbaycan İctimai Birliyinin sədriyəm.

-Çex-Azərbaycan İctimai Birliyinin məqsədi nədən ibarətdir?

-Bizim məqsədimiz Avropada yaşayan azərbaycanlıların avropalıların ictimai təşkilatın bütün sahələri üzrə əhatə edən fəaliyyətlərini koordinasiya etməkdir. Eyni zamanda çex cəmiyyətində Azərbaycan maraqlarının qorunması təbliği, o cümlədən ölkəmizə rəğbətin artırılması məqsədilə Çexiya Respublikasında təhsil alan yaşayan soydaşlarımızın səfərbər həmrəy olmasına dəstək olmaqdır.

Aparıcı Çexiya universitetləri ilə müxtəlif xarakterli layihələr, tədqiqat mərkəzləri digər ictimai-önəmli strukturlarla işlərin inkişafına qurulmasına çalışır, mədəni, siyasi iqtisadi sahələrdə müxtəlif xarakterli layihələr üzrə birgə fəaliyyəti göstəririk. Öz fəaliyyəti ilə Çex-Azərbaycan İctimai Birliyi iki millət arasında dialoqun inkişafına bütün sahələr üzrə daha da dərin əlaqələr qurulmasına xidmət edir.

Qeyd eləmək lazımdır ki, fəaliyyətinin əsas tezisi şübhəsiz ki, Azərbaycanın milli maraqlarını qoruyub saxlamaq üçüncü qüvvələrin iki millət arasında hər hansı bir xələl gətirmək istəyini, operativ şəkildə qarşısını almaqdır.

-Azərbaycan elm təhsili hansı cəhətləri ilə Çexiya ilə müqayisə oluna bilər?

-Çexlər öz təhsil sistemlərinin tarixini 863-cü ildə Moraviyalı Rastislavın Kiril Mefoniyi dəvət etməsindən başlayırlar. IV Karlın təşəbbüsü ilə 1348-ci ildə Mərkəzi Avropanın ilk universiteti məhz Praqada qurulur. XVIII əsrin ortasında artıq 6-12 yaş arası uşaqlar üçün məktəbə getmək məcburi xarakter alır. Qısa haşiyədən göründüyü kimi, Çexiya Avropanın təhsil sahəsində qədim ənənələrə malik ölkələrindən biridir. Bununla belə, müasir Çex təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında xeyli oxşarlıqlar tapmaq olar. Bu, bir tərəfdən ölkəmizin qatıldığı Boloniya prosesi,digər tərəfdən isə qloballaşmanın gətirdiyi təhsil sahəsindəki institusional mənimsəmələrlə bağlıdır. Misal kimi “Youth exchange”, “Erasmus programme”, onlayn sistemi təqdimatlar. Digər Avropa ölkələrindən fərqli olaraq burada da təhsil kursunu bitirdikdən sonra diplom müdafiəsi dövlət imtahanlarını vermək vacibdir, bu sistem postsovet ölkələrinə xas olan bir xüsusiyyətdir.

- Çexiyada təhsil alan azərbaycanlılara kimi dəstək olursunuz?

-Çexiyada təhsil alan tələbələrimizə bir sıra sahələrdə yardımçı olmağı təşkilatımız qarşısında əsas məqsəd qoymuşuq. Belə ki, yeni gələn tələbələrimizi Çexiyanın milli-mənəvi dəyərləri, habelə yaşayış tərzi ümumi təhsil sistemi barədə məlumatlandırırıq. Sənədləşmə uyğun yaşayış yerlərinin tapılmasına dəstək oluruq. Hazırda təhsil alan tələbələrin aktual problemləri ilə yaxından tanış olaraq yardım etmək məqsədilə mütəmadi görüşlər keçiririk. Çex azərbaycanlı tələbələrin sosial, siyasi ictimai sahələrdə fəal iştiraklarını təmin etmək məqsədilə təşkilatımızın fəaliyyətinə cəlb edirik, müxtəlif təlimlər keçiririk. Həmçinin hazırda təşkilatımızın üzvləri olan Çexiyada fəaliyyət göstərən şirkətlərdə işləyən həmkarlarımızın vasitəsilə həmin tələbələrə müvafiq sahələrdə təcrübə keçməyə şərait yaradırıq.

Qeyd etmək istərdim ki, bizim fəaliyyətimiz yuxarıda sadalanan sahələrlə bitmir, təşkilat olaraq azərbaycanlı xarici tələbələrin görüş ideyalarını müzakirə edib, həyata keçirilməsinə dəstək olmağa hər zaman hazırıq.

-İlk Avropa Oyunlarının Çexiyada təbliği istiqamətində hansı işlər görürsünüz?

- Qısa müddətdə təşkilat tərəfindən bir neçə layihələrin keçirilməsi planlaşdırılmışdı. Artıq həmin layihələrin həyata keçirilməsinə start verilib. Universitetlərdə tələbələrimiz bu Oyunlarla bağlı maarifləndirmə təbliğat işləri aparır, “Bakı-2015”lə bağlı xüsusi təqdimatlar göstərirlər. Həmçinin may ayında Çexiya Respublikasında xokkey üzrə dünya birinciliyinin keçirilməsini nəzərə alaraq, həmin turnir müddətində Bakıda keçiriləcək ilk Avropa Oyunları haqqında Praqa şəhərində reklam-plakatları, banerlər flayerlərin paylanmasını təşkil etmişik.

Bildirmək istərdim ki, Çexiyanın mətbuatında ilk Avropa Oyunları geniş işıqlandırılır, açılış mərasimində yüksək vəzifəli rəsmi şəxslərin Bakıda iştirakı gözlənilir. Səfirlik bu sahədə müvafiq işlər görür, biz isə yardım göstərməyə çalışırıq. İlk Avropa Oyunları ilə bağlı təbliğat xarakterli tədbirlər görüşlər hazırda da keçirilməkdədir. May ayının 21-də ilk Avropa Oyunları ilə bağlı səfirlikdə növbəti tədbir keçirildi.

-Çexlərin Avropa Oyunlarına marağı necədir?

-Çexlərin Avropa Oyunlarına böyük marağı var. Onlar ölkənin ən güclü idmançılarından ibarət komandanı Bakıya aparırlar. Aralarında hətta, Olimpiya çempionları da var. Yerli əhali isə bizdən Azərbaycana getmək bu oyunlara baxmaqla bağlı məlumatlar toplayır.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-22 may.-S.11.