“Bakı-2015” gənclərdə və yeniyetmələrdə idmana marağı daha da artırır”

 

Rəşad Rəhmanov: “ Bu önəmli işdə dövlətimizi dəstəkləyirik”

 

Bütün regionlarda “Bakı-2015”ə hazırlıq gedir. Çünki bu, beynəlxalq tədbirdir ilk dəfə olaraq ölkəmizdə keçiriləcək. Milyonlarla insan bu Oyunlara tamaşa edəcək. Siyəzən rayon YAP Gənclər Birliyinin sədri Rəşad Rəhmanov qəzetimizə müsahibəsində bu haqda düşüncələrini bildirdi.

- Öncə bir gənc olaraq, ilk Avropa Oyunları ilə bağlı fikrinizi bildirmənizi istərdik.

-Çox əlamətdar hadisədir ki, Avropa Oyunları ilk dəfə məhz Azərbaycanda keçirilir. Bir gənc olaraq mən fəxr edirəm ki, bu əlamətdar idman yarışına şahidlik edəcəm. Buna görə iftixar hissi keçiririk. Bu Oyunların respublikamızda keçirilməsi xalqımız dövlətimiz üçün böyük önəm kəsb edir.

Həm ölkəmizin dünya səviyyəsində tanıdılması, həm sosial, iqtisadi, siyasi inkişaf cəhətdən yüksək səviyyəli bir dövlət olduğumuzu göstərmək baxımından əhəmiyyətli tədbirdir. Təsadüfi deyil ki, bu Oyunların məhz Azərbaycanda keçirilməsi bəzi dövlətlər tərəfindən birmənalı qarşılanmır. Azərbaycana gələcək olan qonaqlarda ölkəmiz haqqında fikir formalaşacaq. Haqqımızda bədnam fikirlər yaymağa çalışanların planları suya düşəcək.

-“Bakı-2015” bizə verəcək?

- Təbii ki, ölkəmizi, mentalitetimizi tanıtmaq baxımdan bu, qürurverici işdir. Azərbaycan dünya səviyyəsində tolerant, yüksək səviyyədə inkişaf etmiş, ən əsası, verilən vədləri vaxtında layiqincə yerinə yetirən bir dövlət kimi tanınacaq.

Biz qonaqlarda dövlətimiz haqqında düzgün fikir yarada biləcək haqq səsimizi bu yolla hər ölkəyə çatdıra biləcəyik. Başqa bədnam dairələrin qarayaxmalarına baxmayaraq, gələn qonaqlarda ölkəmiz haqqında düzgün fikir formalaşacaq. Biz gənclər öz işimizi düzgün qurmalıyıq ki, hər istiqamətdə fəaliyyətimiz uğurlu alınsın. Gənclər olaraq bu önəmli əhəmiyyətli işdə dövlətimizi dəstəkləyirik. Rayon əhalisi böyük bir coşqu həyəcanla bu Oyunları gözləyir. Çünki dünya səviyyəsində keçiriləcək bir ilki məhz biz yaşayacağıq. 5 iyun tarixində Siyəzən rayonunda ilk Avropa Oyunlarının məşəli alovlanacaq.

-“Bakı-2015”lə bağlı rayonda hansı işlər görülür?

- Günü-gündən gözəlləşən rayonumuzda yenidən abadlıq yaşıllaşdırma işləri davam etdirilir. Qonaqların qəbul edilməsi ilə bağlıQalaaltısanatoriyası müasir tələblərə uyğun şəkildə yenidən qurulub. Eyni zamanda məktəblərdə digər müəssisələrdə maarifləndirmə təbliğat işləri aparılır.

-Bu Oyunların gənclərin düşüncəsinə kimi təsiri var?

-Bu Oyunlar gənclərdə yeniyetmələrdə idmana marağı daha da artırır. Bunun da məntiqi nəticəsi olaraq onların qazandığı uğurları misal göstərmək olar. Biz gənclər yeniyetmələri məktəblərdə tez-tez təşkil etdiyimiz tədbirlərdə mütəmadi olaraq bu istiqamətdə maarifləndiririk. Onlara ilk Avropa Oyunlarının əhəmiyyəti nəticələri haqqında söhbətlər aparır, dəyirmi masalar təşkil edirik.

 

 

Fuad Hüseynzadə

Palitra.-2015.-23 may.-S.10.