“Xaricdə təhsil alan
gənclərimiz ölkəmizi tanıda biləcək ən
yaxşı vasitədir”
Asif Məsimov: “Biz
Avropada yaşayan azərbaycanlı
tələbə və işçiləri birləşdiririk”
Tələbə
Şəbəkəsinin Almaniya üzrə
nümayəndəsi Asif Məsimovla
müsahibəni təqdim edirik.
- Öncə özünüzü oxucuları
Layihə çərçivəsində
Azərbaycan mıza təqdim etmənizi xahiş
edirik.
-1987-ci ildə
İsmayıllı rayonunun İvanovka kəndində anadan
olmuşam və orta təhsilimi
elə İvanovka kənd orta
məktəbində almışam. Respublika Fənn
Olimpiadalarında iştirak etmişəm
və həmin olimpiadalarda mən Azərbaycan
tarixi üzrə 2-ci və 4-cü yerləri
tutmuşdum. 2005-ci ildə Bakı Dövlət
Universitetinin Beynəlxalq əlaqələr
fakültəsinə qəbul olmuşam,
2008-ci ildə DAAD-ın bir aylıq təqaüd
proqramını əldə etmişəm. 2009-cu ildə əsgərliyə
çağırılmışam. 2011-2014-cü illərdə
Almaniyanın Georq-Avqust Universitetində magistratura pilləsində siyasi
elmləri oxumuşam. 2014-cü ilin mart-iyul aylarında İPS
(Beynəlxalq Parlament Təqaüdü)
proqramı çərçivəsində Almaniya
Bundestaqının deputatı Katrin Kunert (Die Line
- Sol Partiyası) bürosunda
iş təcrübəsi keçmişəm.
2015-ci ilin iyun
ayından Azərbaycan Tələbə Şəbəkəsinin
Almaniya üzrə nümayəndəsiyəm
(ofisin rəhbəriyəm). Bir neçə beynəlxalq konfransda
iştirak etmişəm və elmi məqalələrim Almaniya
Bundestaqının kitabxanasında və bir
neçə rus jurnalında işıq üzü görüb.
- Azərbaycan Tələbə
Şəbəkəsinin əsas prioriteti
nədir?
-Biz, Almaniyada və ümumillikdə Avropada yaşayan azərbaycanlı və avropalı tələbələrin şəbəkəsiyik. Hal-hazırda bizim Berlin, Praqa və Romada ofislərimiz var. Bizim əsas prioritetlər bunlardır: 1.Avropa ilə Azərbaycanı bir-birinə daha yaxın etmək. 2.Azərbaycan həqiqətlərini Avropa ictimaiyyətinə çatdırmaq. 3.Akademik səviyyədə əməkdaşlıq yaratmaq. 4.Avropada və əsasən fəaliyyət göstərdiyimiz ölkələrdə tələbələrimizi bir araya gətirmək.
- Azərbaycan Tələbə
Şəbəkəsi xarici ölkələrdəki
tələbələrimizi nə dərəcədə birləşdirə
bilib?
-Azərbaycan Tələbə Şəbəkəsi
2011-ci ildə öz fəaliyyətinə
başlayıb və işə başladığı vaxtdan Avropada təhsil alan tələbələrimizlə daimi təmasdadır. Tutalım, bizim təşkilat hər il “Global Talent” adlı tədbir təşkil edir. “Global Talent” tətbiri çərçivəsində tələbələrə Avropada
uğurlu karyera qurmağın tələbləri
və müvəffəq
olmağın sirləri
haqqında mütəxəssislər
tərəfindən ətraflı
məlumat verilir, onlara tanınmış şirkətlərlə münasibət
imkanı yaradılır.
Tədbirə dəvət olunmuş
şirkət təmsilçiləri
tələbələrimizlə öz təcrübələrini
paylaşır, ətraflı
təqdimatlar nümayiş
edirlər. Bu tədbirdə
Almaniyanın müxtəlif
ali məktəblərində
təhsil alan tələbələrimiz iştirak
edir və özləri üçün
faydalı məlumat toplayırlar.
Digər prioritet sahələrdən
Qarabağ problemini qeyd etmək olar. Bu məsələdə
də biz tələbələrimizi
bir araya gətirməyə çalışırıq.
Məsələn, bu ilin fevral
ayında Hamburq şəhərində 50-60 nəfərin
iştirakı ilə
Xocalı faciəsinin
növbəti ildönümü
ilə bağlı fləşmob keçirdik. Tədbirdə
Almaniyanın müxtəlif
şəhərlərində təhsil alan
gənclərimiz iştirak
etdi və öz töhfəsini verdilər. Fləşmobun məqsədi insanlara
Xocalı qurbanlarının
səsini teatr səhnəsində canlandıraraq
çatdırmaq idi.
Nümayiş sülh, əmin-amanlıq
içərisində yaşayan
bir xalqın qəfildən bədnam qüvvələrin silahlı
hücumuna məruz qalmasının dəhşətli
anlarını əks
etdirir. Sonda ağ göyərçinin
səmaya buraxılması
ilə sülhə çağırış ifadə
olundu. Tamaşaçılara Ermənistanın işğalçı siyasəti
və Xocalı faciəsi haqqında kitabçalar paylanıldı.
Artıq ayda 1-2 dəfə Almaniyanın müxtəlif
şəhərlərinə gedib yerlərdə bizim tələbələrlə
görüşlər keçirəcəyik,
onların təkliflərinə
qulaq asacağıq. Hər görüş
zamanı ən azı 20 tələbənin
iştirakı gözlənir.
- Azərbaycan Tələbə
Şəbəkəsi olaraq
Almaniyada hansı işlər
görürsüz?
-Biz, Azərbaycan Tələbə
Şəbəkəsi olaraq
Almaniyada əsasən
təhsil və iş həyatına atılmaqda dəstək və məsləhət təklif edirik. Biz, Avropada yaşayan
azərbaycanlı tələbə
və işçiləri
birləşdiririk. Həmvətənlərimizə dəstək olmaqla
yanaşı, firma, praktika
yerləri və təqaüdlə bağlı
vasitəçilik edirik.
Həmçinin ictimai və
mədəni tətbirləri
həyata keçirir,
ictimai xadimlərlə
tez-tez görüşlər
keçiririk.
- Dediniz ki, bir sıra
media qurumlarında elmi
məqalələriniz dərc
olunub. Sizin elmi işinizin mövzusu nə olub?
-Mənim məqalələrim
Almaniya Bundestaqının
kitabxanasında, Rusiyanın,
Ukraynanın universitetlərinin
nəzdində olan jurnallarda işıq üzü görüb. Məqalələrimdə əsasən Qafqaz
bölgəsinin təhlükəsizliyinə
və beynəlxalq təşkilatların münaqişələrin
həllində roluna toxunmuşam. Bizim bölgədə
bir çox münaqişələrin mövcud
olması, beynəlxalq
təşkilatların bu
problemin həllində
iştirakı və Azərbaycanın Avropanın
enerji tərəfdaşı
olması məndə
bu mövzulara maraq yaradıb.
- Araşdırmalarınızda
hansı elmi nəticələr əldə
edibsiz?
-Araşdırmalarımda bir
neçə nəticə
əldə etmişəm.
Bir çox beynəlxalq təşkilatlar islahatlar aparılmalıdır. Tutalım, Birləşmiş
Millətlər Təşkilatı
çoxdandır onun qarşısına qoyulan tapşırıqların öhdəsindən
gələ bilmir və bu qurumda
struktur dəyişikliyi
labüddür.
Bir çox
dondurulmuş və həll olunmamış münaqişələrin həllində
beynəlxalq təşkilatların
və dövlətlərin
ikili yanaşmasının
şahidi oluruq. Cənubi Qafqazda
münaqişələrin həll
olunmaması, əslində,
Ukraynada son ildə eyni ssenari ilə
münaqişənin ortaya
çıxmasına şərait
yaratdı. Bu gün bu təhlükə
ilə üz-üzə
duran Qərb ölkələri bu münaqişələrin həllində
bir mənalı mövqedən çıxış
etməli və bütün təcavüzkarlara
qarşı eyni addımlar atmalıdır.
- Tələbələrimiz
Almaniyada ölkəmizi
yetərincə tanıda
bilirlərmi?
-Xaricdə təhsil alan gənclərimiz
ölkəmizi tanıda
biləcək ən yaxşı vasitədir. Avropada hər hansı ölkə haqqında mənfi, və ya müsbət
fikir burada yaşayan, işləyən,
təhsil alan
əcnəbi insanların
davranışı ilə
formalaşır. Əqər mən
fəaliyyət göstərdiyim,
təhsil aldığım
təhsil ocağında
öz çevrəmdə
özüm haqqında
müsbət fikir yarada bilmişəmsə,
həmin müsbət
fikir mənim Vətənim haqqında da olur. Bizim gənclər çox istedadlı və ünsiyyətcildirlər, bu
isə öz növbəsində ölkəmizin
təbliği deməkdir.
- Almaniyadakı digər xalqların təşkilatları ilə
əməkdaşlıq edirsizmi?
-Bir vacib incə
məqama da toxunmaq istərdim ki, Almaniyada multikulturalizm siyasətinə
üstünlük verilir.
Azərbaycanın bu sahədə
böyük təcrübəsi
olduğundan, mən və fəaliyyət göstərdiyim Azərbaycan
Tələbə Şəbəkəsi
bu sahəni özümüz üçün
prioritet məsələ
sayırıq. Qısa
zaman kəsiyində
biz bir neçə təşkilatla əlaqə
yarada bilmişdik, onların arasında Berlində fəaliyyət
göstərən Türk
Gənclər Təşkilatı,
Yəhudi Tələbə
Təşkilatı, Berlin Protestant Cəmiyyəti ilə, Gürcüstan, Türkiyə,
ərəb, MDB ölkərindən
olan tələbələrlə
sıx münasibət
yaratmışdıq. Bunun məntiqi
nəticəsi kimi, 7 iyul 2015-ci ildə fərqli dinlərin nümayəndələrini müqəddəs
Ramazan ayı münasibəti ilə iftar süfrəsində bir araya gətirdik.
Bizim təşkilat tədbiri Yəhudi Tələbə
Şəbəkəsinin, Protestant Gənclər Təşkilatının
və DİTİB Şəhitlik
məscidinin dəstəyi
ilə keçirdik.
Tədbirdə Azərbaycan
və Türkiyə səfirliyinin əməkdaşları,
Xristian Demokrat (CDU) və Sosial Demokrat (SPD) partiyalarının
nümayəndələri, bir neçə qeyri-hökumət təşkilatı
və mətbuat orqanlarının, xristian,
yəhudi və müsəlman icmalarının
üzvləri iştirak
etdilər. Biz bu sahədə işlərimizi davam etdirəcəyik.
- Almaniyada Azərbaycanı
necə təbliğ edirsiniz?
-Azərbaycan Tələbə
Şəbəkəsi mütəmadi
olaraq Avropanın müxtəlif şəhərlərində
xalqımızın milli-mədəni
dəyərlərinin və
tarixinin təbliği
ilə məşğuldur. Bizim təbliğat
fərqli formalarda olur. Bunlar əsasən bizim
elmi, ictimai və siyasi sahədə gördüyümüz
işlərlə əlaqəlidir.
Tutalım, biz bizim milli-mədəni
dəyərləri təbliğ
etmək istəyiriksə,
adətən əyləncəli,
mədəniyyətlə bağlı
olan bir tədbir təşkil edirik. Ermənistanın Azərbaycana qarşı
apardığı işğalçı
siyasətini biz artıq
müxtəlif aksiyalarla,
müəyyən ictimai
xadimlərlə görüş
zamanı və elmi sahədə aktiv işlərimizlə tanıdırıq.
- Almaniyada azərbaycanlı həmkar
təşkilatlarla əməkdaşlığınız
varmı?
- Almaniyada çoxlu azərbaycanlı təşkilatları
fəaliyyət göstərir.
Onların arasında əsasən
bizim məqsəd və maraqlarımıza uyğun olan təşkilatlarla əməkdaşlıq
edirik. Məsələm,
Almaniya Dağ Yəhudiləri Dini İcması, Azərbaycanlıların
Avropada Koordinasiya mərkəzi (KAD), Azərbaycanın
Berlində fəaliyyət
göstərən mədəniyyət
evi, Avropa Azərbaycan Cəmiyyəti
(TEAS) və başqa təşkilatlarımızla sıx
əməkdaşlığımız
var. Biz başqa təşkilatlarımızla
da əməkdaşlıq
etməyə hazırıq.
- Almaniya Dağ Yəhudiləri Dini İcması ilə birgə hər hansı tədbir keçirmək planınız
varmı?
-Biz Almaniya Dağ Yəhudiləri Dini İcmasının rəhbəri
Orxan Şəfadiyayevlə
tez-tez görüşür
və fikir mübadiləsi aparırıq.
Bu günə kimi Orxan bizə
həmişə dəstək
olub. Nəzərə
alsaq ki, Azərbaycanda tarixən müxtəlif xalqların
və dinlərin nümayəndələri mehriban
dost olub və birqə yaşayıblar,
biz son zamanlar dinlərarası
dialoqu özümüz
üçün prioritet
istiqamət kimi seçmişik. Bu sahədə görəcəyimiz
işlər birbaşa
Avropa Dağ Yahudiləri Dini İcması ilə əlaqəlidir və mən artıq Orxan müəllimlə bu sahədə birlikdə işlərin görülməsi haqqında
danışmışam. Yaxın zamanda bizim birlikdə
tədbir keçirəcəyimiz
də gözlənilir.
- Perspektivdə hansı işləri görməyi düşünürsünüz?
-Qarşıda bizim görməli işlərimiz
çoxdur. Biz əsasən
ictimai sahədə fəaliyyətimizi genişləndirəcəyik:
tez-tez ictimai xadimlərlə, siyasətçilərlə,
gənclərlə, başqa
təşkilatların nümayəndələri
ilə görüşlər
və münasibətlərin
qurulması nəzərdə
tutulub. Elmi sahədə araşdırma
aparan gənclərimizə
həmişə olduğu
kimi dəstək olacağıq, tədbirlərimizi
əsasən alman ictimaiyyətinə uyğun
formada hazırlayacayıq.
Bundan başqa, bizə başqa təşkilatlardan birlikdə
tədbirlərin təşkil
etmək təklifləri
gəlir, biz bütün
təklifləri nəzərdən
keçirib, onların
arasından bizim iş prinsipimizə uyğun olanlara üstünlük verəcəyik.
Fuad Hüseynzadə
Palitra.-2015.-7 noyabr.-.S.11.