“Güclü təhsil
almamız və Vətənə ixtisaslı kadr
kimi dönməmiz vacib
şərtdir”
Layihə çərçivəsində
növbəti mövzumuz xaricdə təhsillə
bağlıdır. Bu gün
dünyanın aparıcı universitetlərində yüzlərlə
gəncimiz təhsil alır. Bütün bunlar bir daha
onu göstərir ki,
gənclərimizin öz bilik
və bacarıqlarını üzə
çıxarmalarına, potensiallarını effektli
reallaşdırmalarına, cəmiyyətdə layiqli yer tutmalarına münbit şərait yaradılıb. Təbii
ki, gənclərimiz bu
etimadı layiqincə dəyərləndirməli və
yaradılmış şəraitdən səmərəli
istifadə etməlidirlər.
Son 8 ildə Dövlət Proqramı
çərçivəsində 3184 azərbaycanlı gənc
xaricdə təhsil alıb
“2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə”
Dövlət Proqramı çərçivəsində bu günə kimi 3184 nəfər
xaricdə təhsil alıb.
Proqram çərçivəsində son 2 ildə seçilmiş 572 tələbədən 330 nəfər magistratura, 45 nəfər doktorantura, 65 nəfər dissertantura pilləsində təhsil almaq hüququ qazanıb. Hazırda “2016-2020-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsil üzrə” yeni Dövlət Proqramının hazırlanması istiqamətində işlər aparılır. Bu layihədə ali təhsil müəssisələri üçün elmi kadrların yetişdirilməsi, ali məktəb müəllimlərinin təcrübə keçmə və ixtisasartırma, professor-müəllim heyətinin mübadiləsinə mühüm yer verilib. Onu da qeyd edək ki, 2014/2015-ci tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 2911 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 63,9 faizi Bakı, 36,1 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən məktəblərin məzunlarıdır. Tələbələrin əksəriyyəti Türkiyə, Birləşmiş Krallıq, Almaniya və Rusiyanın ali təhsil müəssisələrində təhsil alır.
Hazırda 2015-2016-cı tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na qəbul üzrə sənəd qəbulu davam edir. Təhsil Nazirliyinin məlumatına görə, 15 aprel tarixindən başlayan sənədlərin qəbulu 15 iyul tarixləri ərzində elektron ərizə vasitəsilə həyata keçiriləcək. Müsabiqədə iştirak üçün müraciətlər şəxsən Təhsil Nazirliyinə gəlməklə və ya sənədləri poçt vasitəsilə nazirliyə göndərməklə deyil, məhz elanın tələblərinə uyğun olaraq elektron qaydada qəbul edilir. Dövlət Proqramı təqaüdçüləri bakalavr pilləsi üzrə 29, magistratura, doktorantura və rezidentura pillələri üzrə 35 yaşınadək olan Azərbaycan vətəndaşları sırasından seçilir. Onu da qeyd edək ki, müsabiqədə əsas üstünlük bakalavrdan sonrakı təhsil səviyyələri üçün I dərəcəli prioritet ixtisas istiqamətləri üzrə müraciət edən iddiaçılara veriləcək. Bakalavr səviyyəsi üzrə müraciət edən iddiaçıların müraciətlərinin qəbulu və seçimi müvafiq qaydalarda nəzərdə tutulmuş tələb əsasında həyata keçiriləcək. Müsabiqənin nəticəsində namizədlikləri müsbət qiymətləndirilən iddiaçıların siyahısı təsdiqlənmək məqsədilə Təhsil üzrə Komissiyaya göndəriləcək, nəticələr Təhsil Nazirliyinə daxil olduqdan sonra “Dövlət Proqramı təqaüdçüsü” adına layiq görülmüş şəxslər dərhal əlaqə vasitələri və eyni zamanda elektron ərizə vasitəsilə məlumatlandırılacaqlar. Sənəd qəbulunun iyulun 15-də başa çatacağını nəzərə alaraq, TQDK-nın bakalavr səviyyəsi üzrə qəbul imtahanlarında (14-25 iyul 2015) iştirak edəcək namizədlər yalnız elektron ərizələrini son sənəd qəbulu tarixinə qədər təsdiqlətdikləri və sözügedən imtahanlarda tələb olunan balı (texniki sahələr üzrə 550-dən, digər sahələr üzrə 600-dən yuxarı) topladıqları təqdirdə, müvafiq bala dair arayışı avqustun 1-dək elektron ərizələrinə əlavə etdikləri halda, qısa zamanda müsahibəyə dəvət ediləcəklər. Qeyd edək ki, prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilib. Bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə veriləcək. 2015-2016-cı tədris ili üçün gənclər Dövlət Proqramına yalnız müəyyən olunmuş prioritet ixtisas istiqamətləri üzrə müraciət edə biləcəklər. Eyni zamanda, 2015-2016-cı tədris ili üçün Dövlət Proqramına namizədlərin seçimi prosesində təhsillərini xarici ali təhsil müəssisələrinin magistratura və doktorantura səviyyələrində davam etdirmək istəyən gənclər üstünlüyə malik olacaqlar.
“Hər hansı xarici ölkəyə gedən bir
tələbə üçün böyük şanslar
yaranır”
Bu gün xaricdə təhsil alan gənclərimiz bu təhsil formasını necə dəyərləndirirlər?
Mersin Universitetinin tələbəsi Nəzakət Eminova bildirdi ki, xaricdə gənclərin təhsilə münasibəti haqqında çox şey demək mümkündür: “Xaricdə oxumağa gedən bir çox tələbə xarici ölkəyə nə üçün gəldiyinin fərqindədir və o tələbə oxumaq, biliyə yiyələnmək üçün əlindən gələni edir. Xüsusilə də yaşadığımız bu zamanda gənclər, tələbələr arasında böyük bir rəqabət mövcuddur. Əvvəllər hər kəs sadəcə Rusiyaya oxumağa gedirdisə, indi artıq gənclərimiz Amerikaya, Avropaya təhsil almağa gedə bilirlər. Bu həqiqəti bilən hər bir tələbə, rəqibləri ilə yarışa bilmək üçün daima çalışmağa, özünü inkişaf etdirməyə çalışır. Hər hansı xarici ölkəyə gedən bir tələbə üçün böyük şanslar yaranır. Tələbələr Avropanın və digər ölkələrin tanınmış şirkətlərində, dövlət orqanlarında staj keçə, müxtəlif ölkələrdə gənclər üçün yaradılmış layihələrdə iştirak etməklə özlərini inkişaf etdirib təcrübə qazana bilərlər. Bu zaman Avropaya və Amerikaya çıxmağa böyük fürsətlər var”. Tələbəlik dövründə çox sayda tədbirdə, layihədə iştirak etdiyini deyən N.Eminova deyir ki, bu tədbirlərdə məsul şəxs olaraq iştirak edib ki, bu da ona böyük təcrübələr qazandırıb: “Mən tələbəlik dövrümdə, hətta Amerikaya getmək fürsəti də tapdım və bu mənə həm gözəl xatirələr, gözəl dostluqlar, həm də çoxlu təcrübəyə sahib olmağa şərait yaratdı”.
“Avropa
təhsil sistemini öyrənmək tələbələrimizin
analitik düşüncə qabiliyyətini
artırır”
Mehmet Akif
Ersoy Universitetinin tələbəsi
Samir Orucov isə bildirdi ki, ölkə
başçısının uğurlu gənclər
siyasəti onun məhz daim
gənclərin yanında olduğunun bariz nümunəsidir: “Ulu
öndər Heydər Əliyev “Təhsil ölkənin gələcəyidir”-
deyib. Ümumiyyətlə, xaricdə təhsilə
olan ümummilli lider qayğısı bu gün də ölkə
başçısı tərəfindən davam
etdirilir. Belə ki, azərbaycanlı
gənclərin ölkə üçün
zəruri ixtisaslar üzrə
xaricdə təhsil almalarını və ölkənin
inkişafının mühüm amilinə
çevrilmələrini təmin etmək məqsədilə
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı"nın təsdiq edilməsi barədə”
ölkə başçısı tərəfindən sərəncam
imzalanıb. Xarici ölkələrdəki
gənclərimiz təhsil almaqla
yanaşı, həm də Azərbaycan xalqının təmsilçisi,
onun qədim mədəniyyətinin, adət
və ənənələrinin təbliğatçılarıdırlar.
Biz gənclər də daim
ölkəmizin inkişafı naminə
çalışmalıyıq və bizim
təhsilimizə qoyulan sərmayəni, əziyyəti,
ən əsası da inamı boşa çıxarmamalıyıq. Daim ölkəmizin
adını dünya səviyyəsində
tanıtdırmalıyıq. Ölkəmizdə həm Təhsil
Nazirliyinin, həm özəl şirkətlərin,
həm də beynəlxalq humanitar təşkilatların
xətti ilə xarici ölkələrin
aparıcı universitetlərində təhsil alıb
ixtisaslı mütəxəssis kimi yetişmək
imkanı yaranıb. Ölkə başçımızın
gənclərimizə göstərdiyi diqqət,
qayğısını və ümumiyyətlə, bu istiqamətdə həyata keçirilən tədbirləri
yüksək qiymətləndirirəm. Xaricdə təhsil alan hər bir gənc həmin
ölkənin xaricdəki nümayəndəsidir və diasporun məncə, ən əsas
aparıcı qüvvəsidir”. S.Orucovun
fikrincə, təhsilli bir gənc təhsilsiz
və yalnızca o ölkəyə maddi qazanc üçün
gedənlərdən daha çox
ölkəsini tanıda bilər: “Bu gün ölkəmiz inkişaf
edib, sürətli iqtisadi
inkişafı göz
qabağındadır və yetərincə büdcəsi var. Bu baxımdan ümid edirəm ki,
ölkəmizin xaricdəki tələbələrə dəstək
olmaq imkanı da var. Ulu öndərimizin dediyi kimi, biz
gənclər ölkənin gələcəyiyik. Təbii ki, buna müvafiq
olaraq güclü təhsil
almamız və Vətənə ixtisaslı bir
kadr kimi dönməmiz
vacib şərtdir. Azərbaycan təhsili
ilə yanaşı, Avropa təhsil sistemini öyrənmək tələbələrimizin
analitik düşüncə qabiliyyətini
artırır. Müxtəlif mədəniyyətləri
öyrənərək onlarla iş birliyində effektiv
nailiyyətlər əldə etmək üçün
xaricdə təhsil almaq önəmli məsələdir.
Məhz bu kimi yollarla dövlətimizi iqtisadi
və sosial yöndən daha
da güclü edə
bilərik. Bu kimi fəaliyyətimizdə
bizə yardım göstərdiyi üçün
dövlətimizə və şəxsən Prezidentə öz dərin minnətdarlığımı
bildirirəm”.
Nigar Abdullayeva
Palitra.-2015.-28 may.-S.13.