“Gələcəkdə təbii müalicələrə üstünlük veriləcək”

 

Elnur Rəhimov: “Müalicə vasitələrinin əksər yerini yalnız dərman tutduğunayerli-yersiz təyin olduğuna görə kimyəvi dərmanlar çox mənfi nəticələr verdi

Son zamanlar insanların dərman bitkiləri ilə müalicəyə üstünlük verməsi, əslində, bir növ keçmişə qayıdışdır. Çünki qədimdən insanların müalicəsi ancaq dərman bitkiləri ilə aparılıb. Maraqlıdır ki, sonradan kimyəvi dərmanların meydana çıxmasının insanlarakimi mənfi təsiri oldu? Bu və digər mövzularla bağlı suallarımızı dərman bitkiləri üzrə elmi işçi, həkim-terapevt, fitoterapevt Elnur Rəhimov cavablandırıb. Xatırladaq ki, Elnur Rəhimov Avropa və Türkiyə Fitoterapiya Cəmiyyətinin üzvü, “fitoterapevt.azilk fitoterapevtik portalın layihə rəhbəridir.

 

-Qədimdə müalicə vasitəsi kimi yalnız dərman bitkiləri üstünlük təşkil etdiyinə və əldə olunduğuna görə geniş şəkildə tətbiq edilirdi. Əvvələr Qalen preparatları var idi, dərman bitkisinin, məsələn, istifadə edilən hissə olaraq yarpağından əldə olunan farmakoloji təsir idi. Sonra isə yeni Qalen preparatları çıxdı ki, orada bitkinin müəyyən hissəsinin yalnız bir tərkibinə görə dərman alınırdı, məs: efir yağı. Sonralar gördülər ki, Qalen preparatları daha effektlidir, nəinki yeni Qalen. Belə qənaətə gəlmək olur ki, bitkinin dərman kimi istifadə etmək üçün tam şəkildə tətbiq olunması daha çox faydalıdır.

Tibb aləmində ilk öyrəniləcək sahələrdə dərman kimi təbii vasitələrdən sınaqlar istifadə edilirdi. Zaman keçdikcə elmi-texniki-tərəqqiyə görə dərmanları kimyəvi yolla əldə etməyə başladılar. Bu, əslində, mənfi təsir etmədi, bir az da müalicə sahəsini genişləndirdi. Sadəcə olaraq müalicə vasitələrinin əksər yerini yalnız dərman tutduğuna yerli-yersiz təyin olduğuna görə kimyəvi dərmanlar çox böyük mənfi nəticələr verdi.

-İndi bir çox xəstəliklər, belə desək, “cavanlaşıb”. Hətta həkimlərin ad belə, verə bilməyəcəyi yeni xəstəliklər ortaya çıxıb. Demək olarmı bu xəstəliklər həm kimyəvi dərmanlarınövladları”dır?

-Hər bir xəstəlik üçün münbit şərait yaradıldıqda, o daha tez yaxalaya bilir, necə ki bir yeniyetməyə daha çox təkan verdikdə, o daha tez nailiyyətlər əldə edə bilir. Xəstəliklər çoxdur hələ öyrənilir, amma get-gedə xarakterlər, təbiət, duyğular, hüceyrələr kimi xəstəliklər mutasiyaya uğrayıb. Əlbəttə, teratogen (dölə yan təsir göstərən), toksiki təsirə malik dərmanlar xəstəliklərin birbaşa yaradıcılarıdır. Bu tipli dərmanların, onsuz da, təsir xüsusiyyətlərində bu barədə məlumat verilir. Gələcəkdə təbii müalicələrə üstünlük veriləcək, keçmişdə olduğu kimi. Bu müalicəyə profilaktik müalicə adı qoyulacaq - yəni xəstələnmədən xəstəlikdən qorunmaq.

-Dərman bitkiləri ilə müalicənin kimi üstünlükləri var?

-İstifadəsi uzunmüddətli az yan təsirli olmasıdır. Dərman bitkilərinin dozalanmasına düzgün riayət olunsa ya insanlar gündəlik həyat tərzinə bunu da daxil etsələr, sağlam qalmaq şansları artacaq.

-Demək olarmı əvvəlki illərlə müqayisədə indi dərman bitkiləri ilə müalicəyə maraq artıb?

-Bu ümumdünya səhiyyəsinin işidir, müəyyən zaman digər dərmanlara yer verilirdi, indi daha çox bitki tərkibli dərmanlara yer verilir. Məsələn, mastopatiya zamanı bitki tərkibli siropu özüm hazırlamışam 257 qadın üzərində aparılan tədqiqat da yüksək nəticəli olub. 2015-ci ildə Yaponiyadan tibb üzrə Nobel mükafatı alan da məhz yovşan bitkisinin malyariyada dərman kimi istifadəsinə görə aldı. Bu da marağın bitkilərə artmasında bir reallıqdır.

-Cəmiyyətdə fitoterapiya müalicəsi ilə bağlı maariflənmə hansı səviyyədədir?

-Fitoterapiyanın elmi cəhətdən tibb üzrə təhsil alanlar tərəfindən aparılmasına şərait yaranıb bu işdə daha çox özüm məşğul oluram. Herba flora” jurnalı, “fitoterapevt.az” saytı bu işlə yaxından təmasdadır. Təkcə Azərbaycanda deyil, Rusiya, Qazaxıstan, Almaniya, Türkiyə, Amerikada s. yaşayan soydaşlarımıza da fitoterapevtik müalicəylə kömək edə bilmişik. Qədim müasir fitoterapiyanın cəmiyyətdə tətbiq olunması çox müsbət dəyişikliklər yaradıb. Çünki hər bitkinin istənilən vaxt ya heç ziyanı yoxdur içmək düzgün deyil. Bunu müalicə kimi qəbul edə bilsək insanlar da buna doğru şəkildə əməl etsələr maarifləndirmə işlərimiz uğurla başa çatar.

- Fitoterapiya müalicəsinin təbliği ilə bağlı hansı işlər görürsüz?

-Fitoterapiyanın müalicəsi ilə bağlı tibbi fəaliyyət göstəririk eləcə bu işin daha böyük addımla irəli getməsinin şahidi oluruq. Bitkiləri yaxından tanımaq üçün sayt KİV-lərlə müştərək çalışırıq. Fitoterapiyanı gələcəkdə inkişaf etdirib fitoterapiya mərkəzi kimi işləyə biləcəyik. İndi dərman bitkiləri ilə elmi götürüb müalicəylə məşğul olduğuma görə sonralar əhaliyə daha yaxşı nəticələr verə biləcəyik.

 

Fuad Hüseynzadə

Palitra.-2015.-5 oktyabr.-S.10.