“Hamını heyran edə
biləcək bir ifanı göstərə
bildim”
Ayan Məmmədli: “Qran-priyə layiq görülməyim bütün
yarışma iştirakçılarının, o cümlədən mənfur ermənilərin
də böyük həsrətlə izlədikləri
möhtəşəm bir qələbə
oldu”
Gənclərimzin
xaricdə qazandıqları uğurlar
ölkəmizin adını dünyada daha da ucaldır. Bugünlərdə
yeniyetmə pianoçumuz Ayan
Məmmədli Motsartın vətənində, Avstriyada
Qran- priyə layiq
görülərək Azərbaycan adına daha
bir uğura imza atıb. Qeyd edək ki, Ayan Məmmədli
2002-ci ildə Bakıda anadan olub. Uşaqlıqdan musiqini
çox sevən Ayan
hələ 3-4 yaşlarında rəqs, vokal
və piano dərnəklərində dərs
alıb. Sonralar bu
marağı görən valideynləri onu
Bakı şəhəri T.Quliyev adına
11 illik uşaq musiqi məktəbinə aparıblar. Ayan artıq
6 ildir ki, həmin məktəbin
fortepiano sinfində təhsil
alır.
-Musiqiyə maraq sizdə haradandır?
-Açığını deyim
ki, bu illər
ərzində T.Quliyev
adına uşaq musiqi məktəbindəki
müəllimlərimin mənə
olan qayğısı
və xüsusilə məktəbin direktoru hörmətli xanım, respublikanın Əməkdar
müəllimi Gülnarə
Səfərovanın mənə
olan diqqət və dəstəyi mənim musiqiyə olan marağımı və həvəsimi daha da artırdı.
İxtisas müəlliməm
eyni zamanda Q.Qarayev adına
Dövlət Kamera orkestrinin və Respublika Uşaq Simfonik orkestrinin direktoru Nazilə xanım Yaqubovanın bütün dərslərini
diqqətlə və səylə öyrənməyə
başladım və hazırda da davam edirəm. Qeyd edim ki,
T.Quliyev adına
uşaq musiqi məktəbi bu il “İlin ən
yaxşı məktəbi”
adını alıb. Direktor Gülnarə Səfərova
Prezident sərəncamı
ilə “Əməkdar
müəllim” adını
alıb. Bu ay isə məktəbin 60 illik yubileyidir ki, biz də ona töhfə etdik. Məktəbimizin şagirdləri respublika
və beynəlxalq səviyyəli müsabiqələr,
baxışlar, festival və
olimpiadalarda çıxış
edirlər.
-İlk beynəlxalq müsabiqəyə
nə vaxt qatılıbsız?
-Əldə etdiyim
biliklərdən sonra
özümü beynəlxalq
müsabiqədə sınamağa
qərar verdim. İlk dəfə 2013-cü ildə
Estoniyanın Narva şəhərində keçirilən
İ.S.Bax adına
beynəlxalq müsabiqədə
iştirak etdim. O zaman mənim 9 yaşım var idi və həmin
müsabiqənin iki nominasiyasında iştirak
edərək, III və
I yerlərin qalibi olmaqla ilk dəfə beynəlxalq müsabiqə
laureatı adını
qazandım.
Bu ilk qələbəm məni daha da ruhlandırdı və elə həmin ilin avqust ayında İtaliyanın Rimini şəhərində
keçirilən beynəlxalq
paino müsabiqəsində
I yerin qalibi olaraq "Rimini star" adını
qazandım.
Bilirsiniz, bu qələbələrin
sayının artması
mənim məsuliyyətimi
də birə-iki artırdı. Respublikada Q.Qarayev adına
Mədəniyyət Mərkəzinin
nəzdində olan və professor Zəhra xanım Quliyevanın rəhbərlik etdiyi Respublika Gənc İstedadlar Mərkəzinin
üzvü seçildim.
Sonradan Respublika Gənc Simfonik Orkestrinin solisti olmağım məni öz üzərimdə daha ciddi işləməyimə,
dərslərimə daha
da ciddi yanaşmağıma sövq
etdi. Bilirsiniz, bu sənət
elə bir sənətdir ki, bunun üzərində daim işləmək, axtarışda olmaq lazımdır. Mən öz
müəllimlərimin, xüsusilə
mənə gecə-gündüz
əməyini sərf
edən Nazilə xanımın tapşırıqlarını
daim bütün səyimlə yerinə yetirməyə çalışıram.
Bəlkə də, bunun
nəticəsidir ki, mən müsabiqələrdə
və konsertlərdə
onların etimadını
doğrulda bilirəm.
Qeyd etməliyəm ki, respublikamızın dəyərli
sənətkarları mənə
böyük etimad göstərirlər. Elə
bunun nəticəsidir
ki, dəfələrlə
həm Q.Qarayev adına Dövlət Kamera Orkestrinin, həm də Uşaq Simfonik Orkestrinin və maestro, dirijor, respublikanın Xalq artisti Teymur
Göyçayevin müşayiəti
ilə Azərbaycan Dövlət Filarmoniyasının
səhnəsində ifalar
etmişəm. Hələ 11 yaşında ikən bu tarixi musiqi
məbədinin səhnəsində,
yüzlərlə tamaşaçı
qarşısında, müdrik
sənətkarların müşayiəti
ilə çıxışlar
etdiyim anlar mənim həyat səhifəmə qızıl
hərflərlə yazılıb.
Gənc İstedadlar Mərkəzinin üzvü
kimi digər möhtəşəm səhnələrdə-
Muğam Mərkəzi,
Xalçaçılıq muzeyi, Rastropoviçin,
maestro Niyazinin ev muzeylərində, Şamaxı
Musiqi Mərkəzində,
Bakının müxtəlif
musiqi məktəblərinin
keçirilən tədbirlərdəki
çıxışlarım da bu qəbildəndir.
Bütün bunların sayəsində
qazandığım təcrübələr
mənə dünya ölkələrinin məşhur
səhnələrində müxtəlif
ölkələrdən gəlmiş
ifaçılarla bir səhnədə daha uğurlu çıxışlar
edib, qələbələr
qazanmağıma səbəb
olur.
-Gənc pianoçu olaraq xaricdə uğur qazanmaqla nə dərəcədə sevinc
hissi keçirirsiz?
-Ötən il
Malta Respublikasının Valetta şəhərində mən
ABŞ-dan, Çindən,
Yaponiyadan, Avropanın
onlarla ölkələrindən
gələn iştirakçılarla
bir səhnəni bölüşərək, Polşadan
sonra ikinci yeri qazanaraq böyük dövlətlərin
təmsilçilərini arxada
qoya bildim. Belə müsabiqələrdə mənim
həm Azərbaycanın
korifey bəstəkarlarının,
həm də klassik dünya bəstəkarlarının əsərlərini
uğurla ifa etməyim böyük qələbələrə imza
atmağıma səbəb
olur. Belə müsabiqələrdə, eyni zamanda müxtəlif
məşhur dünya
musiqiçilərindən də
ustad dərsləri almağa imkanım olur ki, bu
da təbii ki, musiqidə püxtələşməyimə böyük təkan verir.
Çoxlu sayda tanışlar, dostlar qazanıram. Bəzən ölkəmiz
haqqında apardığım
əyani vəsaitlərlə
vətənimi təbliğ
edə bilməyim məni çox sevindirir. Lakin bu müsabiqələrdə
ən böyük qürur hissi keçirdiyim an I yerin qalibi olarkən hər kəsin müstəqil dövlətimizin
himnini ayaq üstə dinləmələri
və üçrəngli
bayrağımızın zirvəyə
qaldırılaraq dalğalanması
olur. O zaman ilk olaraq bayrağımıza,
sonra hər zaman yanımda olan anam Aidə
xanıma və müəlliməm Nazilə
xanıma baxıb, sevincimi onlarla bölüşürəm. Amma etiraf
edim ki, bu müsabiqələrdən
ən çətini və ən məsuliyyətlisini və
yekunda onun sevincini yaşamaq mənə 3 gün əvvəl nəsib oldu.
- Avstriyada qazandığınız
möhtəşəm uğurla
bağlı təəssüratlarınızı
bilmək istərdik.
-Bəli, 3 gün öncə mən böyük bəstəkar
A.Motsartın vətəni
olan Avstriyada, onun doğulduğu Salzburq şəhərində
keçirilən "Salzburq
star" müsabiqə-festivalına qatıldım. Bu tədbirdə dünyanın
onlarla ölkəsindən
150-ə yaxın iştirakçılar
müxtəlif nominasiyalar
üzrə iştirak
edirdilər. Mən isə
bunun tərkibində
20 nəfərin yarışdığı
piano yarışmasına qatılmışdım.
Açığını deyim ki, proqramım həm zəngin, həm də bir qədər
çətin idi.
Amma buna baxmayaraq, mən müəlliməm
Nazilə xanımla bu müsabiqəyə çox ciddi hazırlaşmışdım. Belə ki, mən Azərbaycan
bəstəkarı Q.Qarayevin
prelyüdiyasıyla yanaşı,
məşhur Avstriya bəstəkarları olan K.Çerni - F.Şubertin variasiyasını, həmçinin
hazırda dünyaca məşhur müasir bəstəkar olan N.Kapustinin prelyüdiyasını
da ifa etdim.
Qeyd etməliyəm ki, dünyanın bir çox tanınmış
pianoçularının ifa
etdiyi N.Kapustinin bu əsərini respublikamızda ilk dəfə
olaraq mən ifa etdiyim üçün
ikiqat məsuliyyət
hiss edirdim. Çox həyəcanlı
idim. Lakin müsabiqədən əvvəlki
gün böyük bəstəkar A.Motsartın
ev muzeyilə
yaxından tanış
olanda bir daha inandım ki, o da gəncliyində
çox böyük qələbələr əldə
edib. Hər uğurun arxasında
yalnız zəhmət
dayanır. Ona görə
də bu təsəllilə yarışmaya
qatıldım və hamını heyran edə biləcək bir ifanı göstərə bildim.
Çünki ifadan sonra zaldan səslənən
"bravo" kəlmələri yalnız mənim ifamdan sonra qalxdı.
Alqış sədaları
mənə o əminliyi
verdi ki,
istədiyimi çatdıra
bilmişdim. Sonda isə dünyanın çox tanınmış
musiqiçilərindən ibarət
olan münsiflər heyəti tərəfindən
tədbirin ən ali mükafatı
olan Qran-pri mükafatına layiq görülməyim bütün
bu müvəffəqiyyətlərin
məntiqi nəticəsi
oldu.
Çox sevinirəm ki, tək mənim deyil, bütünlükdə məmləkətimizin hesab etdiyim bu uğur, dünyanın onlarla ölkələrindən qatılan bütün yarışma iştirakçılarının, böyük həsrətlə izlədikləri möhtəşəm bir qələbə oldu! Bu, mənim xalqımın, dövlətimin incəsənətinin böyük qələbəsi idi!
Fuad Hüseynzadə
Palitra.-2015.-4 noyabr.-S.7.