Məlahət Abbasova
Türkiyədə “İlin ən
yaxşı rejissoru” seçilib
İstanbulda Taksim-Bebek Rotary Klubu tərəfindən verilən üçüncü Rotary teatr mükafatlarının təqdimetmə mərasimi olub. Mərasimdə Türkiyə ictimaiyyətinin görkəmli nümayəndələri, elm və sənət adamları, İstanbulun tanınmış ziyalıları, teatrsevərlər iştirak ediblər. Xalq yazıçısı Elçinin “Şekspir” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa da mükafatlandırılanlar sırasında olub. Bu, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın səhnə tərtibatı ilə quruluş verilən tamaşanın Türkiyədə layiq görüldüyü sayca onuncu mükafatdır.
Klubun qərarı ilə Məlahət
Abbasova “İlin ən
yaxşı rejissoru”, tamaşada
tibb bacısı rolunu
ifa edən aktrisa Ezgim Kılınç isə “İlin
ən yaxşı köməkçi qadın aktrisası”
nominasiyalarında mükafatlara layiq görülüblər. Tamaşa
yüksək səhnə dekorasiyasına görə də üç müxtəlif teatr
mükafatı ilə təltif olunub.
Xatırladaq ki, “Şekspir”in Türkiyədə səhnələşdirilməsi
bu əsəri qardaş
ölkədə sürətlə populyarlaşdırıb. Təkcə
ötən il bu səhnə
əsərində oynayan 5 aktyor
“İlin ən yaxşı aktyoru” mükafatına layiq
görülüb. Tamaşanın bəstəkarı
həmyerlimiz Aygün Səmədzadədir.
“Şekspir” İstanbulun
ən mötəbər teatr səhnələrində
maraqla oynanılmaqda və
baxılmaqdadır.
Xəyalə
Palitra.-2015.-30 may.-S.16.